Dırnaq göbələyinin müalicəsində dərmansız üsul

Dırnaq göbələyinin müalicəsində dərmansız üsulDırnaq göbələyi bir çox insanda rast gəlinən problemlərdən biridir. Tibbi dildə onixomikoz adlanan bu sağlamlıq problemi son vaxtlar daha geniş yayılıb.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, həkim-dermatoloq Günay Mikayılovanın dediyinə görə, dırnaq göbələyinin müxtəlif səbəblərdən yaranır. Dırnaq göbələyinin yoluxucu xəstəlik olduğunu bildirən kosmetoloqun sözlərinə görə, münbit şərait yarandıqda bu xoşagəlməz parazitin şansını əldən vermədiyini qeyd edir: "Dırnaqda göbələyin yaranmasına səbəb trixofıton göbələk ailəsidir. Bu, həm ayaqda, həm də dırnaqda olan dəri göbələyinin törədicisidir. Məsələn, hər bir canlı kimi, göbələyin də qidaya, suya, temperatura ehtiyacı var. Əsasən ayaq və müəyyən büküşlər daha çox sürtünmə və tərləməyə məruz qalan yerlər olduğundan göbələk bədənin həmin hissələrində inkişafı üçün münbit şərait tapır. Sürtünmə nəticəsində həmin yerdə dərinin baryer funksiyası pozulur. Çünki dərinin özünün qoruyucu, baryer qatı var. Bu, bizi müxtəlif xəstəliklərdən, mikroblardan qoruyur. Amma sürtünmə və tərləmə nəticəsində dərinin PH səviyyəsi aşağı düşür və ya qalxır. PH-ın dəyişməsi isə göbələklər üçün əlverişli şərait yaradır. Nəticədə göbələklər həmin dərinin baryer qatından daha asan keçirlər və orada artıb çoxala bilirlər".

Keyfiyyətsiz ayaqqabı, gigiyenik olmayan məkanlara getmək də dırnaq göbələyinin yaranmasına imkan verir. Buna görə də mütəxəssis ümumi istifadə olunan məkanlara getdikdə diqqətli olmağı məsləhət görür: "Bildiyimiz kimi keyfiyyətsiz ayaqqabının ventilyasiyası, yəni havalanması pis olur. Ona görə də ayaq tərləyir və göbələyin əmələ gəlməsinə şərait yaranır. Nəticə etibarı ilə dərinin nəmliyi və sürtünməsi nəticəsində göbələklər inkişaf edir. Bununla yanaşı, saunalar, hamamlar, hovuzlar, idman zalları, gözəllik salonları və digər ümumi istifadə edilən ictimai yerlərdə də gigiyenik qaydaların pozulması nəticəsində dırnaq göbələkləri yaranır. Məsələn, həmin yerlərdə ümumi çəkələklər geyilir, ümumi ləvazimatlardan istifadə edilir. Vaxtlı-vaxtında və yaxşı dezinfeksiya edilmədikdə isə göbələyə yol açılır".

Həkim dırnaq göbələyinin müalicəsinin çətin olduğunu etiraf edir. Lakin o, bu problemin birdəfəlik həll oluna biləcəyini də vurğulayır: "Dırnaq, saç, piy və tər vəziləri dəri artımı hesab olunur. Dəri artımında ən aktual problemlərdən biri də dırnaq göbələyidir. Uzunmüddətli müalicə tələb edir. Xüsusən də ayaqda olduqda. Çünki ayaq dırnaqları daha qalındır. Müalicə ağır dərmanlarla aparılır. Onların arasında digər orqanlara əlavə təsirləri olan dərmanlar da var. Həmin dərmanların uzunmüddətli istifadəsi bəzi xəstələr üçün qəbulolunmazdır. Məsələn, yaşlı insanlara, qaraciyərində problem olan xəstələrə o dərmanları yazmırıq. Bu zaman dırnaq göbələyi qarşısında silahsız qalırıq".

Lakin hazırda dırnaq göbələyinin müalicəsində yeni üsul var. Çox qısa müddətdə sistemli olaraq, daxilə heç bir dərman qəbul etmədən bu problem həll edilir. G. Mikayılova dırnaq göbələyinin müalicəsində yeni üsulun lazer proseduru olduğunu açıqladı. Çox qısa kurslarla, həftədə 1 dəfə olmaqla 5 və daha çox prosedur tətbiq etmək şərtilə müalicə aparılır: "Prosedurların sayı individualdır. Yəni müalicə kursu göbələyin ilkin vəziyyətindən asılı olaraq təyin edilir. Dırnağın 50 faizdən çoxu zədəlidirsə, seansların sayı artır. Lazer üsulunun üstünlüyü ondan ibarətdir ki, həm yaşlılar, həm uşaqlar, bir sözlə, bu problemi yaşayan hər kəs üçün keçərlidir. Əvvəl dırnağın müalicəsi üçün 7-8 ay, bəzən 1 il vaxt tələb edilirdi. Lazer müalicəsində xəstə çox vaxt sərf etmir. Sadəcə kurs bitdikdən sonra müəyyən vaxt keçməlidir ki, dırnaq təzələnsin. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ayaq dırnaqları əl dırnaqlarından üç dəfə gec uzanır. Bir dırnağın tam dəyişməsi üçün bir neçə ay keçməlidir. Xəstələr nəzərə almalıdırlar ki, biz ora yeni dırnaq qoymuruq, sadəcə olaraq zədələnmiş dırnaq çıxmalıdır ki, yerinə təzəsi gəlsin. Məqsəd dırnağın mayasında olan göbələyi öldürməkdir ki, yayılmasının qarşısı alınsın. Onu da biz çox uğurla edirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2571   Tarix: 04 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433