"Ermənistan heç bir güzəştə getməyəcək"

"Ermənistan heç bir güzəştə getməyəcək"Müharibə regionu, sadəcə olaraq, "hədələmirdi", indiyə qədər də bilavasitə hədələyir.

BiG.AZ xəbər verir ki, bunu virtualaz.org-a Qarabağda təmas xəttində vəziyyətin kəskinləşməsini və ATƏT-in Ermənistana və Azərbaycana ağır texnikanı əvvəlki yerlərinə qaytarmaq çağırışını şərh edərkən daxili və xarici siyasət, eləcə də müdafiə və təhlükəsizlik məsələləri üzrə Rusiya eksperti Qriqori Trofimçuk deyib.

"ATƏT bu problemi aldı, çünki onun səlahiyyət verilmiş strukturları, o cümlədən Minsk Qrupu apreldən sonra onların qarşısında qoyulmuş vəzifələri yerinə yetirmədilər. Və ağır texnikanın geri çəkilməsi siyasi yox, daha az əhəmiyyətli, texniki məsələdir. Müharibə regionu, sadəcə olaraq, "hədələmirdi", indiyə qədər də bilavasitə hədələyir. Ancaq biz görürük ki, həmin ATƏT Donbasda texnikanın yetişdirilməsində nə qədər "müvəffəqiyyətlə" işləyir. Qarabağda bu planda çətin ki, hansısa bir innovasiyalar nümayiş etdiriləcək. Əgər tərəflər texnikanı qaytarmayacaqlarsa, atəşlər hər dəqiqə mümkün olacaq", - ekspert bildirib.

"Ermənistan heç bir güzəştə getməyəcək"Onun fikrincə, gələcəkdə, təəssüf ki, vəziyyətin yalnız kəskinləşməsini və tədrici müharibəyə keçməsini gözləmək lazım olacaq: "Başqa variant yoxdur, çünki bu vəziyyətin nizama salınması üçün münaqişənin üç tərəfinə düz üç şans buraxılmışdı. Birincisi - bu Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında on dəfədən çox yüksək səviyyədə görüş idi. İkincisi, artıq vaxt baxımından qısa - "aprel müharibəsi"ndən sonrakı dövr idi (mən bunu hələ o vaxt "müharibəyə qədər olmayan" adlandırırdım, anlayaraq ki, artıq dayanmalar olmayacaq). Və üçüncüsü, daha qısa - Vaşinqtonda prezident "yerdəyişməsi" zamanı idi. Bilmirəm, belə hadisələrdə tale tərəflərə dördüncü, əlavə şans buraxırmı, o vaxt ki, prinsip etibarilə, artıq onların uzun və ya dəyirmi masalar arxasında bir-birilərinə demək üçün sözləri qalmır. Və təəssüf ki, bu artıq hamıya aydındır. Xüsusən də bu, dünyada vəziyyətin kəskinləşməsi fonunda baş verir, çünki heç də hamının Trampa olan ümidləri doğrulmadı".

Onun sözlərinə görə, cari fevral kəskinləşməsi ona görə oldu ki, 2016-cı ilin aprelindən sonra yüksək səviyyəli heç bir müşavirənin qərarları yerinə yetirilmədi.

"Təbii, kəskinləşməyə Qarabağda, faktiki olaraq, "aprel" barışığının gedişatında keçirilən "referendum" (dırnaqlar bizimdir-virtualaz.org) da təsir etdi. Hansı ki, dünyaya Azərbaycan köklərindən tam qopmaq, hətta toponimika mənasında, cəhdini bir daha və açıq şəkildə nümayiş etdirdi.

Xeyirə və sülhə çağırışlar, bunlar çox gözəldir, amma bu artıq işləmir və hətta əksinə, birbaşa müharibəyə işləyir. Və əgər heç kim, heç olmasa bu bənd üzrə məsuliyyəti öz üzərinə götürmək istəmir, onda saxlayıcı son baryerlər də aradan qalxır.

Moskva həm erməniləri, həm də azərbaycanlıları təcavüzkar adlandırmağa ehtiyat edir. Təhlükə ondadır ki, Qarabağ müharibəsinin hansısa mərhələsində qarşıdurmanın Donbasdakı cari formaları qəbul edilə bilər, hansında ki, tərəflər bir-birinə daim ağır silahlardan atəş açırlar. Hər halda, Ermənistan indi, Azərbaycan kimi, heç bir güzəştə getməyəcək, hansılara ki, bəlkə də beş il əvvəl hazır idi", - ekspert vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1752   Tarix: 27 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865