Kənan M.M-lə Aygün Şükürovanın toyunda dava düşüb

Avqustun 20-də müğənni Aygün Şükürova ilə rejissor Kənan M.M-in qız toyu mərasimi keçirilib. Çəhrayı rəngli gəlinlik paltarında olan Aygün Şükürova və qara kostyum geyinmiş Kənan M.M. gözlənilən vaxtdan daha tez toy salonuna daxil olublar.

Adəti üzrə qalstuk taxmayan Kənan M.M. mərasim boyu elin "bəy öz toyunda oynasa ucuzluq olar" məsəlinə əməl edərək, xeyli oynayıb. Öz həyat yoldaşından geri qalmayan Aygün Şükürova isə həm oynayıb, həm də oxuyub. Müğənni Nazimin aparıcılığı ilə keçirilən toy mərasimində muğam ifaçısı Fehruz Səxavət, müğənnilər Elton Hüseynəliyev, İlqar Muradov, Aygün Bəylər, Nurlan Növrəsli, Vüsalə Seyidova və başqaları da öz musiqi hədiyyələrini bəy və gəlinə ərməğan ediblər.

Toy mərasimində təxminən saat 23:00 radələrində isə xoşagəlməz olay yaşanıb. Belə ki, Aygün Şükürovanın rəfiqəsi, "Azəri-star" yarışmasının iştirakçısı olmuş Vüsalə Seyidovanın üstündə toyda dava düşüb. Rəfiqəsinin toyunda oxumaq istəyən Vüsalə oxumaq istəyərkən toyda iştirak edənlərdən biri ona atmaca atıb. Bu olaydan əsəbiləşən Vüsalənin qardaşı isə bacısına söz atanın qabağına çıxıb. Bacısının toyunda qalmaqal yaranmasını istəməyən Aygün Şükürovanın qardaşı isə bunun qarşısını almaq üçün mübahisə edənlərin yanına gedib. Ancaq gəlinin qardaşının müdaxiləsindən sonra vəziyyət daha da gərginləşib. Nəticədə Kənan M.M. dalaşanların arasına girərək onları ayırmaq istəyib. Bu vaxt Vüsalənin anasının vəziyyəti pisləşib. Kənan M.M.-in davanı soyutmaq istəyi isə baş tutub. Təzə bəy hər iki tərəfi sözlə başa saldıqdan sonra gərginlik aradan qalxıb.

Qeyd edək ki, avqustun 25-də Kənan M.M və Aygün Şükürova qanuni olaraq nigaha daxil olacaqlar. Elə həmin gün cütlüyün oğlan toyu keçiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 20739   Tarix: 21 avqust 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225