Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən…

Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən…Dünya telekanallarında aparıcılar yüksək gəlirləri ilə diqqət mərkəzində olurlar.

BiG.AZ bildirir ki, teleqraf.com bunu nəzərə alaraq azərbaycanlı məşhur aparıcılara sualla müraciət edib. Sual belədir: "Aylıq gəliriniz nə qədərdir?"

Sorğunu təqdim edirik:

ATV-nin aparıcısı Yusif Ağayev: "ABŞ və Avropa ölkələrində başqasının maaşını soruşmaq qəbahət hesab edilir. Nədənsə Azərbaycanda buna normal yanaşırlar. Məvacibimdən son dərəcə razıyam. 20 ildir ki, ATV kanalında çalışıram. Qonorar və maaşdan da razıyam".

"Xəzər" TV-nin aparıcısı Çiçək Vakkas: "Maaşım haqqında dəqiq məlumat verə bilməyəcəm. Çünki sponsorlara görə faizlər dəyişir. Verilişlərimin 10-12 sponsoru olur, onların hər birindən böyük məbləğdə faiz alıram".

ATV-nin aparıcısı Kamilə Babayeva: "Aylıq gəlirim haqqında məlumat verməyəcəm. Çünki riyaziyyatla dost deyiləm. Hazırda mənə həyat yoldaşım dəstəkdir".

"Xəzər" TV-nin aparıcısı Firuzə Cəlilova: "Maaşımı deyib gözə gəlmək istəmirəm. Bacarana can qurban. Toylara getmirəm və toy aparıcısı deyiləm. Gərək onlarla aylıq gəlir baxımından rəqabət aparım... Hər kəsin öz ruzisi var. Pul əl çirkidir, xərcləmək üçün qazanırıq. Əsas odur ki, əhvalımız yüksək olsun".

ARB-nin aparıcısı Zümrüd Qasımova: "Həyat yoldaşım olmasa çatdıra bilmərəm. Digər kanallarda aylıq gəlir nə qədərdirsə, bizdə də elədir. Normal maaş alıram. Az desəm deyəcəklər ki, necə işləyirsən? Çox desəm isə əksini.

Düzünü deyim... Maaşım məni tam təmin etmir. Mənə həyat yoldaşım dəstək olur. Təxminən aktyorların maaşı qədər məvacib alıram. Dediyim kimi maaşım normaldır, sağ olsunlar, geyindirilər, saç düzümümüzü belə kanalamızda edirlər".

ATV-nin aparıcısı Şəhriyar Əbilov: "Aparıcılar verilişlə yanaşı toydan, tədbirlərin açılışından da gəlir əldə edirlər. Hazırda açılışlar olur. Toylar iki aya yaxındır yoxdur. Dəqiq məbləğ demiyəcəm. Təxminən aylıq gəlirimiz 1000 manatdan aşağı deyil".

ATV telekanalının keçmiş aparıcısı Günel Hümbətova: "Aylıq gəlir hansı kanalda işləməyimizdən asılıdır. Hazırda aparıcı kimi fəaliyyət göstərmirəm. Aparıcı işləyən zaman maaşım 1000 manatdan yüksək olub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 16197   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

11:50 171
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14.04.2024 775
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1003
.

İlkin Həsəni xanımının gizli çəkdiyi videosunu paylaşdı

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Aysel Həsəni ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, həyat yoldaşının gizli videosunu çəkib. Görüntüləri instaqram hesabında paylaşan İlkin "Sevinir, instaqram profili bərpa olunub" sözlərini yazıb. Qeyd edək ki, Ayselin 342 minlik instaqra

18.04.2024 838
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1033
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 2598
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 2853
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1571
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1444