TEAS-ın dəstəyi ilə "Park Cinema"da "Qarabağ" kino günləri

TEAS-ın dəstəyi ilə "Park Cinema"da "Qarabağ" kino günləriAvropa Azərbaycan Cəmiyyəti (TEAS) və "Park Cinema" kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində fevralın 25-dən 27-dək "Qarabağ" kino günləri keçiriləcək.

Avropa Azərbaycan Cəmiyyətindən BiG.AZ-a verilən məlumata görə, Xocalı faicəsi ərəfəsində həmin illərə geri dönüb, Vətənimizin ağır günlərindən bəhs edən filməri tamaşaçılar 3 gün ərzində ödənişsiz izləyə biləcəklər. "Qarabağ" kino günlərinin keçirilməsində əsas məqsəd gənc nəslin tariximizin ən ağır səhifəsi - Xocalı soyqırımı və Qarabağ ətrafında baş verən hadisələrin unudulmaması, obyektiv məlumatların verilməsi və maarifləndirilməsi işinə töhfə verməkdir.
Cədvələ daxil olan filmlərdən biri "Gənc Səslər, Qədim Nəğmə"dir. Filmdə tanınmış amerikalı muğam ifaçısı Cefri Verbok 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrinin birində kamera ilə çəkdiyi ağır həyat şəraitinə baxmayaraq, qədim muğam ənənələrini yaşadan az yaşlı uşaqların ifasına valeh olur. Amerikaya qayıtdıqdan sonra çəkdiyi kadrları izləyərkən, onlardan birinin vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndirir. Cefri vaxtilə gördüyü bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə 8 il sonra yenidən Azərbaycana gəlir.
Onun məcburi köçkün düşərgələrinə maraqlı və sərgüzəştlər ilə müşayiət olunan səyahəti başlayır. Nəhayət, gərgin axtarışlar öz nəticəsini verir. Cefri vaxtilə onu heyran edən gənc muğam ifaçısını tapır, onun gözlənilməz həyat hekayəti ilə tanış olur. Filmdə gənc muğam ifaçılarının bir-birini əvəz edən ifaları ona yeni ruh gətirir. Aydın olur ki, Azərbaycan xalqı qədim muğam ənənəsini yaşadır, ona Vətən torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxır. Qloballaşmaya rəğmən, gənc nəsil böyük mədəni irsi yaşadır. Rejissorluğunu Keti-Robin Qarton və Cefri Verbokun həyata keçirdiyi və Tale Heydərovun İcraçı prodüseri olduğu film fevarlın 25-də "Park Cinema" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
26 fevral tarixində isə "Hocalı Tanıkları" adlı filmin nümayişi baş tutacaq. Filmdə Xocalı faciəsinin şahidi olmuş 7 şəxs həmin dəhşətli gün ilə bağlı öz xatirələrini bölüşürlər. Film Avropa Azərbaycan Cəmiyyəti və Türkiyənin "106 film" şirkətinin birgə istehsalıdır.
Fevralın 27-də isə "Sonsuz Dəhliz" filmi nümayiş olunacaq. ABŞ və Litva kinematoqrafçılarının istehsalı olan mütəqil bu film Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçard Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas şəxslər ilə görüşlərində lentə alınmış xatirələrindən bəhs edir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. "Sonsuz dəhliz" sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Global Film Awards (USA, 2015), Milano International Filmmakers Festival (Italy, 2015)): Best Documentary Editing award, Tenerife International Film Festival (Madrid- Spain, 2015), Cape Town Film Festival (South Africa, 2015), Toronto International Film Festival (Canada, 2015) kimi nüfuzlu festivallarda mükafat almış, Əl-Cəzirə və CNN Turk kimi bir sıra beynəlxalq kanallarda nümayiş etdirilmişdir.
Filmlərin dəqiq cədvəli ilə sabahdan etibarən www.parkcinema.az saytında tanış ola bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 412   Tarix: 25 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır"

"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix"

16:40 0
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 0
.

Yeni qanun hansı taksi sürücülərinə şamil olunacaq ?

Azərbaycanda bundan sonra taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"d

13:30 0