Onlayn ticarət zamanı diqqətli olun! - Bu səhifə vasitəsilə insanların pulu mənimsənilir- VİDEO

Onlayn ticarət zamanı diqqətli olun! - Bu səhifə vasitəsilə insanların pulu mənimsənilir- VİDEODon, yupka, şalvar, köynək, ayaqqabı və daha nələr-nələr...

BiG.AZ-ın Xezerxeber.az-a istinadən məlumatına görə, "Fashiondeal" adlı İnstagram səhifəsində insanların pulu mənimsənilir.

Səhifədə qeyd olunan Türkiyə nömrəsi ilə qeydiyyatdan keçilən votsap nömrəsinə yazdıq. Özümüzü müştəri kimi qələmə verib paylaşılan paltarlardan birini sifariş verdik.
Heç bir problemin olmadığını bildirən şəxs, əvvəlcə ödəmənin həyata keçirilməli olduğunu bildirdi. Məşhur banklardan birinin adını çəkən səhifə sahibi, daha sonra ödəniş qəbzini ona göndərməyi tələb etdi. Yalnız bundan sonra kargonun həyata keçiriləcəyini bildirdi.
"Tutaq ki, pulu ödədim, bəs hardan əmin olacam ki, siz paltarı göndərəcəksiniz?" sualımı isə cavavsız qaldı.... Zəmanət vermədiyini görüb ona başqa bir təklif etdik. Türkiyənin hansı şəhərində olduğunu soruşduq ki, bəlkə qonşu şəhərlərə göndərə. Bütün təkidlərimizə baxmayaraq o, şəxsi məlumatlarını verməkdən boyun qaçırdı.
Özünü ifşa etdiyini görən şəxs, bu dəfə əsəsbiləşərək "30 manata görə" məsələni uzatmayaq deyərək söhbəti yekunlaşdırdı. Görünür, 77 mindən çox izləyici olan şəxsə inananlar və pul xərcləyənlərin sayı az deyil. Sosial şəbəkələrdə elektron ticarət o qədər məşhurlaşıb ki, belə səhifələrin sayı yüzlərlədir.
Mütəxəssislər isə sifariş verməzdən əvvəl diqqətli olmağı məsləhət görürlər. Şəxsi məlumatların olmadığı səhifələrdən onlayn alqı-satqı həyata keçirilməməlidir. Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, fırıldaqçılığa məruz qalan şəxs, bütün məlumatlarla yanaşı yazışmaları da götürərək məhkəməyə təqdim etməlidir. Xarici vətəndaş olub-olmasından asılı olmayaraq onun məsuliyyətə cəlb olunaması həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1538   Tarix: 25 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:. "Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılı

09:29 0
.

"Kənara çəkilməyin, efirə çıxın" - Nazənin onlara səsləndi

Müğənni Nazənin Salayeva "Rəngarəng səhər" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı efirdən sənətkarlara səslənib. O, sənətçilərin verilişlərə az çıxmalarından gileylənib. "Sənətkarlarımıza səslənirəm, meydanı vermisiniz. Aparıcılarda günah görmürəm. Sənətkarlarımız efir

15.04.2024 317
.

Şakira Türkiyədə konsert verəcək

Müğənni Şakiranın Türkiyədə konsert verməsi gözlənilir. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,müğənni dünya turu etməyi planlaşdırır

15.04.2024 179
.

Rusiya: "Biz bütün Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırırıq"

"Biz bütün Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırırıq". xəbər verir ki, bu sözləri Kremlinin sözçüsü Peskov deyib. İran-İsrail gərginliyinə də toxunan Peskov Yaxın Şərqdə gərginliyin artmasından narahat olduqlarını deyib. "Bütün region ölkələrini mülayim olmağa çağırırıq. Gərginliyi

15.04.2024 157
.

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

"Formula 1"ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktın

15.04.2024 216
.

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. "Sırf bəyənmə xatirinə "öldü" xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığı

15.04.2024 758
.

"Cavab kartı yalnız şagirdə verilən zaman texniki səbəbdən yararsız olduqda dəyişdirilə bilər" - Elşən Qafarov

İmtahan prosesinin ən vacib hissəsi düzgün cavabların cavab kartına köçürülməsidir. Abituriyentlər bəzi sualları səhv köçürmək nəticəsində bal itirirlər. Cavab kartları hər şagirdin adına bir dəfə çıxarılır. Bəs alternativ cavab kartlarına ehtiyac varmı?. Mövzu ilə bağlı -a danışan təhsil eksperti Elşə

15.04.2024 352
.

Sabah 27 dərəcə isti olacaq

Aprelin 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13 isti, gündüz 18-2

15.04.2024 284
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15.04.2024 999