"Lap elə öpüşüblər, əcəb ediblər" - aparıcı Ülvira öpüşən gəncləri DƏSTƏKLƏDİ

"Lap elə öpüşüblər, əcəb ediblər" - aparıcı Ülvira öpüşən gəncləri DƏSTƏKLƏDİ"Mən statusu oxudum orada öpüşmək məqamı yox idi. Sadəcə iki sevən insan xumarlaşıblar. Lap elə öpüşüblər, əcəb ediblər. Dünyanın hər yerində insanlar öpüşür. Hardaki insanlar öpüşür həmin yerlərdə müharibə olmur. Hardakı öpüşməyə, sevişməyə mane olurlar oralar müharibədir, qan gölüdür. Nə istəyirlər camaatdan? Sevgilidirlər də ..." - bu sözləri aparıcı Ülvira Qarayeva BiG.AZ-a açıqlamasında bildirib. Aparıcı xanım metroda öpüşən gəncləri müdafiə edib:

"Lap elə öpüşüblər, əcəb ediblər" - aparıcı Ülvira öpüşən gəncləri DƏSTƏKLƏDİ" Əgər həmin jurnalist uşaqla olduğu üçün narahat olubsa, o zaman yerini dəyişərdi. Qara tikan hər yerdə olmalıdır axı ... Guya uşaq televizorda öpüşənləri görmür ?! Uşaq Bakıdan kənara çıxmayacaq ?! Məgər bizim milli mentalitetimiz elə qadağalar üzərində qurulub ?! Bakını gerizəkalı, geridəqalmış bir şəhərəmi çevirmək istəyirlər?! Nə qədər çox öpüşən olsa daha yaxşıdır, onlara yer ayırmaq lazımdır ki, gedin rahat öpüşün. Qoy hər yerdə insanlar öpüşüb, qoxlaşsınlar. Xoşbəxtdirlər, onlara mane olmayın. Ən azı onlar kiməsə təpik atmırlar, söymürlər, "eşşək" deyib, təhqir etmirlər ... bax bunlar tərbiyəsizlikdir. Adama deyərlər yerini dəyiş başqa yerdə əyləş. Demirəm hər şey açıq olsun, amma öpüşməyin kimə, nə ziyanı var axı ?! Şəxsən mən metroda olsaydım, mənim yanımda iki gənc öpüşsəydi, heç onlara baxmazdım ki, birdən narahat olarlar. Əksinə gülümsənərdim. Nə qədər istəyirlər qoy öpüşsünlər. Şəxsi həyata onsuzda bizdə nə qədər istəsən müdaxilə və qadağalar var. Kənd psixologiyasıdır bu ... Şəhərə kənd psiologiyası gətirirlər".

"Bəs siz o yaşlarda olsaydınız metroda sevgilinizlə öpüşərdinizmi" sualına aparıcı xanım belə cavab verib:

" Mən özüm o yaşda olsaydım, etməzdim. Amma yanımda öpüşən olsa sevinərdim ki, nə yaxşı belə cəsarətlidirlər. Yadındadırsa, bu yaxında oğlan qızı Tarqovıda öpmüşdü. Ay, necə sevindim ...

"Lap elə öpüşüblər, əcəb ediblər" - aparıcı Ülvira öpüşən gəncləri DƏSTƏKLƏDİƏslində Nyu Yorkda belə bir hadisə olmuşdu. Bizimkilərdə təkrarlamışdı. Çox gözəl mənzərədir. Mən öpüşən, qucaqlaşan, mehriban sevgililər görəndə çox sevinirəm. Əgər elədilərsə deməli insanlar bir-birini öldürməyəcək. Ata balasını, ər arvadını , qız oğlana yox dedisə onlar bir-birini öldürməyəcək. Çox qəribədir. Cəmiyyət öldürməyi rahat həzm edir amma öpüşməyi yox ? Bu insanlar bu düşüncə ilə necə yaşayırlar axı ? Bəlkə də paxıllıqdan, qısqanclıqdan, özləri öpüşə bilmirlər, qocadılar deyə belə yanaşırlar".

Ülvira Qarayeva: "Əfruzə, bir şeyi də əlavə edim, ürəyim partlayar yoxsa. O metroda bir qadını kimsə döysəydi heç kim heç nə deməyəcəkdi, amma ağzından süd iyi gələn iki müdafiəsiz gəncə təpik atmaq eybi yox olar, nə deyim daha ..."

Xatırldaq ki, jurnalist Xəqani Səfəroğlunun iki gün öncə paylaşdığı statusu cəmiyyətdə rezonans doğurub:

"Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu: Qız və oğlan. Ayağını ayağının üstünə aşırmış 16-17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığallayırdı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığışdırarlar... Gördüm yox e, artıq öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayın, bağışlayın..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim. Balacalar üzümə baxırdılar.

Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!".

ƏFRUZƏ AĞAYEVA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 39492   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262