Hərbçilərimizin "neytral"da vurulması iddiasına cavab - Cəbhədə pusqu

Hərbçilərimizin "neytral"da vurulması iddiasına cavab - Cəbhədə pusquErmənistanın kütləvi informasiya vasitələri cəbhədə yaranmış son gərginlikdən sonra yenə Azərbaycana qarşı həm də informasiya müharibəsi apararaq dünya ictimaiyyətini çaşdırmağa çalışır. Təəssüf ki, bizim bəzi "ağıllı"larımız bu erməni "feili"nə uyur.

Söhbət ondan gedir ki, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Bununla bağlı Müdafiə Nazirliyinin rəsmi xəbərində deyilir:

Hərbçilərimizin "neytral"da vurulması iddiasına cavab - Cəbhədə pusqu"Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var".

Hərbçilərimizin "neytral"da vurulması iddiasına cavab - Cəbhədə pusquBundan dərhal sonra erməni mediası Azərbaycan tərəfinin itkilərin olduğunu etiraf etdiyi, eyni zamanda guya bir neçə Azərbaycan hərbçisinin meyitinin "neytral" zonada qaldığı barədə məlumatlar yayıb. Onların "təbliğat maşını"na görə, Azərbaycan tərəfi çoxlu itki verib və ən azından 2 nəfər də yaralanıb, amma erməni tərəfi heç bir itki verməyib. Daha sonra ermənilər Azərbaycan tərəfinin onları daim təxribat törətmək və özlərinin yalnız müdafiə olunmaq ittihamını əsassız adlandırıb. Ermənilər öz aləmində bizi guya məsxərəyə qoyaraq yazırlar ki, əgər Azərbaycan tərəfi müdafiə olunurdusa, o zaman niyə ölmüş hərbçilərinin cəsədi "neytral" zonada qalıb?

Təəssüf ki, içimizdə bu erməni təbliğatına uyanlar, içlərində jurnalistlər olmaqla onların dəyirmanına su tökənlər də tapıldı. Dərhal hay-həşir qaldırdılar ki, Azərbaycan tərəfi guya hücum edib və çoxlu itki verib. Bəs, əslində, vəziyyət necədir?

Təbii ki, ermənilər sualın bu cür qoyuluşu ilə, əslində, özlərini gülünc vəziyyətə qoydular. Çünki Müdafiə Nazirliyinin rəsmi məlumatında açıq-aşkar göstərilir: "Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb".

Hərbçilərimizin "neytral"da vurulması iddiasına cavab - Cəbhədə pusquDiqqət yetirin: məlumatda döyüş mühafizəsinin təşkili və qurulan pusqulardan danışılır. Bəs pusqu harada qurulur? Hərb sənətindən azca anlayışı olanlar bilir ki, düşmənlə üz-üzə olan heç bir ordu birləşməsi pusqunu öz ərazisində qurmur. Düşmənin hərəkətini əvvəlcədən müəyyən etmək üçün pusqular və döyüş mühafizəsi düşmənin qəfil hücum edə biləcəyi, onun hərəkəti istiqamətində istənilən yerdə, o cümlədən cəbhənin ön xəttində, düşmənin cinahlarında və arxasında bir neçə yüz metrdən tutmuş bir neçə kilometrədək dərinlikdə qurula bilər. Bu hərbiyyədə, sadəcə, elementar taktiki gedişdir və bunu istənilən savadlı hərbçi və ya hərbi biliyi olan şəxs yaxşı bilir.

Hərbçilərimizin "neytral"da vurulması iddiasına cavab - Cəbhədə pusquBundan iki gün öncə isə cəbhə bölgəsinə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edilən kəşfiyyat məlumatlarında da deyilirdi ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir.

Yəni Azərbaycan ordusu kəşfiyyat məlumatlarına əsasən, düşmənin təxribatlarının qarşısını almaq üçün qarşı duran tərəflərin mövqeləri arasındakı boş ərazilərdə pusqular qurub. Daha sonra isə, həqiqətən də, həmin istiqamətdə düşmən təxribatı qeydə alınıb və döyüş baş verib. Bu zaman itkilərin olmasında, eləcə də şəhidlərimizin meyitinin həmin ərazidə qalmasında qeyri-adi heç bir şey yoxdur.
Hərbçilərimizin "neytral"da vurulması iddiasına cavab - Cəbhədə pusquO zaman sual olunur: Erməni tərəfi bəs bunları niyə demir? Niyə erməni mediası artıq günlər yox, həftələrdir Azərbaycan ordusunun ayıq-sayıqlığı nəticəsində təxribat əməliyyatları planlaşdıran erməni hərbçilərinin məhv edilməsindən danışmır? Niyə məhv edilən erməni hərbçilərin sayı və adları dəqiqliyi ilə açıqlanmır? İndi də qoy onlar bu suallara cavab versinlər...

mənbə: milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5070   Tarix: 25 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

24.04.2024 548
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1185
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

24.04.2024 378
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24.04.2024 175
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 280