Psixoloqlar məsləhət görür - emosiyaları biruzə verin

Psixoloqlar məsləhət görür - emosiyaları biruzə verinBu hadisəyə bir neçə ay öncə Azərbaycanın rayonlarından birində şahidi olmuşdum. Ali məktəbə hazırlaşan qız, psixoloq olmaq arzusu ilə eyni adlı fakültəyə qəbul olmaq istəyirdi. Lakin valideynləri psixoloqu "dəli həkimi" olması, insanların psixoloqa müraciət etməməsi ilə əsaslandıraraq abituriyenti bu fikrindən yayındırırdılar.

"Sirri qoru, ziyan vurma, kömək et"

Təəssüf ki, bu gün də əhalinin böyük hissəsi hələ də psixoloq və psixiatr terminlərini bir-birindən ayırmaqda çətinlik çəkirlər. Bunu Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti Elmira Mirzəyeva ANS PRESS-ə açıqlamasında etiraf edir. Onun sözlərinə görə, Azərbaycanda psixoloji maarifləndirmə işinə çox böyük ehtiyac var.

"İnsanlar anlamalıdırlar ki, psixoloqun yanına sağlam insanlar öz istəyi ilə gəlirlər. Psixoloq öz işini müşahidə, müsahibə, diaqnostika və psixoloji dəstək əsasında həyata keçirir. Hər bir insanın həyatında çətin anlar, suallar doğuran və onlara cavab tapmadığı bir dövr olur. Yaşadığımız reaktiv həyatın təzyiqi altında əzilən, sıxılan insanlar çoxdur. Mən təklif edərdim ki, onlar psixoloqa müraciət etsinlər."

Ölkəmizdə psixoloji xidmətin zəif olmasının səbəbi öz ixtisasını dərindən bilən mütəxəssislərin olmaması ilə bağlıdır. Psixoloqlar "sirri qoru, ziyan vurma, kömək et" prinsipi ilə işləməlidirlər. Bu gün Azərbayacanda "mən psixoloqam" deyə özünü təqdim edənlərin bəzilərinin psixoloji təhsili belə olmadığını düşünən Elmira Mirzəyeva son dövrdə psixoloqa müraciət edənlərin sayının artdığı qənaətindədir. Əvvəllər müraciət edənlər, əsasən, Bakıdan olurdusa, son zamanlarda rayonlardan da müraciət edənlərin sayı az deyil. Bunun səbəbi isə insanların psixoloji dəstəyin xeyrini görməyə başlaması ilə bağlıdır. "Azərbaycan əhalisi 5-10 il öncəki əhali deyil. İnsanlar artıq psixoloq dəstəyinin faydasını görürlər".

Buna baxmayaraq psixoloq insanları ehtiyatlı olmağa çağırır. Çünki bu gün ölkədə qanunsuz yolla psixoloq fəaliyyəti ilə məşğul olan kifayət qədər insan var. Bəzi özünü psixoloq adlandıran şəxslər bir-iki sertifikat almaqla bu sahədə xidmət göstərirlər".

Assosiasiyanın prezidenti insanlara sonradan peşman olmamaq üçün psixoloqa müraciət etməmişdən əvvəl onun iş təcrübəsi, işi ilə maraqlanmağı məsləhət görür.

Cins fərqinə gəldikdə isə zərif cinsin nümayəndələri belə xidmət almağa daha çox meyillidirlər. 2006-cı il tarixindən Gənclər və İdman Nazirliyinin dəstəyi və "İnkişaf naminə təşəbbüs" İctimai Birliyi tərəfindən fəaliyyətə başlamış "Gənclər üçün krizis telefon xətti"də belə deməyə əsas verir. Belə ki, gənclərə təcili psixoloji yardım göstərmək, özünə və ətrafdakılarına qarşı təhlükəli ola biləcək əməllərin qarşısını almaq məqsədi ilə yaradılan xəttə zəng edənlərin 80 faizini qadınlar təşkil edir. Təəssüf ki, adıçəkilən xətlə bağlı yeni məlumatları almaq üçün Gənclər və İdman Nazirliyi ilə əlaqə saxlasaq da, mətbuat xidməti işlərinin çoxluğu ilə əlaqədar suallarımızı gələn həftə cavablandıra biləcəyini dedi.

Müraciətlərə gəldikdə onların da məzmunu müxtəlifdir. Bu sahədə birinci yerdə, əsasən, psixi travmalar, ikinci yerdə şəxsi münasibətlər dayanır. Digərləri isə övlad tərbiyəsi, peşə seçimi, intellektual inkişaf, prenatal psixologiya məsələləri, ailə münaqişələri, şəxsiyyətlərarası münasibətlər və yaxın adamın itkisi acısını yaşayan insanlardır.

"Psixoloqa daha çox yeniyetmələr müraciət edir. Çünki bu dövrdə insan orqanizmində həddindən çox böyük dəyişikliklər olur. Məni ən çox narahat edən məsələlərdən biri də Azərbaycan ailəsində uşağın cinsi tərbiyəsi ilə çox az insanların məşğul olmasıdır".

Son dövrdə psixoloji dəstək dünya ölkələrində ən geniş yayılmış xidmət vasitələrindən biridir. Gündəlik həyatda yaşanan stress, psixi pozğunluq halı və vaxtında yardım göstərilməməsi insanları depressiyaya salır və bəzən də intiharlara səbəb olur. Xüsusilə yeniyetmələr arasında bu hala daha çox rast gəlinir. Assosiasiya rəhbəri yeniyetmə intiharlarının iki amillə bağlı olduğunu düşünür:

1.Ailə daxili anlaşılmazlıqların nəticəsi olan zorakılıqlar

2.Ruhi xəstəliklərin nəticəsində baş verən intiharlar.

"Yeniyetməlik həddindən artıq çətin bir dövrdür. Bu zaman insan orqanizmində çox böyük hormonal, fizioloji və psixoloji dəyişikliklər baş verir. Yeniyetməni əhatə edən insanlar bu yaş dövrünün xüsusiyyətlərini bilməli və onu anlamalıdırlar. Psixologiyada böhran yaş dövrü kimi 13 yaş qəbul olunub. Ancaq bu, 11-də ola bilər, 15-də. Sadəcə hər bir insan təkrar olunmaz olduğu kimi, onun özünəməxsus fizioloji və psixoloji xüsusiyyətləri var".

Psixoloqların insanlara daha bir məslətəhi emosiyaları biruzə verməklə bağlıdır. Çünki insanlar baş verən hadisələrə müxtəlif reaksiyalar verirlər. Kimi ağlayır, qışqırır, bəziləri isə donub qalır. Ümumiyyətlə, stress vəziyyətində ən qorxulu hal donmuş haldır. Qışqırmaqla, ağlamaqla orqanizmdəki mənfi cərəyan xaric olur. Donmuş halda isə bu cərayan onun orqanları, əzələlərinə çökür. Bunun üçün psixoloqlar emosiyaları biruzə verməyi məsləhət görürlər. "Mən "kişi ağlamaz" ifadəsini heç bəyənmirəm. Psixoloq kimi tam məsuliyyəti ilə deyirəm ki, göz yaşının xaric olunmasının orqanizmə böyük faydası var. İnsan stress keçirən zaman orqanizmdə çoxlu zərərli maddələr yığılır. Bunun da insan orqanizminə çox böyük mənfi təsiri var."

Hər bir insanın həyatında sualların yarandığı və bu suallara cavab tapmaqda çətinlik çəkdiyi, əlacsız qaldığını zənn etdiyi dövr olur. Bunun üçün intihara qədər yolu olan problemlərin həllində ruhunuzu sağlam saxlamaq üçün psixoloqa müraciət etməkdən çəkinməyin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5757   Tarix: 04 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741