Atasını ürəyindən bıçaqlayan 17 yaşlı Kənan: "Məcbur edirdi ki, evlənim..."

Atasını ürəyindən bıçaqlayan 17 yaşlı Kənan: "Məcbur edirdi ki, evlənim..."Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Tamila Nəsrullayevanın sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qətl ötən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini, 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovu ürək nahiyəsindən bıçaqlayıb. O, hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, Kənan bir neçə gün əvvəl liseydə təhsilini dayandırıb. Valideynləri Kənan Qasımovu evləndirmək istəyiblər. O isə atasına evlənməyəcəyini bildirib. Qulu Qasımov oğlunu evləndirməkdə israr edib.

Bundan əsəbləşən oğul mətbəxdən bıçaq götürüb. Atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla atasının ürək nahiyəsini tapıb və bıçağı onun ürəyinə sancıb.
Prokurorun sözlərinə görə, Kənan Qasımov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Prokurorun çıxışından sonra hakim Kənan Qasımovun atasını anlaqsız vəziyyətdə öldürməsi ilə bağlı qərarı elan edib. Sonra söz alan Kənan Qasımov özünü təqsirli bilib.

Kənan Qasımov atasını öldürməsindən peşman olduğunu, özünü günahkar hesab etdiyini qeyd edib: "Hərbi liseydən öz istəyimlə çıxmışam. Oranım rejimi dözə bilmirdim. İbadətlə məşğul idim. Liseydə bunun üçün şərait yox idi, gizlin namaz qılırdım. Namaz qılmağı tanışımdan öyrənmişdim. Hərbi liseydən çıxmaqda məqsədim universitetdə oxumaq idi. Atam hərbi liseydən çıxmağıma çox əsəbiləşirdi. Həmişə cüzi məsəllərə görə aramızda mübahisə olurdu".

Kənan Qasımov qeyd edib ki, mübahisə zamanı atasını öldürməklə hədələyib: "Bu səbəbdən evdə bıçaqları gizlədirdilər. Hadisədən bir gün qabaq anamla mübahisəmiz olmuşdu. Buna görə də atam üstümə acıqlanmışdı. Şkafdan bıçağı götürdükdən sonra atamın uzandığı otağa keçdim. Ona bir dəfə zərbə vurdum.

Həbsxanada hər gün atam gözümün qabağına gəlir, hər gün yadıma düşür. Atamın həm yaxşı, həm də pis xüsusiyyətləri var idi. İstəməzdim ki, belə hadisə olsun. Oğlun atasını öldürməsi düzgün deyil".

Prokuror xatırladıb ki, Kənan Qasımov ibtidai istintaqa verdiyi ifadəsində atasını "şeytan" adlandırıb. Kənan Qasımov belə ifadə verməsinin səbəbini izah edə bilməyib.

Daha sonra şahid qismində Kənan Qasımovun ailəsi ilə qonşuluqda yaşayan Asif İmanov ifadə verib. Onun sözlərinə görə, Kənan ağıllı uşaq olub: "O, hamıya salam verən, böyük-kiçik yerini bilən bir uşaq idi. Daha sonra xəbər tutdum ki, Cəmşid Naxçıvanski adına Hərbi liseyə qəbul olub. Bildiyimə görə, 1 ilə yaxın orda oxudu. Daha sonra atası Qulu dedi ki, Kənan hərbi liseydən çıxarılıb. Ondan səbəbini soruşduq, bildirdi ki, uşaq normal adamlara qoşulmayıb. Qulu onu da dedi ki, oğlum müxtəlif dini cərəyanlara qoşulub, dərsə getmir".

Şahid qeyd edib ki, Qasımovlar ailəsində münaqişələrin baş verməsinin, söz-söhbət olmasının şahid olmayıb. Onun sözlərinə görə, hadisə günü onların evindən səs eşidib: "Evdən çıxanda gördüm ki, Qulu fəryad edir, onu qan aparırdı. Qulunu bu vəziyyətdə görəndə oğluma dedim ki, təcili yardım çağır. Qulu bildirdi ki, imkan verməyin, oğlum məni öldürəcək. Bu zaman Kənan əlində bıçaqla gəldiyini gördüm. O, gülə-gülə üstümüzə gəlirdi. Kənan "Asif dayı, icazə ver, atama birini də vurum" deyə bildirdi. Amma mən onu yenə də atasını vurmasına imkan vermədim.

Daha sonra təcili yardım gəldi və Qulunu xəstəxanaya göndərdik. Sonra Kənanın dayısına zəng etdim. Dayısı gələrək, Kənanı apardı".

Kənan Qasımovun dayısı Elşad Sarıyevin sözlərinə görə, bacısı oğlu çox sakit uşaq olub:

"Bilirdim ki, atası Kənanı incidir. Qulu 16 yaşlı oğluna deyirdi ki, get işlə, pul qazan. Kənanı atası hərbi liseydən çıxartdı. Həmin vaxt Kənanın özü də məktəbdən çıxmaq istəyirdi. Ayinlərdə dini tədbirlərə gəlirdi. Məciddə ibadət etməyə gedirmiş. Son günlər əsəbi idi, bu əsəbini içində yaşayırdı".

Elşad Sarıyev daha sonra ifadəsində Kənanın atasını öldürməsindən danışıb: "Həmin gün rayondan Bakıya gəlmişdim. Evə yeni çatmışdım ki, zəng gəldi, Kənanın atasını vurduğunu dedilər. Mən də ora gəldim, Kənanı götürdüm. Ondan heç nə soruşa bilmədim. Heç özümdə deyildim, şok vəziyyətində idim. Soruşdum ki, atanı niyə öldürübsən, cavab verdi ki, məni incidirdi, döyürdü".
Proses aprelin 18-də davam edəcək. (teleqraf)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 15696   Tarix: 12 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 285
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 284
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 202
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

25.04.2024 534
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 86
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 202
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 710
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 781
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 132