Qadınlara söz atdı, sürücünü təhqir etdi, bıçaqladı və...

Qadınlara söz atdı, sürücünü təhqir etdi, bıçaqladı və...Xuliqanliq və sağlamlığa xəsarət yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1979-cu il təvəllüdlü Ramin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ xəbər verir ki, Ramin Əhmədov 27 dekabr 2015-ci il tarixdə, saat 22 radələrində taksi fəaliyyəti ilə məşğul olan Qusar şəhər sakini Zakəddin Güləliyevə məxsus "Opel" markalı avtomaşına əyləşib.
Bir müddət sonra aralarında hər hansı bir əsaslı səbəb olmadan mübahisə yaranıb. Ramin Əhmədov həmin mübahisəyə aydınlıq gətirmək məqsədilə Qusar rayonu İcra Hakimiyyətinin inzibati binasının sol tərəfində olan ara küçədə avtomaşından düşüb.
Ramin Əhmədov taksi sürücüsü ilə yenidən mübahisə edib. Həmin vaxt orda olan Qusar şəhər sakini Ramazan Mahmudov onu sakitləşdirməyə çalışıb. Bu zaman Ramin Əhmədov Ramazan Mahmudovun ağzına yumruq zərbəsi vurub. Daha sonra Ramin Əhmədov Ramazan Mahmudovu yaşadığı ünvana qədər izləyib. Evinin qarşısında Ramazan Mahmudovla yenidən mübahisə edən Ramin Əhmədov ona üç bıçaq zərbəsi vurub.
Ramin Əhmədov Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Qusar rayon Məhkəməsində araşdırılıb.
Məhkəmənin hökmü ilə Ramin Əhmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən onun müdafiəçisi Səyyarə Əliyeva apelyasiya şikayəti verib.
Səyyarə Əliyeva məhkum barəsində çıxarılmış ittiham hökmü ilə razılaşmadığını qeyd edib. O, hökmün dəyişdirilməsini xahiş edib.
Vəkilin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Hərəkətim taksi sürücüsünün xoşuna gəlmədi"
Məhkəmədə ifadə verən Ramin Əhmədov bildirib ki, dekabrın 27-də, təxminən saat 23 radələrində taksi fəaliyyəti ilə məşğul olan, adını sonradan bildiyi Zakəddin Güləliyevə məxsus avtomaşına əyləşmiş və təxminən 200 metr getdikdən sonra Qusar rayon İcra Hakimiyyətinin inzibati binasının sol tərəfində onunla aralarında mübahisə yaranıb: "Həmin vaxt küçədə olan tanımadığı qadını da taksi ilə aparmasını təklif etdim. Bu hərəkətim taksi sürücüsünün xoşuna gəlmədi. Bu səbəbdən də avtomobili yolun sağında saxladı və mənimlə mübahisə etməyə başladı".
Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar mübahisə edərkən oraya adını sonradan bildiyi Ramazan Mahmudov yaxınlaşaraq nə baş verdiyini soruşub: "Mən isə həmin şəxsin taksi sürücüsü ilə tanış olduğunu düşündüm və ona mübahisəyə qarışmamasını bildirdim. Bu səbəbdən də onunla da aramızda mübahisə yarandı. Həmin vaxt Ramazan məni itələdi. Mən yerə yıxıldım. Sonra ayağa qalxaraq Ramazana yumruqla bir zərbə vurdum. Daha sonra taksi sürücüsü Zakəddin bizi sakitləşdirdi və evə getməyimizi bildirdi. Bu səbəbdən də oradan uzaqlaşaraq evə getdim".
Ramin Əhmədov qeyd edib ki, həmin mübahisə təxminən 15-20 dəqiqə davam edib: "Hadisə vaxtı və həmçinin hadisədən sonra Ramazanı bıçaqla vurmamışam, ümumiyyətlə, həmin vaxt üzərimdə bıçaq olmayıb. Mübahisə etdikdən sonra hər üçümüz ayrılaraq evimizə getmişik. Ramazan oradan təxminən 600-800 metr aralandıqdan sonra bıçaqlanıb. Ramazanı bıçaqlayanın kim olmasını isə bilmirəm".
Təqsirləndirilən şəxs bildirib ki, dekabrın 28-də Qusar rayon Mərkəzi Xəstəxanasında onu tanıtmaq üçün Ramazana təqdim ediblər: "Həmin vaxt proses video lentə alınıb və orada Ramazan onu bıçaqlayanın mən olmadığımı bildirib. Buna görə də, tanınma prosesindən sonra məni azad etdilər. Daha sonra isə təxminən 16 gün keçdikdən sonra məni təkrarən tanınmaya təqdim etdilər. Orada Ramazan məni tanıdığını və onu bıçaqlayan şəxsin məhz mən olduğumu bildirdi".
"Heç bir təqsirim yoxdur"
O, qeyd edib ki, ibtidai istintaq zamanı müstəntiqin onu azad edəcəyi barədə verdiyi vədə inanaraq bıçaqlanma hadisəsini törətdiyini etiraf edib: "Bu səbəbdən bıçaqlanma hadisəsi ilə bağlı bütün sənədləri imzalamışam. Lakin, mənim Ramazanın bıçaqlanması hadisəsinə görə heç bir təqsirim yoxdur. Yalnız xuliqanlıq hadisəsinə görə təqsirim var. Bu hadisəyə görə səmimi peşmançılıq hissi keçirirəm".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Ramazan Mahmudov bildirib ki, Ramin Əhmədovu əvvəllər tanımayıb və aralarında heç bir ədavət, düşmənçilik olmayıb: "Dekabrın 27-də, saat 22 radələrində Qusar rayon İcra Hakimiyyətinin inzibati binasının yanındakı küçə ilə H.Əliyev prospektinə tərəf gedərkən qarşıda iki nəfər şəxsin mübahisə etdiyini gördüm. Yaxınlaşdıqda həmin şəxslərdən birinin əvvəllər tanıdığım taksi sürücüsü Zakəddin, digərinin isə adını sonradan bildiyim Ramin Əhmədov olduğunu gördüm. Həmin vaxt Raminin taksiyə vermək üçün pulu olmadığını və bununla bağlı mübahisə etdiklərini zənn etdim, həmin şəxslərə yaxınlaşaraq nə baş verdiyini soruşdum. Zakəddin mənə qarışmamağı bildirdi".
Zərərçəkmişin sözlərinə görə, daha sonra həmin şəxslərin mübahisə etməkdə davam etdiklərini, mübahisə zamanı Raminin sərxoş olduğunu və əlləri ilə Zakəddini itələdiyini görüb: "Bu səbəbdən yenidən onlara yaxınlaşaraq sakitləşmələrini xahiş etdim. Həmçinin, Raminin cavan olmasını nəzərə alaraq Zakəddini döyəcəyini düşündüm. Həmin vaxt Zakəddin bildirdi ki, Ramin Əhmədov "Kapital Bank"ın yanında onun avtomaşınına əyləşdikdən sonra dayanacaqda dayanan tanımadıqları qadına söz ataraq onu da maşına əyləşməyə dəvət edib, buna görə də aralarında mübahisə yaranıb. Ramin Əhmədovu sakitləşdirməyə çalışsam da, heç bir nəticə vermədi. Bu zaman hər hansı bir əsaslı səbəb olmadan Ramin məni söyərək ağzıma yumruq zərbəsi vurdu. Bundan sonra cavab olaraq yumruqla Raminin başına vurdum. Bu zaman Zakəddin öz maşınına oturaraq getmişdi".
"Halım pis olduğu üçün Ramini xatırlaya bilmədim"
Ramazan Mahmudov qeyd edib ki, hadisədən sonra yaşadığı evə gedib: "Həmin vaxt arxadan kimsə mənə yaxınlaşaraq "sən məndən qorxmursan?" deyə soruşdu və məni bıçaqla vurdu. Özümü müdafiə etmək üçün həmin şəxslə əlbəyaxa oldum. Mübahisə zamanı ayağımdan iki dəfə bıçaqlandım. Hava qaranlıq olduğu üçün məni vuran şəxsin üzünü tam aydın görməsəm də, həmin şəxsin bir qədər əvvəl mübahisə etdiyim Ramin Əhmədov olduğunu anladım. Ramin hadisə yerindən qaçdı. Mən də Raminin arxasınca küçə boyunca 20-30 metr qaçdım. Lakin, ayağım bərk ağrıdığına görə dayandım. Oradan əvvəlcə anamın evinə, daha sonra isə Qusar rayon Mərkəzi Xəstəxanasına getdim. Xəstəxanada əməliyyat olunduqdan sonra palataya yerləşdirildim. Xəstəxanada olarkən, yəni dekabrın 28-də Ramini rəsmi olaraq tanınmaq üçün mənə təqdim etdilər. Lakin əməliyyatdan sonra halım pis olduğu üçün Ramin Əhmədovu xatırlaya bilmədim və məni vuran şəxsin Ramin olmadığını bildirdim".
"Şikayətim yoxdur"
Ramazan Mahmudov əlavə edib ki, 13 yanvar 2016-cı il tarixdə Ramin Əhmədov rəsmi olaraq tanınmaq üçün ona təqdim edilib: "Həmin vaxt Ramini tanıdım. Bu səbəbdən də məni məhz Raminin bıçaqladığını bildirdim. Həmin gün mənim mübahisəm yalnız Raminlə olub, mübahisədən bir az sonra bıçaqlanmışam. Həmin gün və ya hadisədən əvvəl başqa heç bir şəxslə mübahisəm olmayıb. Hər hansı şəxslə ədavətim də yoxdur. Ramin Əhmədov məsuliyyətdən yayınmaq üçün məni başqa şəxsin bıçaqladığını bildirir. Bununla belə, Ramin Əhmədovu bağışlayıram və ona qarşı heç bir şikayətim yoxdur".
Tərəfləri dinləyən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, Qusar rayon Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Ramin Əhmədova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. (Teleqraf.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1156   Tarix: 20 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245