"Bravo,Aygün Kazimova!"

"Səbrli ol, Allah mütləq agah edəcək! Əmin idim ki, nə vaxtsa bu məsələnin üstü açılacaq. Bildiyimi xalq da öyrənəcək. "Yalan-doğru" verilişində Aygün etiraf etdi ki, mənə qarşı olan Brilliant-Zulya-Aygün üçlüyünün rəhbəri Dadaşova idi... Bravo, Aygün Kazımova! Ürəyimdə sənin yerin ayrıdır..." Bu sözlər xalq artisti Faiq Ağayevin "Facebook"dakı səhifəsində yazılıb.

ANS PRESS-in məlumatına görə, xalq artisti bu sözlərlə digər xalq artisti Aygün Kazımovanın şok açıqlamalarına münasibət bildirib. Belə ki, Kazımova verilişdə olduqca səmimi etiraflar edib. Ən şok açıqlamalar isə məhz Faiq Ağayevlə bağlı olub. Belə ki, xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova və Aygün Kazımovanın Faiq Ağayevlə uzun müddət düşmən münasibətlərdə olduğundan hamının xəbəri var. Aygün Kazımova bu düşmənçiliyin, daha doğrusu bu qruplaşmanın başında rəfiqəsi Brilliant Dadaşovanın durduğunu açıqlayıb.

Kazımovanın Faiq Ağayevlə bağlı daha bir açıqlaması uzun illər öncə Faiq Ağayevlə evlənmə xəbərlərinin yayılması ilə bağlı olub: "Bu mənim ideyam idi. Mənim evimdə görüşdük, mən Faiqə təklif etdim və o da razılaşdı. Bu mənə lazım idi."

Aygün Kazımova Milli.az-a açıqlamasında bu söhbətin şişirdilməsində maraqlı olmadığını, proqramda səsləndirdiyi fikirlərə görə peşmançılıq keçirmədiyini söyləyib: "Verilişin formatı insanın keçirdiyi hisslər üzərində qurulub. Aparıcı sual verir, psixoloq Elmir Əkbər isə doğru və yalan dediyim açıqlamaları ürək döyüntülərimi əks etdirən noutbuk vasitəsi ilə izləyirdi. Yəni yalan danışsaydım, tamaşaçıları aldatmış olacaqdım. Oradakı suallara təkrar şərh vermək niyyətində də deyiləm. Dediyim sözlərin uzun-uzadı müzakirə mövzusuna çevrilməsini istəmirəm", - Kazımova dedi.

Faiq Ağayevin sosial şəbəkədə status yazdığını öyrənən Aygün xanım, bu barədə də danışmamağa üstünlük verdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 14684   Tarix: 17 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19.04.2024 587
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

19.04.2024 659
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 478
.

"Kurtlar Vadisi"nin Nesrini:"Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim"

"Mən evdən çıxmaq üçün evləndim. Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim". xəbər verir ki, bu sözləri "Kurtlar Vadisi" serialında Nesrin rolu ilə tanınan aktrisa İpek Tenolcay deyib. "Həmilə ikən ayrıldıq. Boşanma doğumdan sonra oldu. Evliliyimiz bitəcəkdi, amma mən taktik

19.04.2024 272
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1489
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1168
.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

19.04.2024 1452
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 146
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1687