Şou-biznesin yeni dərdi - müğənnilər ən bahalı klip çəkdirmək yarışına giriblər

Şou-biznesin yeni dərdi - müğənnilər ən bahalı klip çəkdirmək yarışına giriblər " alt="Şou-biznesin yeni dərdi - müğənnilər ən bahalı klip çəkdirmək yarışına giriblər " class="imgbcode" />Yerli şou-biznes nümayəndələri hər zaman ekssentrik hərəkətləri, qalmaqalları, toylarının say çoxluğu ilə yanaşı, geyim tərzləri ilə də diqqət çəkməyə çalışırlar.

Hər zaman şıq görünmək arzusu onlarda demək olar ki, əksər zamanlarda bir o qədər də uğurlu alınmır.

Yaradıcılıq yeniliklərindən daha çox bahalı əlbisələri, qızıl-zinət əşyaları, avtomobilləri, mənzil və malikanələri ilə gündəmə gəlməyə, bu yolla özlərini reklam etməyə çalışan çal-çağır əhli bu kimi "həvəs"lərini kliplərinə də daşıyırlar.

O mənada ki, müğənni yeni geyim, avtomobil və ya evini yaxşıca nümayiş etdirmək üçün üz tutur maqazin proqramlarına. Ya da ki, çəkiliş meydançasına atılıb, yeni geyimlərinin xətrinə klip çəkdirirlər. Son zamanlar isə müğənnilər bir-biri ilə bahalı klip çəkdirmək üstündə yarışırlar. Onlar ən bahalı klipə sahib olmağı şou-biznesdəki xətir-hörmətin, yüksək sosial statusun göstəricisi sanırlar...

Məsələnin maraqlı bir tərəfi də ondan ibarətdir ki, əksər müğənnilərə çəkilən klipin büdcəsi ərsəyə gələn işdən qat-qat baha olur. Yəni rejissor aldığı pulun müqabilində müğənniyə sıradan bir musiqili çarx verir... Bura klipin süjet xətti ilə yanaşı, yaradıcı heyətin işi və sıradan seçilən məkan seçimini də daxil etmək gərəkdir.

Klipmeykerlərin müğənnilərə çəkdikləri ən bahalı klipləri "təftiş etmək" qərarına gəldik. Və... Rejissor-müğənni münasibətlərində problem yaradacaq kifayət qədər məqamlara rastlaşdıq. O mənada ki, başları yalnız bahalı geyimlərə, avtomobillərə... qarışan müğənnilər kino sənayesində, o cümlədən, klipmeykerlik sahəsində yeniliklərdən bixəbər olduqlarından, onlara çəkilən klipin min və ya iki min manatlıq dəyərində olduğunun fərqinə belə varmırlar. Nəticədə isə qazanan bəzi "rejissor"lar olur...

Hazırda şou-biznesdə favoritlik edən Xalq artisti Aygün Kazımova "Düşün məni" adlı klipini Türkiyədən gələn 22 nəfərlik heyətə çəkdirib. Xalq artistinə "Düşün məni" klipini 70 min avroya çəkən bu heyət deyilənə görə, meqa-star Tarkan, Ajda Pekkan, Serdar Ortaç, Funda Arar, Sıla, Murat Boz, Ozan Doğulu, Murad Dalkılıç, Gülşen və bir çox türk ulduzlarının kliplərini çəkib.

"Bu bir reallıqdır ki, Azərbaycanda ən çox klip çəkən rejissor mənəm" – deyən klipmeyker Nail Naiboğlunun 2008-ci ildə müğənni Ruhinin "Bilə-bilə" adlı mahnısına Hindistanda çəkdiyi kliplə müqayisədə A.Kazımovanın "Düşün məni" klipini sənət əsəri kimi qəbul etmək olar... Nail Naiboğlu sözü gedən klipi müğənniyə 70 min dollara çəkdiyini deyir. Öz rejissor işindən xeyli məmnun olan klipmeyker, həmin məbləğin 10 min dollarını Hindistana səfər edərkən, otel və yemək puluna xərcləndiyini bildirir.

Röyanın "Sənə görə" adlı mahnısına klipi Rəna Qulamova nə az, nə çox – düz 50 min avroya çəkib. Sıradan bir klip təsiri bağışlayan "Sənə görə" Türkiyədə lentə alınıb.

Rejissor Kənan M.M-in isə indiyədək çəkdiyi bahalı klipləri müğənnilər Yeganə və Ruhi üçün olub. Kənan Ruhinin "Sənsiz ölərəm", Yeganənin "Nədən" adlı mahnılarına çəkdiyi kliplərə görə hər iki müğənnidən 8 min manat qonorar alıb.

Qalmaqallı klipmeyker Zöhrab Ağayev isə hesab edir ki, bu rəqəmlər qeyri-mümkündür.

"Aqil M.Quliyev, Fuad Əlişov, Ülviyyə Könül qarışıq biz hamımız bir operatorla işləyirik. Kliplərin hamısının operatoru Elmir Süleymanovdur. Elmirin işinin qiyməti 200 manatdır, ən bahalı kameranın sutkalıq icarəsi 150 manatdır. Montaj da 300 manatdır. Yəni, klipin çəkilişinə ümumilikdə 650 manat xərclənir".

Belə çıxır ki, "bahalı klip"lərini telekanallarda nümayiş etdirməklə, xalqın gözünü yağır edən bəzi müğənnilər ya yaradıcılıqlarındakı geriləməni görmürlər, ya da ki görməzlikdən gəlirlər...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4029   Tarix: 06 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 280
.

"Deyirlər ki, verilişə gələn dərdli insanlara pis olmursan"

"Həyatı boyu ruh düşkünlüyünə düşmürəm. Allah mənə enerjini, pozitivliyi bəxş edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib. O, tamaşaçıların və ətrafındakıların ona iradından danışıb:. "Deyirlər ki, "Bizimləsən"ə gələn dərdli insanlar

14:22 89
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 8504
.

Hacı Nuran: "Cavanşir Məmmədov daim qalmaqalla gündəmə gəlib"

"Axırıncı dəfə bir həftə öncə toyda görüşmüşdük". Bunu -a açıqlamasında teleaparıcı Hacı Nuran deyib. O bildirib ki, mərhum daim mətbuatda qalmaqalla gündəmə gəlib:. "Mətbuatda oxuyurduq ki, bir gün məhkəməyə gedib, bir gün kəmərsiz maşın idarə edib. Ürəyində də stent var idi, Allah rəhmə

15:59 0
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19.04.2024 1296
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1435
.

"Niyə bir-birimizi qırırıq?"

Müğənni Xatirə islamın Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbərinə reaksiyası diqqət çəkib. Axşam.az xəbər verir ki, müğənni paylaşımlardan birinə şərh yazaraq sənət adamlarına səslənib. "Vay, gözəl insan idi. Allah rəhmət eləsin. Ona görə də qırırıq bir-birimizi? Nəyi bölə bilmirik biz?"

17:50 0
.

Vüqar Muradov: "Cavanşir Məmmədov mənim ağsaqqalım idi"

"Cavanşir Məmmədov mənim ağsaqqalım idi". Bunu -a açıqlamasında müğənni Vüqar Muradov deyib. O, mərhum Əməkdar artistin dəfn mərasimində iştirak edib və bildirib ki, atasını itirən zaman Cavanşir Məmmədov ona bir əmi kimi qayğı göstərib:. "Atam vəfat edəndə Cavanşir əmi mənim yanımda old

17:20 0
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 487