Tiflisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən fotosərgi açılıb

Tiflisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən fotosərgi açılıbTiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan fotosərgi açılıb.

BiG.AZ-ın APA-ya istinadən məlumatına görə, açılış mərasimində gürcü və azərbaycanlılar, Tiflisdə orta məktəbdə təhsil alan azərbaycanlı şagirdlər və jurnalistlər sərgiyə baxış keçiriblər. Sonra Xocalı soyqırımından bəhs edən tədbir başlayıb. Tədbiri açan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva Xocalı soyqırımının tarixi haqqında gürcü ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verib. Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Samirə Ağayeva çıxış edərək Azərbaycanın Xocalı dərdi kimi Gürcüstanın da 9 Aprel dərdi olduğunu bildirib: "Bu dərdlər hər iki ölkənin tarixinə amansızcasına yazılan səhifələrdir. Tarixin səhifəsinə qanla yazılan bu faciələr hər iki xalqın yaddaşından heç vaxt silinməyəcək. Amma hər gecənin bir gündüzü olduğu kimi bir vaxt olacaq Cənubi Qafqazda da sülh olacaq", - deyə S. Ağayeva qeyd edib.

Tədbirdə gürcü politoloq, tarixçi alim Vaja Şubitidzenin təklifi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən V. Şubitidze ermənilərin həm Gürcüstanın Abxaziya bölgəsində, həm də Azərbaycanın Xocalı şəhərində soyqırımı və vəhşiliklər törətdiklərini qeyd edib: "Xocalı soyqırımı baş verəndə Sovet İttifaqı yox idi. Bu soyqırımı ruslarla birlikdə ermənilər törədib. Bu soyqırım həm gürcülərin, həm də azərbaycanlılarındır. Mən azərbaycanlılarla həmrəy olduğumu bildirirəm", - deyə gürcü tarixçi bildirib.

Tədbirdə Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Simon Kopadze Ermənistana qarşı Haaqa məhkəməsində iş qaldırmaq və Xocalı soyqırımını törədən cinayətkarları cəzalandırmağın vaxtı çatdığını bildirib. Tədbirdə çıxış edən Qafqaz Strateji Araşdırmalar İnstitutunun rektoru Teymuraz Simonişvili, kinorejissor Tenqiz Txilava, Gürcüstan Rəssamlar Birliyinin sədri Quram Tsertsvadze, Qafqaz Strateji Araşdırmalar İnstitutunun Unsan Hüquqları məsələləri üzrə şöbə müdiri Levan Çxeidze və başqaları çıxış edərək ermənilərin Abxaziyada törətdikləri vəhşiliklərdən, Xocalı soyqırımının yalnız Azərbaycanın deyil, bütün Qafqazın soyqırımı olduğunu bildiriblər. Çıxışçılar bildiriblər ki, bu soyqırımına biganə qalmaq olmaz və əgər biganəlik olarsa, ermənilər yenidən ağlasığmaz vəhşiliklər törədə bilərlər.

Tədbirin sonunda yerli azərbaycanlı kino rejissor Vüqar Əliyevin çəkdiyi azərbaycanlıların Xocalı soyqırımı haqqında fikirlərindən ibarət videoçarx nümayiş etdirilib və Xocalıdan bəhs edən film göstərilib.

Tiflisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən fotosərgi açılıbTiflisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən fotosərgi açılıbTiflisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən fotosərgi açılıb


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 505   Tarix: 26 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 185
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 198
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 1
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 153
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1483
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 330
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24.04.2024 189
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 188
.

İsrail Qəzzaya hücum etdi: 6 fələstinli öldü

İsrail Qəzza sektorundakı Rafah şəhərinə və Nusayrat qaçqın düşərgəsinə hücum edib. BİG.AZ xəbər verir ki, hücumu nəticəsində azı 6 fələstinli ölüb, bir çox insan isə yaralanıb. Məlumata görə, hadisə nəticəsində bir çox insan xəsarət alıb və dağıntılar altında olan itkin düşənlərin axtarışı davam edir

24.04.2024 78