Prezident Azərbaycana gələn turistlərlə bağlı sərəncam verdi

Prezident Azərbaycana gələn turistlərlə bağlı sərəncam verdiPrezident İlham Əliyev Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

BiG.AZ-ın məlumatına görə, sərəncamda bildirilir:

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti:

1.1. Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə birgə məlumat versinlər;

1.2. xüsusi ayrılmış hərəkət zolaqlarının nişanlanmasını və hər kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətlərinin əks etdirilməsini təmin etsinlər;

1.3. dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə qarşılıqlı fəaliyyət göstərərək əlaqələndirmə işlərini daha da təkmilləşdirsinlər.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi elektron vizaların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bilavasitə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində əldə edilməsinə şərait yaratmaq məqsədi ilə, bütün buraxılış məntəqələrində "ASAN ödəniş" terminalları vasitəsilə "ASAN Viza" sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin buraxılış məntəqələrinin iş saatlarının artırılması ilə bağlı qarşı tərəflə danışıqlar apararaq tədbirlər görsün və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparsın və nəticəsi barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. vizaların "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin "Viza" altsistemindən kənar doldurulması hallarının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarında quraşdırılmış "Viza" altsisteminə aid avadanlığın tam işlək vəziyyətə gətirilməsini və vizaların yalnız həmin altsistem vasitəsilə rəsmiləşdirilməsini üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN ödəniş" terminalları vasitəsilə elektron viza üçün bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində müraciət etmək imkanı olduğu barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrinə yaxın ərazilərdə və Bakı şəhərindən Azərbaycan Respublikasının digər şəhər və rayonlarına gedən yol qovşaqlarında həmin buraxılış məntəqələrindən şəxslərin keçidinin sıxlıq dərəcəsini əks etdirən interaktiv məlumat lövhələrinin quraşdırılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlarının mütəmadi olaraq müştəri (turist) məmnuniyyətinin və xarici dil biliklərinin artırılması üzrə təlimlərdə iştirakını təmin etsinlər.

6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birlikdə turizm sahəsində xidmət göstərən subyektləri viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandırsın və onların gömrük və miqrasiya qanunvericiliyi ilə tanış olmasını təmin etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsini nəzərə almaqla, dövlət sərhədinin buraxılış məntəqələrində elektron vizaların operativ verilməsinin təmin edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Azərbaycan Respublikasının ərazisindən ixracı qadağan edilmiş, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan mədəni sərvətlər istisna olmaqla, digər mədəni sərvətlərin ixracı ilə bağlı mühafizə şəhadətnaməsinin verilməsi prosedurunun sadələşdirilməsi və müddətlərin optimallaşdırılması üçün müvafiq normativ hüquqi aktlarında üç ay müddətində dəyişiklik edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.2. "Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 noyabr tarixli 882 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların tam şəkildə icrasını təmin etsin;

8.3. bu Sərəncamın 1.1-ci bəndində, 2-ci və 4-cü hissələrində və 8.2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşməsini təmin etsin;

8.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1210   Tarix: 20 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baş Prokurorluq ermənilərin öldürdüyü mülki şəxslər barədə VİDEOÇARX HAZIRLADI

Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək məqsədilə Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Bu təxribata cavab olaraq Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfində

06.10.2020 934
.

Bakıda AİLƏ FACİƏSİ - Bacısı uşağının ölümünə səbəb oldu

Bakıda 1 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli kəndində yaşayan şəxs BMW markalı avtomobilini arxaya doğru hərəkət etdirərkən bacısının 1 yaşlı övladının üzərindən keçib. 2019-cu ildə anadan olmuş və yenicə ayaq açıb yeriyən körp

10.09.2020 3185
.

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"

"Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cava

24.07.2020 977
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567
.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308