Ali baş komandandan MÜRACİƏT: "Düşmən öz istəyinə nail ola bilmədi"

Ali baş komandandan MÜRACİƏT: "Düşmən öz istəyinə nail ola bilmədi"Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

BiG.AZ bildirir ki, müraciətdə deyilir:

"Hörmətli qurultay nümayəndələri!

Əziz dostlar!

Sizi Avropa Azərbaycanlıları Konqresinin növbəti ali toplantısının işə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Təqdirəlayiq haldır ki, 2004-cü ildə təsis olunmuş Konqres Avropa ölkələrində məskunlaşan soydaşlarımızın təşkilatlanması və diaspor qurumlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparmış, qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində uğurlar qazanmışdır.

Müstəqillik illərində Azərbaycanın Avropa dövlətləri ilə siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii ehtiyatları, xalqımızın zəngin mədəniyyəti qitə dövlətləri ilə hərtərəfli əlaqələrin inkişafında əhəmiyyətli yer tutur. "XXI əsrin müqaviləsi" adlandırılan "Cənub qaz dəhlizi" və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng transmilli layihələrin təşəbbüskarı və əsas icraçılarından biri olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb nəqliyyat infrastrukturunun yaradılmasında müstəsna rol oynayır. Ölkəmiz həm də mədəniyyətlərarası dialoqun, multikulturalizm və tolerantlığın təşviqinə, qlobal humanitar problemlərin həllinə sanballı töhfələr verir, müasir Avropa mədəniyyətinə və dəyərlər sisteminə yeni çalarlar qatır.

Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq qarşımızda duran ən mühüm ümummilli vəzifədir. Bu günlərdə biz erməni işğalçılarının törətdiyi Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini bir daha dərin hörmətlə yad edirik. Vaxtilə bu qanlı aksiyanı həyata keçirənlər Azərbaycan xalqını sarsıtmaq və mübarizədən çəkindirmək məqsədi güdürdülər. Lakin əminliklə demək olar ki, düşmən öz istəyinə nail ola bilmədi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımız öz qəddini düzəltdi, daxili potensialına güvənərək güclü və müasir dövlət qurdu. Ötən ilin aprelində Ermənistanın cəbhə xəttindəki təxribatlarına ordumuzun layiqli cavab verməsi və torpaqlarımızın bir hissəsinin azad edilməsi əyani şəkildə göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir.

Lakin müasir dövrdə qələbələr tək hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə malik olduğumuz vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Ona görə də Azərbaycan diasporu, o cümlədən Avropadakı icmalar öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin analoji təşkilatları ilə əlaqələrini gücləndirməlidirlər. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatların, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırılması, mədəniyyətimizin təbliği və başqa istiqamətlərdə yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər. Əminəm ki, Avropa Azərbaycanlıları Konqresinin bu ali toplantısı yüksək işgüzarlıq şəraitində keçəcək, irəli sürülən təkliflər və qəbul edilən qərarlar qurumun işini keyfiyyətcə daha yüksək mərhələyə qaldırmağa xidmət edəcəkdir.

Qurultay iştirakçılarına bu yolda nailiyyətlər, Konqresin yeni seçiləcək rəhbər heyətinə ardıcıl və məhsuldar fəaliyyət arzulayıram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 19394   Tarix: 28 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 341
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208