Xalq artisti: "Qızım geyimimi bəyənmir"

Xalq artisti: "Qızım geyimimi bəyənmir"Xalq artisti Nəzakət Teymurova illərdir səhnədə olsa da, sanki zaman ona heç təsir etməyib. Sənətçi həmişə gənc və təravətli görünür. Bəs bunun sirri nədədir?

BiG.AZ xəbər verir ki, lent.az-a açıqlama verən N.Teymurova bunu ilk növbədə daxili və mənəviyyatı ilə əlaqələndirir:

"İnsan ilk növbədə daxilən gözəl olmalıdır, insanın içi gözəl olmalıdır. Çox xoşbəxt adamam ki, hər zaman daxili gözəlliyimi qoruyub saxlamışam. Hər şeyə gözəl baxmaq, hər şeyin yaxşısını görmək istəyirəm. Mənəvi cəhətlər məndə üstünlük təşkil edir. Həm də Allah verən bir simadır. Şükür ki, əlimiz-ayağımız sağ-salamatdır".

N. Teymurova özünə qulluğa biganə yanaşdığını etiraf edir. Kosmetoloqa tez-tez müraciət etməyən xalq artisti ev şəraitində hazırlanan müxtəlif maskalardan da uzaqdır. Xanəndə bunu həvəs və vaxt qıtlığı ilə əlaqələndirir:

"İldə bir dəfə vacib prosedurlar üçün kosmetoloqa gedərəm. Bəzi şeylər var ki, insan yaşa dolduqca onlardan bəhrələnməlidir. Evdə heç nə etmirəm. Kosmetoloqlar mənə deyir ki, qulluq etməməyinə baxmayaraq, dəri yaxşıdır, təravətini itirmir. Məsləhətlər verirlər, ancaq heç birisini edə bilmirəm, çünki hövsələm yoxdur. Bacım səhərdən-axşamadək üzünə maskalar edir, ona deyirəm, elə bil xalq artisti sənsən (gülür). Özümə onun kimi qulluq edə bilmirəm. İnsanın içində həvəs olmalıdır. Yayda bacım müxtəlif maskalar edir, 1-2 dəfə ona baxıb etdim, amma 5 dəqiqə sonra hamısını silib təmizləyirəm. Əslində gənc, təravətli qalmaq üçün dəriyə qulluq etmək lazımdır. Tamaşaçıların qarşısına gözəl çıxmaq lazımdır. Səhnə adamı baxımsız olanda tamaşaçılar onu bəyənmir".

Hər zaman təravətli görünən xanəndə bunun genetika ilə bağlı olduğunu deyir. N. Teymurova çox vaxt makiyajını da özü edir:

"Üzümdə nə var özümə məxsusdur, təbiidir (gülür). Mən anama oxşamışam. Onun da siması belədir. 83 yaşı var, amma o qədər də çox qırışı yoxdur. Gözəllik salonlarında vaxt keçirməyə hövsələm çatmır. Özünüz bilirsiniz, makiyaj üçün gərək saatlarla oturasan. Mən də istəyirəm ki, tez başa gəlsin. Çox vaxt özüm makiyaj edirəm. Yalnız bəzi çəkilişlərdə vizajistə müraciət edirəm. Bu gün sizin üçün özüm bəzənmişəm. Hərdən saçlarımı dəyişmək istəyirəm. Amma sənətimə, özümə yaraşmayan rənglər etdirməyə risk etmirəm. Bilirsiniz ki, muğam ifaçıları ciddi sənət sahibləridir. Ona görə də hər şeyə fikir verməliyik. Başqa rəng qoysam da, mənə yaraşmaz. Sarı rəngli saçlar mənə yüz faiz yaraşmaz" (gülür).

Zövqlü geyimi də diqqətdən yayınmayan sənətkar geyim seçiminə xüsusi əhəmiyyət verdiyini açıqladı. Onun brend asılılığı olmasa da, keyfiyyətə önəm verir:

"Əsas odur ki, aldığım paltar mənə yaraşsın və maddi baxımdan büdcəmə uyğun olsun. Mənim üçün əsas zövqlü geyinməkdir. Bəzən hansısa geyimi alıram, soruşurlar ki, məsələn, sən "Armani"nidən geyinirsən? Deyirəm, mən heç bilmirəm geyindiyim "Armani"dir, ya yox? Yəni brend arxasınca qaçmıram. Nəyə gücüm çatırsa, ona qane olan insanam. Arada paltar tikdirirəm, onda peşəkarlarla məsləhətləşirəm. Düzdür, bəzən mənim fikrimi tuta bilmirlər, istədiyimi ala bilmirəm. Hər zaman deyirəm ki, bir paltarı neçə dəfə geyinərəm, utanmaram. Ona görə ki, qonşudan borc almıram, özümündür. Səliqəli geyinməyi xoşlayıram. Bir paltarı neçə il geyinirəm, amma hər dəfə geyinəndə elə bilərlər təzədir".

Xanəndə çox vaxt qızı ilə məsləhətləşdiyini də etiraf edir. Tez-tez xarici ölkələrə qastrol səfərlərinə gedən xalq artisti çoxlarından fərqli olaraq alış-verişə üstünlük vermədiyini də deyir:

"Hərdən qızımla məsləhətləşirəm. Bir də görürsən, hansısa geyimimi bəyənmir. Deyirəm, ay bala, mənim yaşım o yaş deyil. Sözsüz ki, o, gəncdir. Gənclər çılğın olurlar, hər şeyə başqa cür baxılar.
Xarici ölkələrə gedəndə bəziləri tarixi məkanlara, bəziləri alış-verişə qaçır. Mən də oteldə otururam (gülür). O qədər yorğun oluram ki, beynimi sakitləşdirirəm. Xaricə gedəndə mənim üçün əsas səhnəmdir. Səhnəmi düşünürəm ki, ilk növbədə yaxşı oxuyum. Sonra isə alış-veriş, gəzmək olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1819   Tarix: 14 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 344
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1454
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 777
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 756
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri

14.04.2024 1225
.

Təranənin kürəkəni: "Xanımım evdə uşaqlara baxsın, müğənni olmasın" - VİDEO

Müğənni Təranə Qumral qızı və kürəkəni ilə "Rəngarəng səhər" verilişinin qonağı olub. xəbər verir ki, sənətçinin Fidanlı adlı qızının musiqiçi həyat yoldaşı aparıcının sualına verdiyi cavabla diqqət çəkib. O, xanımının evdə uşaqlara baxmasını və müğənni olmasını istəmədiyini bildirib. Həya

14.04.2024 1081
.

Nazpəri Dostəliyeva TANINMAZ HALDA - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. xəbər verir ki, yeni klipinin çəkilişində 64 yaşlı müğənninin üzündəki dəyişiklik gözdən yayınmayıb. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub

14.04.2024 990
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1105
.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14.04.2024 328