Oğurluqda ittiham olunan xalq artisti danışdı: "Elə bildim düymədir, götürdüm" - VİDEO

Oğurluqda ittiham olunan xalq artisti danışdı: "Elə bildim düymədir, götürdüm" - VİDEO"Mən heç kimin qızılını oğurlamamışam."

BiG.AZ xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Xalq artisti, Musiqili Teatrın aktyoru Ramiz Məmmədov deyib. Aktyorun sözlərinə görə, toy mərasimi ötən ilin dekabr ayında Bakıdakı restoranların birində keçirilib:

"Bizim gözəl rejissorumuz Məhərrəm Bədirzadənin nəvəsinin toyunda olmuşam. Özüm də toya gec getmişdim. Qardirobun yayında az qaldı yıxılam. Əyilib ayağımın altına baxanda balaca bir daş qalıb, elə bildim düymədir, götürdüm. Toydan çıxıb evə getdim. Səhər tezdən zəng gəldi ki, "ay Ramiz toyda bir qadının sırğası itib, sən bir şey tapmamısan ki?" Dedim ki, tapmışam, elə həmin günü aparıb daşı Məhərrəmə verdim, onunla da məsələ bağlandı".

Bundan bir gün sonra qızılı itən Bakı sakini Südabə Zalova mənə zəng edib və toy günü tapdığım daşın onunku olmadığını deyib:

"Dedim ki, məndən nə istəyirsən? Şübhələnirsənsə, hüquq-mühafizə orqanlarına müraciət edin. Hətta ona kimi dedim ki, gətir sırğanı aparaq zərgərə, sənin üçün onun eynisini düzəltdirim, təki sən rahat olasan. Razılaşmadı. Sonradan nə qədər zəng etdisə, telefonu götürmədim. Çünki görürdüm ki, qadın məni şərləməyə başlayır. 20 gündən sonra məni Nizami rayon polis şöbəsinə cağırdılar. Getdim. Bildirdim ki, mən kiminsə əşyasını oğurlamamışam. Əgər həqiqətən kiminsə əşyasını götürmüşəmsə, onu verməyə hazıram. Qadın bilməyə-bilməyə mənə şər atır. Ayıb deyil, bu boyda şər olar? O halda mən ittiham olunaram ki, sırğanı götürməyim sübut olunsun. Əgər belə bir sübut varsa, qoysunlar ortaya".

***
Xalq artistini oğurluqda ittiham edirlər. Bakı sakini şadlıq evində itirdiyi sırğasını məhz xalq artisti Ramiz Məmmədovun tapıb qaytarmadığını deyir. Ramiz Məmmədov isə, əlbəttə ki, bu ittihamı rədd edir. Paltarını qarderoba verdikdən sonra yerə baxır. Yerdəki əşya diqqətini çəkir və əyilib onu götürür. Götürdüyü əşyanı bir az kənarda daha yaxından incələdikdən sonra isə heç nə olmamış kimi cibinə qoyub, zala daxil olur.

Görüntülər paytaxtdakı restoranlardan birinin kamerasına düşüb.
Bakı sakini Südabə Zalova şadlıq evinə toya gedərkən foyedə üst geyimini çıxardan zaman sırğasını itirib. Daha sonra onu tapmaq üçün restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarınn görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir.
Südabə Zalovanın sözlərinə görə, bununla əlaqədar xalq artisti ilə nə qədər danışmaq istəsə də, bu cəhdləri nəticə verməyib.

Məsələ ilə bağlı xalq artisti ilə telefon əlaqəsi saxladıq. Ramiz Məmmədov deyir ki, onun tapdığı başqa bir əşya olub və onu da toy sahibinə təhvil verib. Qadının sırğasından isə xəbəri yoxdur.
Tapılan əşyanın doğrudan da itən sırğa olub-olmadığını ayırd etmək çətindir. Amma bildiyimiz bir şey var ki, qadının 6 qramlıq qızılı ortalıqda yoxdur. Kamera görüntülərində isə sadəcə görünən Ramiz Məmmədovun yerə əyilərək nəsə götürməsidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9749   Tarix: 12 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930