Azərbaycanda dollar UCUZLAŞACAQ

Azərbaycanda dollar UCUZLAŞACAQAzərbaycanda yaxın vaxtlarda ABŞ dollarının məzənnəsi ucuzlaşmağa davam edəcək.

BiG.AZ-ın məlumatına görə, "Report"un analitik qrupu bildirir ki, buna səbəb kimi Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələr – Türkiyə, Rusiya və Çində dolların ucuzlaşması amili göstərilir.
Belə ki, bu ölkələrdə dolların məzənnəsinin aşağı düşməsi Azərbaycana idxal olunan malları dollar ekvivalentində bahalaşdırıb. Bu da öz növbəsində daxili bazardakı qiymətlərdə əksini tapır.

Azərbaycanda dolların məzənnəsinin artması bu ölkələrdən gələn malların manat ekvivalentində qiymətlərini daha da artırır.
Bu da əhalinin alıcılıq qabiliyyətini aşağı salmaqla yanaşı bəzi mallar üzrə qıtlıq yaradır. Qeyd olunan səbəbdən yaxın günlərdə Azərbaycanda dolların məzənnəsinin 1,60-1,65 AZN/USD səviyyəsinə kimi geriləməsi istisna edilmir.

Qeyd edək ki, Azərbaycan manatının real effektiv məzənnəsinin 85-95% səviyyəsində sabitləşməsi qənaətbəxş hesab edilir. Real effektiv məzənnə bu səviyyədən yuxarı olarsa, idxalın artması, aşağı olarsa – alıcılıq qabiliyyətinin zəifləməsi və bir sıra mallarda qıtlığın yaranmasına səbəb ola bilər.

Xatırladaq ki, manatın real effektiv məzənnəsi, yəni manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir.
Yəni, bu, milli valyutanın bir neçə valyutaya nəzərən ortaçəkili dəyişmə indeksidir. Real effektiv məzənnənin azalması manatın dəyərinin ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə ucuzlaşması deməkdir.

Xatırladaq ki, Azərbaycanda dolların ucuz olduğu 2008-2015-ci illərdə real effektiv məzənnə 120-130% diapazonunda, 2015-ci ilin yanvarında, ilk devalvasiya ərəfəsində isə 153,1% təşkil edib. 2016-cı ildə isə real effektiv məzənnə 87-92,8% diapazonunda olub.
Manatın real effektiv məzənnəsinin 2000-ci ildən indiyədək ən minimal həddi isə 2004-cü ildə (74,2%) qeydə alınıb. Qeyd edək ki, 2016-cı ilin sonuna manatın real effektiv məzənnəsi 91,3%-ə bərabər olub. İlin əvvəlindən isə ticarət tərəfdaşı olan ölkələrin valyutaları üzrə baş verən ucuzlaşma səbəbindən bu göstərici azala bilər.

Belə ki, Türkiyədə dolların məzənnəsi bu ilin maksimal səviyyəsindən 8%, Rusiyada 8%, Çində isə 1% azalıb. Azərbaycanda prosesin qarşısının alınması üçün dolların məzənnəsinin ucuzlaşdırılması vacibdir.
Qeyd edək ki, Azərbaycanda dolların rəsmi məzənnəsi bu ilin maksimal həddindən 9% aşağı düşsə də, banklardakı dolların satış qiyməti 4% azalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2537   Tarix: 21 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 279
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

18.04.2024 1110
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 240
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 273
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1805
.

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. xarici mediaya istinadən xəbər verir ki, "Bridget, a free woman" adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək. Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makro

17.04.2024 394
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 493
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 232
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 444