Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də hərbi əməliyyatlar başlanandan sonra Ermənistan sarsıdıcı zərbələr alıb.

Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi hərbi hissələrdə və birləşmələrdə itkilərin sayı açıqlanan rəsmi rəqəmlərdən dəfələrlə artıq olduğundan bu durum ermənilər arasında təlaş və qorxu yaratmaqla yanaşı, Yerevandakı iqtidara qəzəbi daha da artırıb.

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)Ermənilər döyüşlərlə bağlı Yerevanın yaydığı məlumatları ələ salırlar.
Milli.Az Ermənistanın epress.am saytına istinadən sosial şəbəkələrdə ermənilərin statuslarının sadəcə, bəzilərinin tərcümələrini təqdim edir:

"Uşaqlar, döyüşlərlə bağlı bizə verilən məlumatlara inanmayın! Hamısı yalandır!"

"Fikir verdinizsə, dünənə qədər söydüyünüz, "debil" adlandırdığınız və yalanlardan bezdiyinizi dediyiniz Serj Sarkisyanın dediklərinə indi inanır, paylaşırsınız"

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)"Azərbaycan əsgərləri Dağlıq Qarabağda postlarımızı ələ keçirəndə rəsmi qurumlar bu barədə bir kəlmə də demədilər. Biz daha nəyi bilmirik?"

"Hərbçilər barədə videolar paylaşmayın! O videolarda hərbi hissələrin nömrələri, qoşunların hərəkətləri, komandirlərin ad və soyadları, hətta telefon nömrələri aşkarlanır. Belə axmaq olmayın!"

"Ermənistan müdafiə nazirinin mətbuat xidmətinin rəhbəri Harsrun Hovanisyanın dediklərinə inanırsınız? Bu degenerat yalan danışmağına nə zaman son qoyacaq?"

"Onlar bizə deyirlər: "Qarabağa get, həlak ol, sənə medal verəcəyik! Qorxma, öl, əvəzində Ermənistanda yenisi doğulacaq. Onu da 18 yaşı tamam olanda müharibəyə göndərəcəyik, öləcək. Öl, öl, əhsən sənə". Budur bizə dedikləri"

"Bu müharibədə udan Sarkisyan və onun dəstəsi, uduzan isə Ermənistandır, yəni bizik. Müharibədə məğlub oluruq, amma bizə "Əhsən sizə, qalib gəlirik!" deyirlər"

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)"Bu, mənim savaşım deyil! Bu, rüşvətxor, korrupsiyaya boğulmuş hakimiyyətin, Serj Sarkisyanın dövlət maşınının savaşıdır. Sarkisyanın dəstəsi siyasi qələbələr, iqtisadiyyatdakı bərbad vəziyyəti ört-basdır etmək üçün köpüklü vətənpərvərlik dalğası yaratmaq üçün savaşır. Sənlə mən isə sadəcə, günahsız insanların ölümünü alırıq. Adi insanlar bu savaşda qalib gəlmir. Bax, buna görə də baş verənlər mənim savaşım deyil".

"Fövqəladə vəziyyətlərdə Ermənistanın kütləvi informasiya vasitələri 1-ci Kanalın klonlarına, bütün siyasi partiyalar isə iqtidardakı Ermənistan Respublika Partiyasının eybəcər "əkiz"lərinə dönürlər. Artıq nifrət edirəm bu ölkəyə! Tərk edəcəyəm bu dövləti!"

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)"Bizə deyirlər, "Gedin, azərbaycanlıları öldürün!" Axı niyə, nə üçün, kimə və nəyə görə? Onlar haqsızdır, biz haqlı?! Yalandır! Bütün bunlar "Serjik"ə hakimiyyətdə qalmaq üçün gərəkdir. Bizə deyirlər, qan tökün, qatil olun, cəlladlıq edin, amma danışıqlar istəməyin, sülh arzulamayın. Getsəm, vuruşsam, azərbaycanlı əsgər məni öldürsə, ən uzağı, Facebook-da "Tanrı onun ruhuna xeyir-dua versin" yazacaqlar. Bu qədər - anam kasıblıqda yaşamağa davam edəcək, bir dəmir parçasını da "medal" adı ilə verəcəklər ona ki, sakitləşsin. Bizdən tələb olunur ki, vətənpərvərlik edək, Serj Sarkisyanı dəstəkləyək. Bizə silah verəcəklər, sonra da "Vur onu!" deyəcəklər. Çünki Yerevandakı hakimiyyətə qan gərəkdir. Biz də razılaşacağıq, erməni analar oğullarını savaşa, o ət maşınına göndərəcəklər".

Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)"Ermənistan 2008-ci ilin martın 1-də Serj Sarkisyan kimi adamın prezidentliyinə razılaşmasının hesabını ödəyir. Mən burada, Yerevanda isti mənzildə oturmuşam, oğlunu müharibədə itirmiş Yeranik nənə isə Varazabun kəndində oturub və sabah sağ qalıb-qalmayacağını bilmir".
Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil, Rusiya bizi köpək sayır!" - (Fotofakt)"Axı niyə anlamırıq ki, Azərbaycanın rayonlarını ələ keçirsək də, o torpaqları həmişə saxlaya bilməyəcəyik?! Rusiya bizi Azərbaycanın üstünə qısqırdır, diaspor qısqırdır, böyük dövlətlər qısqırdır, bizi köpək sayırlar. Biz isə köpək yox, insanıq".

"Serj Sarkisyan deyəndə ki, "18 hərbçi itirmişik, 35 yaralımız var, amma Qarabağda situasiyaya nəzarət edirik" - ona inananlar tapılır. Sanki indiyədək yalan danışan bu adam deyil, onun başçılıq etdiyi Ermənistan Respublika Partiyası da ölkədə insanları qətlə yetirmir, qarət etmir. Sizə nə oldu belə?!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4386   Tarix: 27 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşdü

Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə siyahını "CNN Travel" tərtib edib. Qeyd olunub ki, düşbərə Azərbaycanın milli xörəklərindəndir:. "Düşbərənin hazırlanması üçün nazik xəmir kiçik hissələrə bölünür və içinə qoyu

29.03.2024 187
.

Britaniya ordusu saqqal saxlamağa icazə verəcək

Britaniya ordusu saqqal ilə bağlı 100 illik qadağasını ləğv etdikdən sonra Britaniya əsgərlərinə saqqal saxlamağa icazə veriləcək. xəbər verir ki, Ali Baş Komandan olan Kral martın 29-da həm zabitlərə, həm də əsgərlərə saqqal saxlamağa icazə verən qərarı imzalayıb. Yeni siyasət cümə günü qüvvəyə minəcə

29.03.2024 122
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

29.03.2024 525
.

Zakir Həsənov hərbi hissələrlə bağlı tapşırıq verdi

Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, nazirliyin baş idarə və idarə rəisləri, eləc

11:38 0
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

29.03.2024 334
.

Mayda Əfv gözlənilir - Beş gün sonra iclasdır

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının builki ilk iclasının vaxtı məlum olub. "Qafqazinfo"nun məlumatına görə, komissiyanın üzvləri aprelin 3-də toplaşaraq müraciətlərə baxılması prosesinə start verəcəklər. İclasların aprel ayından etibarən intensiv keçəcəyi və mayda Əf

29.03.2024 190
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

29.03.2024 250
.

Sabah Xırdalanın bu hissəsində 8 saat işıq olmayacaq

Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində 30 mart 2024-cü il tarixində saat 9:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə BİG.AZ-a "Azərişıq" ASC-dən bildirilib. Qurum istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedə

29.03.2024 246
.

Hacı Nuran Meray Kerini təbrik etdi

Aparıcı Hacı Nuran Hüseynov dünyaca məşhur müğənni Meray Keri ilə fotolarını paylaşıb. OLAY yazır ki, o, sənətçinin doğum günü olduğunu qeyd edib. Həmin fotolar isə illər əvvəl çəkilib

29.03.2024 353