"Meyitlərin qarnı yarılmış, gözləri çıxarılmışdı" – Cərrah Xocalı soyqırımından danışır/FOTOLAR

"Meyitlərin qarnı yarılmış, gözləri çıxarılmışdı" – Cərrah Xocalı soyqırımından danışır/FOTOLAR"…35 yaşında bir kişi vardı. Qəlpə 5 yaşlı uşağına dəyməsin deyə özünü övladının üstünə atmışdı. Atasının qanı uşağın üstünə tökülmüşdü. Uşaq xəstəxanada nə baş verdiyindən xəbərsiz idi, "Atam məni qana buladı" deyirdi. Halbuki atası öz canından keçib onu xilas etmişdi".

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Nəticədə günahsız insanlar vəhşicəsinə öldürüldü, evləri yandırıldı, insanların mal-mülkü talan edildi. Xocalının sağ qalan sakinləri Ağdama qaçdılar. Həmin o ağır günlərdə Ağdam xocalıların ümid qapısına çevrilmişdi.
Soyqırım günü bütün Ağdam ayağa qalxışdı, hamı erməni zülmündən qaçıb gələn insanlara kömək göstərirdi. Ağdam camaatı, könüllü özünümüdafiə dəstələri bir tərəfdən erməni vandallarına cavab verir, bir tərəfdən də yaralıları Ağdam xəstəxansına aparırdılar. O gün rayonda yaradılan xəstəxananın sayəsində Xocalı soyqırımının miqyasını nisbətən azaltmaq mümkün oldu. Döyüş bölgəsində yaralanan əsgərlərin, işgəncə verilən xocalıların müalicəsi zamanı həkimlərin üzərinə böyük məsuliyyət düşürdü.

O vaxt Ağdam rayon xəstəxanasında cərrah işləyən Sadiq Əzimov da digər həmkarları ilə birgə xocalıların xilasında gecə-gündüz bilmədən fədakarlıq göstərib.

"Meyitlərin qarnı yarılmış, gözləri çıxarılmışdı" – Cərrah Xocalı soyqırımından danışır/FOTOLAR- Xocalı soyqırımı baş verən gün harada idiniz?

- Fevralın 25-də axşama doğru ermənilər Xocalı atəşə tutulanda mən və digər həkim yoldaşlarım xəstəxanada idik. Həmin gün hava bərk şaxta idi, yollar buz bağlamışdı. Emənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışırdı. Onların hansı istiqamətdən gələ biləcəklərini təxmin edən ağdamlılar Şelli kəndində xocalıları qarşılayıb maşınları ilə Ağdam mərkəzi xəstəxanasına gətirmişdilər. Faciəli gün idi. O gecənin dəhşətlərini gözlərimlə görmüşəm. Həmin günlərdə gecə-gündüz xocalılara, yaralı hərbiçilərimizə tibbi yardım göstərirdik. O gün həm həkimlik, həm də ümumən insanlıq borcumuzu yerinə yetirməyə çalışırdıq. Ağdam xəstəxanası terror və qırğın səhnəsinə çevrilmişdi. Cərrahiyyə otaqlarından inilti və fəryad səsləri eşidilirdi. O gün xəstəxanadakı səslər hələ də qulaqlarımdan getmir. Meyitlərin əksəriyyəti xüsusi amansızlıq, zorakılıq görmüşdü.

- Xəstəxanaya gətirilən yaralılara hansı işgəncələr verilmişdi?

- Axşam gətirilənlər güllə yaraları almışdılar. Səhərə yaxın gətirilən yaralılar isə fərdi şəkildə işgəncə görən xocalılar idi. Meyitlərin dərisi soyulmuş, bir nəfərin başı kəsilmişdi. Qarnı kəsilib bütün orqanaları çıxarılan meyitləri görmək olardı. Qulaqları kəsilənlər, gözləri çıxarılanlar da var idi. Xəstəxanaya gözləri çıxarılmış, bədəninin bir hissəsi kəsilmiş adamlar gətirirdilər. İşgəncə görənlərin çoxunu ölü halda gətirirdilər. Yaralıların bir çoxu güllə yarasından, qəlpə yaralarından, küt alətlə xəsarət yetirilərək öldürülmüşdü. Ölənləri Ağdam məscidinə göndərirdik.

- Neçə yaralı qəbul etmişdiniz?

- Dəqiq xatırlamıram, amma 500-dən çox insan yaralanmışdı ki, onların çoxu donvurma diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Axşamdan səhərə kimi əməliyyatdan çıxmamışdım. Bir yaralıdan sonra digər yaralını əməliyyat edirdim. Yaralı çox, yer isə az idi.

- O günlərdə bir cərrah olaraq hansı çətinliklərlə üzləşmişdiniz?

- Dərman təchizatında bəzi çatışmazlıqlar olsa da, xəstəxana döyüş şəraitinə uyğun olaraq var qüvvəsi ilə fəaliyyət göstərirdi. Yarlıların qidasını verməyə gücümüz çatmırdı. Ağdam camaatı onlara yemək gətirir, isti geyimlərlə təmin edirdilər. Qan verməyə də Ağdam camaatı könüllü olaraq gəlirdi.

- Hadisənin səhəri günü Ağdam Mərkəzi Xəstəxanası niyə başqa yerə köçürüldü?

- Xocalı işğal olunduqdan sonra erməni silahlıları hərbi texnikanı Əsgəran yaxınlığında toplamışdılar. Ona görə də Ağdam Mərkəzi Xəstəxanası bölgədən uzaqlaşdırılıb dəmiryoluna - vaqonlara köçürüldü. Həmin gecə göstərdi ki, hospital yaradılmalıdır. Beləliklə, həm də ilk hərbi-səhra hospitalı yaradılmış oldu. Elə faciədən iki gün sonra gecə ermənilər Ağdam xəstəxanasına raket zərbələri endirməyə başladılar. Mərmilər xəstəxanaya düşürdü. Bu vaxt Ağdam dəmiryoluna sanitar qatar gətirilmişdi. Xəstxanadakı yaralıları Ağdam əhalisinin köməkliyi ilə sanitar vaqonlara yerləşdirdik. Qatar vaqonunda yaradılmış müvəqqəti cərrahiyə otağında yaralıları xilas etmək üçün dayanmadan çalışırdıq. 4o illik həkimlik fəaliyyətim zamanı Xocalıdan gətirilən yaralı xəstələr kimi insanları görməmişəm. Tarixdə görünməyən vəhşiliyi Xocalıda gördük.

"Meyitlərin qarnı yarılmış, gözləri çıxarılmışdı" – Cərrah Xocalı soyqırımından danışır/FOTOLAR- Unuda bilmədiyiniz yaralı oldumu?

- Xocalıdan bir xəstə vardı, cavan oğlan idi. Qəlpə onun cinsiyyət orqanını tamamilə yox etmişdi. O yaralını heç vaxt unuda bilmirəm. Doğrudur, o yaşadı, amma sonrakı taleyi məni hər zaman düşündürdü.

Ümumiyyətlə, müharibə vaxtı çox yaralı xəstəxanaya gətirilib. Onların hər birisini acı xatirə kimi anıram. 35 yaşında biri kişi vardı. Ağdama mərmi atanda ət zavodunun yanına düşmüşdü. Qəlpə 5 yaşlı uşağına dəyməsin deyə özünü övladının üstünə atmışdı. Atasının qanı uşağın üstünə tökülmüşdü. Uşaq xəstəxanada nə baş verdiyindən xəbərsiz idi, "Atam məni qana buladı" deyirdi. Halbuki atası öz canından keçib onu xilas etmişdi.

Eyni hadisə çörək zavodunda da olmuşdu. Bilirsiniz ki, çörək zavodunda işçilərin çoxu qadın olur. Döyüşlər gedən vaxtda mərmi zavodun yaxınlığına düşmüşdü. Əli xəmirli qadınları hospitala gətirilmişdilər. Çörək müqəddəsdi, çörək bişirən insana dəyməzlər, amma ermənilər onların hamısını öldürmüşdü.

Görkəmli muğam ustası Şahmalı Kürdoğlu və oğlunun da ölümünü unuda bilmirəm. O, öz oğlu ilə həyətdə gəzdiyi yerdə mərmi düşdü ikisi də şəhid oldu. Qəlpə Şahmalı Kürdoğluna dəymişdi, hadisə yerində ölmüşdü. 12-13 yaşlı oğlunu xəstəxanaya gətirəndə ölmüşdü. Qəlpə üzünə dəyib uşağı tanınmaz hala salmışdı. Ölməsinə baxmayaraq üzündə elə cərrahiyə əməliyyatı aparmışdım ki, evə aparanda meyiti açıb baxanda anası pis olmasın, oğlunu tanıya bilsin.

- İllər sonra bu hadisələri xatırlayanda hansı hisləri keçirirsiniz?

- O gün bir yandan torpaq gedirdi, bir yandan insanlar ölürdü. Əbəttə ki, çox pis təsir edir. İndiki xəstəliyimi də Xocalı hadisələrindən sonra tapmışam. O yaralıları görəndə stress keçiridim. O hadisələr mənə həm mənəvi, həm də fiziki təsir edib.

"Meyitlərin qarnı yarılmış, gözləri çıxarılmışdı" – Cərrah Xocalı soyqırımından danışır/FOTOLAR- Xocalı faciəsi ilə bağlı məlumatlar yetərincə işıqlandırılırdımı?

- Xocalı dəhşətlərini görən bir şəxs kimi sizə bir əhvalatı danışmaq istəyirəm. Evə gəldim, neçə günün yorğunluğu da üzərimdə idi. Evdəkilər bir stəkan çay içməyimi istədilər, onlara "yox" deyə bilmədim. Elə oturmuşdum ki, bu vaxt televizorda eşitdiyim sözlər məni dəhşətə gətirdi. Nə baş verdiyini anlamağa çalışırdım, yerimdə donub qalmışdım. AzTV-də hadisə ilə bağlı rəsmi açıqlamada bildirilirdi ki, Xocalıda cəmi 2 nəfər həlak olub. Halbuki, səhərə qədər onlarla ölü görmüşdüm, yaralı qəbul edib əməliyyat etmişdim. O xəbər məni çox sarsıtmışdı. Dövlət televiziyası iki nəfər azərbaycanlı öldürüldüyünü deyirdisə, Xocalı soyqırımının işıqlandırılmasından söhbət gedə bilməzdi. Həmin gün nəyə görə evə gəldiyimi belə unudub, dərhal xəstəxanaya qayıtdım.

- Sizcə, günahkar kimdir?

- O gecə hakimiyyət öz xalqını xilas edə bilmədi. Xocalıların qətlinə göz yumdu. Hadisə yerinə xəbəri eşidən Ağdamın könüllü - özünümüdafiə dəstələri gedə bildi. Allahverdi Bağırovun komandirlik etdiyi batalyon həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında, azərbaycanlı əsirləri erməni əsirləri ilə dəyişdirərək azad edilməsində böyük xidməti oldu. Ağdamdan Əsgərana hücum edən olsaydı, ermənilərin diqqətini yayındırmaq olardı. O gün Ağdam xocalıların ümid yerinə çevrilmişdi, hamı qan ağlayırdı. Ağdam Azərbaycan hakimiyyətinin vəzifələrini təkbaşına həyata keçirmək iqtidarında deyildi. Mərkəzi hakimiyyətin səhvi çox oldu.

mənbə: femida.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2390   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 360
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

14:08 159
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

16:59 173
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 102
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

19:06 248
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

13:10 123
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

20:30 0
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 177
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 898