Pula görə kişilərlə görüşən 53 yaşlı qadın: "3900 dollar pulumu və mobil telefonumu oğurladı..."

Pula görə kişilərlə görüşən 53 yaşlı qadın: "3900 dollar pulumu və mobil telefonumu oğurladı..."O, nə bahalı maşınlarda gəzir, nə də müştərilərini beşulduzlu otellərdə qarşılayırdı. Münasibət qurduğu qarşı cinsin nümayəndələrini elə öz evindəcə qəbul edirdi. Günlərin bir günü isə adi müştəri kimi təşrif buyuran şəxs sonda ev sahibəsinin əl-qolunu bağlayır, mənzildəki pulları da götürərək aradan çıxır.

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda ittiham olunan 30 yaşlı Qəbələ rayon sakini Orxan İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Orxan İsmayılov ötən ilin avqust ayının 19-da Nərimanov rayonu, F.Yusifov küçəsində yaşayan 53 yaşlı qadının mənzilinə gələrək onun əl-qolunu bağlayıb, evdəki 3900 dolları və mobil telefonu götürərək hadisə yerini tərk edib.

Törətdiyi cinayət əməlinə görə O.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib və Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Orxan İsmayılov ifadəsində restoranda ofisiant işlədiyini, hadisədən bir neçə ay öncə iş yoldaşı Vüqarın yüngül həyat tərzi sürən Mirvari Qasımova (ad və soyad dəyişdirilib) adlı qadının telefon nömrəsini ona verdiyini, həmin qadının şəxsi mənzilində pul müqabilində müştərilərlə görüşdüyünü bildirdiyini göstərib: "Nömrəni telefonun yaddaşına köçürmüşdüm. Hadisədən bir gün əvvəl zəng vurub görüşmək istədiyimi dedim, etiraz etmədi. Axşama "Nərimanov" metro stansiyasının yaxınlığına görüş təyin etsə də, gəlib çıxmadı. Parkda gözlədim, zəng vurdum, zəng çatmadı".

Tanımadığı, üzünü görmədiyi qadının onu parkda gözlətməsinə əsəbləşən O.İsmayılov Mirvaridən qisas almaq qərarına gəlib. Ertəsi gün yenidən zəng vurub, görüşmək istədiyini deyib. Mənzilin yerini dəqiq öyrəndikdən sonra oraya yollanıb. Mirvari ilə yaxınlıq etdikdən sonra qadının boğazını sıxaraq dünənki hərəkətinə görə "cəzalandırılacağını" söyləyib. Mənzil sahibəsi qışqırmaq istədikdə əli ilə onun ağzını qapayıb, səs-küy salmamağı tələb edib, evdə pulu olub-olmadığını soruşub. Qadın and-aman eləyərək cəmisi 10 manat pulu olduğunu deyib. Lakin Orxanı onun cavabına inanmayıb, qadının əl-ayağını mələfə ilə bağlayıb və mənzildə axtarış aparmağa başlayıb. Şkafın altını-üstünə çevirən müştəri oradakı çantanın içərisindən götürdüyü 39 ədəd 100-lük dolları şalvarının cibinə qoyub. Mənzildən çıxarkən ev sahibəsinə məxsus mobil telefonları da götürməyi unutmayıb.

Zərərçəkmiş şəxs qismində dindirilən Mirvari Qasımova ifadəsində tək yaşadığını, həyat yoldaşından ayrıldığını, öz mənzilində müştərilərlə pul müqabilində görüşdüyünü göstərib. Özünü "Elşən" kimi təqdim edən O.İsmayılov da onunla görüşmək üçün evinə gəlib. Amma digər müştərilərdən fərqli olaraq, əl-ayağını bağlayıb, pullarını aparıb: "Məni döyəcəyindən qorxdum, ona görə də, müqavimət göstərmədim. Əllərimi, ayaqlarımı bağladı, pulların, qiymətli əşyaların yerini soruşdu. Nə qızılım, nə də pulum olmadığını dedim. Yataq otağındakı şkafdan çantamı tapıb içərisindəki pulların hamısını götürdü. Gedərkən stolun üstündəki telefonlarımı da apardı".

Müştərinin mənzili tərk etməsinə arxayın olan ev sahibəsi çarpayıda var-gəl etməklə ayaqlarını ipdən aça bilib, ayağa qalxıb. Çılpaq olduğuna görə çarpayıdakı mələfəni dişi ilə qaldıraraq üzünə tutub. Bundan sonra üzbəüz mənzildə yaşayan qonşunun qapısını döyərək kömək istəyib: "Qonşum məni belə vəziyyətdə görüb evə dəvət etdi. Əllərimi açdı, içmək üçün su, geyməyə paltar verdi. Utandığımdan həqiqəti açıb söyləyə bilmədim. Yalandan dedim ki, guya kabel televiziyası şirkətinin əməkdaşı mənzilə daxil olub və məni bu hala salıb. Bundan sonra polisə müraciət etdim".

Zərərçəkmiş hazırda Orxan İsmayılovla barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını məhkəməyə bildirib. Məhkəmənin hökmü ilə Orxan İsmayılov 4 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3775   Tarix: 26 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

10:13 38
.

"Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistana qarşı apardığımız mübarizədə qələbə qazandıq"-POLİTOLOQ

"Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəd Qazax rayonuna aid edilən 4 məlum kəndin Azərbaycana qaytarılması haqqında əldə edilmiş razılıqlar tərəflər arasında demarkasiya məsələlərinin həllində ilk ciddi uğurdur və bu uğura görə Azərbaycan heç şübhəsiz ki, son 20 ildə onun dövlət idarəediciliy

22.04.2024 224
.

"Babamın ürəyi haqsızlığa dözmədi"

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də qəfil ürəktutmasından dünyasını dəyişib. Axşam.az xəbər verir ki, mərhum müğənninin nəvəsi Rəfiqə Qafarova babası ilə bağlı paylaşım edib. "Babamın haqsızlığa ürəyi dözmədi" deyə, o, paylaşımında yazıb. Qeyd edək ki, C.Məmmədo

22.04.2024 1546
.

"Bundan sonra Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması müzakirə ediləcək" - Politoloq

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, 4 kəndin qaytarılması Azərbaycanın növbəti uğurlarından və qələbələrindən biridir.Bundan sonra Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycan

22.04.2024 2479
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. BİG.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22.04.2024 256
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 214
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22.04.2024 494
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22.04.2024 523
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 234