Könüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLAR

Könüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya, oradan da döyüşə yollandı-Şəhid Zakir Cəfərovun şərəfli ömür yolu-FOTOLAR
Orduya könüllü yollandı Zakir... Hərbi xidmətə getməyi gecikdiyi üçün, özü könüllü ərizə yazaraq həqiqi hərbi xidməyə yola düşdü. Elə düşmənə cavab vermək üçün də, könüllü yollanmışdı ön cəbhəyə... Fevralın 24-dən 25- keçən gecə düşmənin hücuma keçdiyi xəbərini alanda 50 əsgər arasından sinəsini qabağa verərək irəli çıxdı. Komandirinin döyüş tapşırığını yerinə yetirmək üçün Zakiri aparmaq fikri yox imiş... Amma Zakir düşmənlə üz-üzə gəlmək üçün çox israr edib. Komandiri Zakirin düşməndən qorxmadığını, döyüşmək əzmini görəndə ona yox cavabı verə bilməyib... Beləcə o gecə ölümün gözünə dik baxaraq ən ali zirvəyə, şəhidlik məqamına yetişdi Zakir Cəfərov. Ağdama yetişmək arzusu yarımçıq qalsa da, özündən sonrakı nəsil üçün o torpaqların azad olunacağına böyük ümid qoyub getdi qəhrəman şəhidimiz...

Şəhid dəfnində böyük izdiham yaşandı...

Bu gün hər kəs onun qəhrəmanlığından, vətənpərvərliyindən danışırdı... Dəfnində elə qələbəlik vardı ki, adını eşidən yad da gəlmişdi, tanış da onu son mənzilə yola salmağa... Bu gün böyük izdiham yaşanırdı şəhid Zakir Cəfərovun dəfn mərasimində. Bəlkə də Keşlə qəbiristanlığı son illərin ən böyük izdihamına şahidlik edirdi. Hər kəsin gözündə yaş, ürəyində böyük qürur hissi vardı. Hər kəs şəhidin qəbrinə bir ovuc torpaq tökmək üçün növbəyə düzülmüşdü. Zakirin qəbrinə zillənən gözlərdə kədərdən çox qürur duyulurdu. Hiss olunurdu ki, bu qürur onları Zakirin, onun kimi digər şəhidlərimizin qisasını almağa səsləyir... Zakiri bu torpağa bəxş edən, onu vətənpərvər oğul kimi yetişdirən atası Nazim bəylə Kəmalə xanım da qamətini şux tutmağa çalışırdı. Canlarından bir can əbədi ayrılsa belə...

Gəlişinə dörd ay qalmışdı...

Balasını əlləri ilə torpağa tapşıran, onu son mənzilə yola salan valideynlərlə söhbətə haradan, nədən başlayacağımı bilmirdim. Axı ilk övladları ilə yenicə sağollaşmışdılar Nazim bəylə Kəmalə xanım... Amma arada bircə təsəlli verəcək məqam vardı. O da onların övladlarının bu torpağın bütövlüyü uğrunda şəhid olması idi. Biz də Zakirin valideynlərini elə bu təsəlli ilə ovundurmağa çalışıb söhbətə başlayırıq. Zakirin atası Nazim Cəfərovla söhbət zamanı öyrənirik ki, əslən işğal altında olan Ağdam rayonundandır. Deyir ki, Zakir Bakıda anadan olsa da, o torpağa qəlbən bağlı idi: "Elə hey deyirdi ki, Ağdamı, atamın doğulduğu torpağı görmək istəyirəm. Böyüyəndən sonra soruşanda ki, haralısan, deyirdi ağdamlıyam".
Şəhid atası Zakirin elə uşaqlıqdan heç nədən şikayət etmədiyini, sözəbaxan uşaq olduğunu söyləyir: "Balaca vaxt bir az nadinc idi. Amma böyüdükcə çox ağıllı oğlan oldu. Övladımın əsgərdən gəlməsinə dörd ay qalmışdı. Nə yalan deyim, arzum idi ki, əsgərdən gələn kimi evləndirim, toyunu görüm. Başı ailəsinə qarışsın. Amma deyirlər sən saydığını say, gör fələk nə sayır. Övlad kimi heç vaxt heç nədən şikayət etmirdi. Həmişə deyirdi hər şey qaydasındadır. Orduda xidmət edəndə də belə idi. Yanvarın 24-də telefon əlaqəsi yaratmışdım Zakirlə. Onda soruşdum ki, sənə nə göndərim? Razılıq elədi ki, heç nəyə ehtiyacı yoxdur. Dayısı ilə danışanda deyib ki, çavuş rütbəsi alıb. Çox sevindim bu xəbərə..."
Valideynləri deyir ki, Zakirlə son görüşləri bu yay olub. Atası deyir ki, onda da heç nədən narazılıq etməyib.

"Deyirdi ki, ata sənin torpağını işğaldan azad edəcəm,özü də vuruşaraq"...

Şəhid atasının sözlərinə görə, Zakirin arzusu yol polisi olmaq olub: "Elə ona görə də, o sahəyə yaxın ixtisas seçmişdi. Oxudu, amma işləmək nəsib olmadı..." .

Nazim kişinin sözlərinə görə, Zakir ona həmişə Ağdamı işğaldan azad edəcəyi vədini verirmiş: "Deyirdi ki, ata sənin torpağını işğaldan azad edəcəm,özü də vuruşaraq. Hədiyyə etmək istəyirdi sanki mənə...".

Döyüş meydanında yaralı kömək gözlədi Zakir...
Hadisə yerində öyrənirik ki, Zakir düşmən gülləsinə tuş gəlsə də, uzun müddət yaralı qalıb. Düşmənin neytral zonada döyüşərək yaralanan şəhidlərimizin nəşini götürməyə yaratdığı maneə zamanı Zakir qanaxmadan həyatını itirib. Anası Kəmalə xanımın sözlərinə görə, Zakir dizindən güllə yarası alıb: "Balam yaralansa da sağ qalıb. Amma düşmən onu, digər yaralıları döyüş bölgəsindən çıxartmağa imkan verməyib. Yəqin ki, kömək gözləyib. Amma düşmən buna imkan verməyib. Buna görə balam həyatını itirib. Komandiri bizə dedi ki, Zakirin sağ qalacağına ümid böyük olub. Amma düşmən onun kimi digər yaralıların da döyüş meydanından çıxarılmasına imkan verməyib. Beləcə balam döyüş meydanında qəhrəmancasına şəhid olub. Bala itgisi ana üçün nə deməkdir, yəqin bilirsiniz. Bunu sözlə ifadə etmək mümkün deyil. Bircə təsəllim odur ki, Zakir şəhid olub. O könüllü hərbi xidməyə yola düşdü. Könüllü cəbhə bölgəsini seçdi. Düşmənlə üz-üzə döyüşməyi də özü istəyib, israr edib ki, onu da aparsınlar. Onun bu mərdliyi ilə qürur duyuram.

Son mesaj cavabsız qaldı...

Şəhid anasının sözlərinə görə, oğlu ilə cəbhədə təxribat baş verməzdən bir neçə gün öncə danışıb: "Soruşdum ki, nə edirsən? Dedi ana yemək yemişəm. Mənim ora getməyimə qəti razı olmurdu. Dedim nəyə ehtiyacın var gətirək. Mənə sözü o oldu ki, səndən üç aydan sonra bir şey istəyəcəm. Dedi ana üç aydan sonra mənim mülki paltarımı göndərərsiniz. Mülki paltarı geymək nəsib olmadı. Əsgər paltarını çıxardıb üçrəngli bayrağa büründü balam. Hansı ki, o bayraq üçün həmişə canından keçməyə hazır olduğunu deyirdi....".
Kəmalə xanımla söhbət zamanı öyrənirik ki, oğluna sonuncu mesajını cəbhədə döyüş xəbərini alanda yazıb: "Zəng etdim, zəng çatmadı. Mesaj yazdım ki, özündən muğayat ol. Hamı, qohum əqraba mənə zəng edəndə nəsə içimi qəribə narahatçılıq bürüdü. Bildim ki, balama nəsə olub. Əvvəlcə mənə də, atasına da yaralı olduğunu dedilər. Dünən nəşini gətirəndə bildim ki, Zakir Vətən yolunda canını fəda edib".
Qeyd edək ki, şəhid Zakir Cəfərov Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu olub. Zakir Cəfərob fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. Allah rəhmət eləsin!

Könüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLARKönüllü orduya gedib, şəhid olan Zakir Cəfərovun anası: "Bildim ki, balama nəsə olub" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13333   Tarix: 28 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Butikimizin "saxtakarlığ"ı Türkiyədə viral oldu

Yerli butiklərdən biri maraqlı reklam üsuluna əl atıb. OLAY yazır ki, TikTok-da videolar paylaşan mağaza süni intellektdən istifadə edib. Maraqlısı budur ki, onlar bununla bir sıra dünya ulduzunun, türk məşhurun simasını başqa şəxslərin bədəni ilə birləşdiriblər. Guya həmin simalar mağazadan alış-veri

16:21 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

16:39 0
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 0
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232