Direktorun qətli ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: Sevgilisi ilə birləşib... - FOTOLAR

Direktorun qətli ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: Sevgilisi ilə birləşib... - FOTOLAR"Bakı Taxıl Kombinatı"nın direktoru Qalib Bağırovu qətlə yetirməkdə təqsirləndirilənlər Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın apellyasiya şikayətinə baxılacaq.

BiG.AZ-ın verdiyi xəbərə görə, qətl hadisəsi 2016-cı il yanvarın 8-də Q.Bağırovun Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bağlar" yaşayış massivindəki evində baş verib. E.Həsənov, M.Hüseynova və M.Əliyev qabaqcadan əlbir olaraq həmin gün səhər saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 belorus rublu məbləğində pulu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər üç şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hökmdən apellyasiya şikayəti veriblər. İş Bakı Apellyasiya Məhkəməsində icraata götürüldükdən sonra müdafiə tərəfinin prosesin tam istintaqla keçirilməsi üçün verdiyi vəsatət təmin edilməyib. Təqsirləndirilən şəxslər məhkəmənin bu qərarından kassasiya şikayəti veriblər. Ali Məhkəmə qərarı dəyişməyib, işə yenidən apellyasiya şikayəti üzrə baxılacaq. Məhkəmə prosesi martın 31-də davam etdiriləcək. Prosesə hakim Rizvan Səfərov sədrlik edir.

İlk instansiya məhkəməsində ifadə verən adıçəkilən şəxslər qətli etiraf ediblər. Ehtiram Həsənov deyib ki, evə girərkən Qalib Bağırov onları tanıyıb: "Mənim maskam üzümdən çıxdı, rəhmətlik dedi ki, mən sizi tanıyıram, kimin göndərdiyini də bilirəm. Amma kimin göndərdiyini demədi".

M.Əliyev deyib ki, evdə olarkən E.Həsənov ona Qalibi öldürməyi əmr edib: "Mən iki bıçaq vurandan sonra dedi sən bacarmırsan, bıçağı alıb özü də 4 dəfə vurdu".

Qeyd edək ki, təqsirləndirilənlərdən biri, Ehtiram Həsənov Çelyabinskidə, sonra isə Almaniyada hərbi xidmətdə olub. Qarabağda könüllü döyüşüb, 1993-1994-cü illərdə Türkiyədə hərbi kurslarda iştirak etdikdən sonra Azərbaycanda 1 il Daxili qoşunların hərbi hissələrindən birinin kəşfiyyat idarəsinin rəisi olub. Sonradan dələduzluqda təqsirləndirilərək 1 dəfə 7 il, növbəti dəfə 12 il müddətinə azadlıqdan məhrum edilib. Amnistiyaya düşdüyü üçün cəzasını tam çəkmədən azadlığa çıxıb. Bundan sonra Mahnurə Hüseynova ilə qeyri-rəsmi olaraq birlikdə yaşayıb. M.Hüseynova isə Q.Bağırovun evində xadimə işləyib.

mənbə: qafqazinfo.az

Direktorun qətli ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: Sevgilisi ilə birləşib... - FOTOLARDirektorun qətli ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: Sevgilisi ilə birləşib... - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2116   Tarix: 25 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

15:13 94
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

15:26 110
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 164
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

13:06 139
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 891
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 487
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

13:12 216
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 199
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

17:03 595