"Düşmən hərbçilərimizin döyüş meydanında qalmış cəsədlərini çıxarmağa imkan vermir"

"Düşmən hərbçilərimizin döyüş meydanında qalmış cəsədlərini çıxarmağa imkan vermir""İrəvanın və Xankəndinin hərəkətlərinə siyasi qiymət verməyə ehtiyac yoxdur. Çünki onlar öz hakimiyyətini istənilən yolla qoruyub saxlamaq üçün "ağıllı strategiyaları" barədə bu gün hətta evdar qadınlar və məktəblilər də bilir. Məni isə hərbçi insan kimi, bu il fevralın 25-nə keçən gecə cəbhədə baş vermiş toqquşmaların soyuqqanlı təhlili daha çox narahat edir. Çox az adam bilir. Amma Ermənistan rəhbərliyi tərəfindən hərbi dairələr qarşısında cəbhədə heç olmasa hər hansı bir lokal uğur qazanmaq barədə tapşırıq qoyulub. Ermənistandan xüsusi təyinatlı bölmələrin döyüş əməliyyatları zonasına atılması və qoşunların təmas xəttində saysız-hesabsız və ardı-arası kəsilmədən diversiya hərəkətlərinə cəhdlər buna sübutdur".

BiG.AZ xəbər verir ki, bunu milli.az-a açıqlamasında ehtiyatda olan general-mayor Aleksandr Vasyak deyib.

Onun sözlərinə görə, hətta təcrübəsiz oxucu da diversiya hərəkətlərinin əks olunduğu və bizim KİV-lərdə ictimai nümayiş edilmiş videokadrlarla dəfələrlə şəxsən tanış ola bilib:

"Belə hallarda ermənilərin cinayətkar niyyətlərini pozmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən adi əks tədbirlər görülür: növbətçi qüvvələr və vasitələr təyin olunur, müşahidə hər tərəfdə gücləndirilir, tələlər, pusqular qurulur düşmənin fəal tapşırıqları yerinə yetirə bilməməsi üçün digər tədbirlər görülür. İstənilən hərbi mütəxəssis-peşəkar bu barədə bilir.

Ona görə də Ermənistanın rəsmi nümayəndələrinin və Vitalik Balasanyan kimi başabəla strateqlərinin Azərbaycanın hücum əməliyyatlarının qarşısının alınması kimi bəyanatları heç bir tənqidə sığmır. Özünüz mühakimə edin. Məgər kiçik bir qrupla (üç (!)hərbi qulluqçu ilə) hücuma keçmək olar? Məgər Azərbaycan ordusu bu gün hücum qruplaşmaları yaratmağı və onların hücuma keçməsini savadlı şəkildə planlaşdırmağı bacarmır? Məgər tabeçiliyində olanları xilas etmək üçün irəli atılan və düşmən tərəfindən hücuma və gülləborana məruz qalan Azərbaycan zabitlərinin qəhrəmancasına hərəkəti hörmətə layiq deyil? İndi düşmən artıq neçənci dəfədir ki, yenə də öz hirsini onların üstünə tökərək ordumuzun döyüş meydanında qalmış hərbçilərinin cəsədlərini çıxarmağa imkan vermir.

Qədim zamanlardan bəri qarşıduran tərəflərin döyüşünün nə qədər qanlı olmasına baxmayaraq, günəşin batmasından sonra döyüş meydanında qalmış ölən və yaralıların yığılması qəbul edilmişdi. Məgər qədimliyini iddia edən ermənilər bu ənənə barədə bilmirlər?"

General qeyd edib ki, bizi qaniçənlikdə, vəhşilikdə, insana nifrətdə ittiham edən ermənilər özləri döyüş meydanında həlak olanlara hörmətlə bir araya sığmayan ən alçaq əməllərə kimi yuvarlanıblar: "Hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin müraciəti də onlara təsir etmir. Hərçənd, İrəvan özünün bütün rəsmi bəyanatlarında onların qərarlarının yerinə yetirilməasinə sadiqliyini qeyd edir.

Yaxşı, indi bu "şanlı" erməni ordusu kiminlə döyüşür? Onların "sərhədlər"inə hücum edən mifik Azərbaycan qoşunları ilə, yoxsa həlak olan, amma öz borcunu sonadək yerinə yetirmiş və düşmənin cinayətkar planını pozmuş döyüşçülərlə? Ermənistanın cinayətkar rejimi cəbhədə istənilən planlaşdırılmış təxribat ətrafında hay-küy salmaqla, Azərbaycanın "aqressiyası"na dair mövcud olmayan faktlar barədə saxta məlumatlar yaymaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətində status-kvonu qoruyub saxlamağa, Azərbaycan ərazilərinin işğalına görə məsuliyyətdən yayınmağa və döyüş əməliyyatlarının bərpasına görə öz gühanını "xəstə başdan sağlam başın üstünə" atmağa çalışır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2292   Tarix: 27 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

16:16 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

12:09 0
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27.03.2024 339
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

17:27 0