Dollar yığanlara MÜHÜM XƏBƏR

Dollar yığanlara MÜHÜM XƏBƏRHazırda Azərbaycanda çoxunu bu sualın cavabı maraqlandırır. Hər kəs valyuta bazarında pulunu xarici əskinaza dəyişdirərkən ziyana düşçəkdən qorxur. Mütəxəssislər burada çıxış yolunu vətəndaşların diqqətli olmasında görürlər

BiG.AZ xəbər verir ki, məsələ ilə əlaqədar İqtisadçı ekspert Vüqar Bayramov ölkə.az-a bildirib ki, hər bir şəxs valyuta bazarındakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan zaman risklərini müəyyən qədər sığortlaya bilər. Onun sözlərinə görə, ötən aydan etibarən bazarın və xüsəsən də bankların prosesə təsir imkanları artıb.

"Mərkəzi Bankın kursu artıq heç də bazardakı mənzərə anlamına gəlmir. Belə ki, ötən həftə banklarda dollar manata nisbətən ucuzlaşdı, amma rəsmi məzənnədə bahalaşdı. Buna görə də, banklarda manatın məzənnəsinin necə dəyişdiyini müəyyənləşdirməyiniz üçün dolların satış kursuna diqqət yetirmək lazımdır. Əgər dolların satışı kursu aşağı düşürsə, deməli xarici valyutalara tələb azalır və banklar dolları ucuzlaşdırmaqla daha çox satmağa çalışırlar. Satış kursunun aşağı düşməsi artıq növbəti günlərdə dolların ucuzlaşmasına işarədir. Əksinə, dolların satış kursu artırsa, deməli xarici valyutaya tələb artır və deməlu bu halda növbəti günlərdə dollar dəyər qazanacaq", - deyə V,Bayramov bildirib.

Ekspert bildirib ki, dolların alış kursu məzənnə ilə bağlı yanlış təssəvvür formalaşdıra bilər:

"Bir sıra hallarda və təəssüf ki, əksər hallarda bəzi banklar dolların alış kursunu aşağı müəyyənləşdirirlər. Bəzən isə alış və satış kursu arasında hər 100 dollarda 10-15 manat fərq olur. Unutmayın ki, bu bankların süni müdaxiləsidir və alış kursunun aşağı olması heç də dolların kəskin ucuzlaşması anlamına gəlmir".

V.Bayramov deyir ki, xarici pul alarkən alış-satış məzənnəsində fərqi az olan bankı seçmək lazımdır.

"Dolları dəyişən zaman alış və satış kursları arasındakı fərq hər 100 dollarda 5 manatdan az olan banklara müraciət edin. Əgərə bankın dollar alış və satış kursu arasında böyük fərq varsa, deməli nə satış, nə də alış məzənnələri real deyil. Orada valyuta dəyişsəniz və ya alsanız uduzacaqsınız", - deyə ekspert bildirib.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın rəsmi kursu və ya hərrac məzənnəsi dolların banklarda real alış məzənnəsinə çatanadək yüksələ bilər:

"Bu ümumi tendensiyanı göstərmir. Yəni, banklarda dollar real alış kursu 1.76 manatdırsa hərrac məzənnəsin 1.74 manat olması başa düşüləndir. Çünki bu hərrac məzənnəsi banklara gəlir gətirir. Amma əgər banklarda dolların alış kursu rəsmi məzənnədən aşağı düşərsə o zaman həm hərrac, həm də rəsmi kurs azalacaq. Yığımlara qısa müddətli deyil, strateji yanaşmaq lazımdır. Cari xərcləri kimi olan az məbləğdə manatı dollara çevirməyə ehtiyac yoxdur. Xarici valyutadakı yığımlarınızın dəyərini isə strateji, yəni daha uzun müddətli dövr üçün hesablayın".

V.Bayramov ziyana düşməmək üçün pulları bütün növ valyutalarda saxlamağı məsləhət görür:

"2015-ci ilin əvvəlində təklif etdiyim kimi, pulunuzu risklərdən sığortalamaq üçün onu valyuta səbəti formasında saxlayın. Faziləri özünüz müəyyənləşdirə bilərsiniz. Bununla belə, təklif edilən formula belədir: 60/70 faiz dollar, 20/15 faiz avro və 20/15 faiz milli valyuta Valyuta səbəti sizi bütün mümkün risklərdən qoruya bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6484   Tarix: 28 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949