Gəlin qayınanasına baxmağa məcburdur?

Gəlin qayınanasına baxmağa məcburdur?Yaşlı valideynlərə baxmaq, onların qeydinə qalmaq, onlara yardım əlini uzatmaq övladın vəzifəsidir. Necə ki, valideynlər vaxtilə, onu böyüdüb boya-başa çatdırmaq üçün min cür əzab-əziyyətə qatlanmışlar. Övlad da yaşlananda valideynlərinə baxmaq məcbiriyyətindədir. Əgər övlad ailəlidirsə valideynlərinə necə baxmalıdır?

BiG.AZ meneviyyat.az-a istinadən bildirir ki, kişilər evli olsalar da valideynlərinə baxmaq məsuliyyəti onların üzərindədir. Odur ki, evli olduqları təqdirdə ya özləri baxmalı, ya da ki, həyat yoldaşlarından bunu xahiş etməlidirlər. Gəlin qayınana və qayınatasına baxmağa məcbur deyil. Ancaq gəlinin hörmət və anlayış göstərərək ailədəki böyüklərə-qayınana və qayınataya baxmağı daha yaxşıdır.
Əgər qadın müəyyən səbəblərdən (işləmək, baxmaq istəməmək və s.) qayınana və qayınataya baxa bilmirsə, bu təqdirdə məsuliyyət yenə kişinin üzərinə düşür. Kişi övladı olaraq özünü dünyaya gətirən insanlara olan borcunu yerinə yetirməli, onlara ya özü baxmalı, ya da ki, baxmaq üçün qulluqçu tutmalıdır. Valideynlərin harda (öz yanında və ya başqa yerdə) yaşmasından asılı olmayaraq övlad olaraq üzərinə düşəni yerinə yetirməlidir. Bir evdə birgə yaşamaq oğul, valideyn və nəvələr nöqteyi-nəzərindən daha yaxşıdır. Adət-ənənəmizdə də bunun faydalarını görə bilərik.

Ailəli qızlar da öz valideynlərinə baxmaqla mükəlləfdirlər. Doğrudur, kişilərə nisbətən onların üzərinə daha az məsuliyyət düşür. Amma bu o demək deyil ki, onlar bundan azaddırlar. Əgər evli qadının qardaşı yoxdursa valideyninə baxmaq onun vəzifəsidir. Lazım gələrsə ərindən bunun üçün icazə almalı, ehtiyac olarsa valideynini öz evinə gətirməli və ya evlərinə gedərək onların qayğısına qalmalıdır. Kişi də bu məsələdə həyat yoldaşına qarşı anlayışla rəftar etməli, onun da bir övlad olduğunu əsla unutmamalıdır.

Əgər qadının həyat yoldaşı ona icazə vermirsə[1] qadın valideynlərinə imkanı nisbətində maddi yardım eləməyə çalışmalıdır. Özünün buna imkanı çatmırsa aidiyyatı dövlət qurumlarına müraciət edə bilər.

Nəticə etibarilə onu demək olar ki, qayınata və qayınanaya baxmaq bəy və gəlin üçün məcburi olmasa da, övladlar üçün məcburidir. Buna görə də qadın ərini, kişi də həyat yoldaşını razı salaraq valideynlərinə baxmalı və ya baxdırmalıdır. Çünki, Quranda onlara "of" deməyin doğru olmadığı bildirilir. O ki, qaldı onları qocalar və kimsəsizlər evinə qoymaq, bu əsla doğru deyil və böyük günahdır. Ana-ata da öz növbəsində özünə qulluq edən gəlinindən xoş sözlərini əsirgəməməlidir.

[1] Burada onu qeyd etmək yerinə düşər ki, kişinin belə bir hərəkət eləməsi doğru deyil. Çünki üzərində ən çox haqqı olan valideynlərə baxmaq övladın borcudur. Ona bunu qadağan etmək isə haqsızlıqdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5105   Tarix: 24 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874