Yerli məşhurlar mərhum rejissordan danışıb efirdə ağladılar

Yerli məşhurlar mərhum rejissordan danışıb efirdə ağladılarARB TV-də yayımlanan "Gəlin Danışaq" proqramında bu dəfə qan xərçəngindən dünyasını dəyişmiş rejissor Şahin Zəkizadə yad edilib.

BiG.AZ xəbər verir ki,aparıcı Zümrüd Qasımovanın qonaqları əməkdar artist Vəfa Zeynalova, aktrisa Pərvin Abıyeva, aparıcı Xədicə Sənanqızı olub. Sənətçilər rejissor ilə bağlı xoş xatirələrindən danışıblar.

"Təxminən 1 ay bundan qabaq Şahin bizim efirin qonağı olmuşdu. Xəstəliyə qalib gəlməyindən danışırdı. Arzularını həyata keçirmək qismət olmadı. Biz Şahini itirdik, ruhu şad olsun. Onunla yaxından tanışlığımız yox idi, ancaq rejissor kimi tanıyırdım .Mənə yazdı ki, Zümrüd xanım sizinlə görüşə bilərik. Görüşüb 3 saata yaxın danışdıq. Onun dostlara çox ehtiyacı var idi. Amma onu tək qoydular. Onun bir arzusu var idi. Xərçəngdən əziyyət çəkən insanları bir araya yığıb klip çəkmək istəyirdi".

Əməkdar artist Vəfa Zeynalova:

"Belə bir söz var, sözün bitdiyi yer. Mən Şahini çoxdan tanıyıram Durmadan işləyirdi. Həmişə maraqlı ideyaları olurdu. Tənbəl olsa belə, uğurlu işlərə imza atıb. "Həkimlər" serialında tərəf müqabilim olub. Şahin mənim nişanlımı canlandırıb və dünyasını dəyişir. Mən də belə bir xof var canlandırdığım obrazların dünyasını dəyişməsini sevmirəm. Bundan çox qorxuram. O səhnə çəkiləndə dedim ki, belkə başqa nəsə edək. Sonluq belə olmasın. Mən onun xəstə omağını eşidəndə həmin səhnə canlandı beynimdə".

Aparıcı Xədicə Sənanqızı:

"Kanalların birində bizə bərabər veriliş aparmaq təklif olunmuşdu. Amma alınmadı. Şahinlə vaxtaşırı görüşürdük. O anasını bu xəstəlikdən itirmişdi. Bir övlad üçün bu çox çətindir. Yaş üstünə yaş gəldikcə həyatın nə qədər acımasız olduğunu başa düşürük. Allahın verdiyi ömürdü. Zamanında mən də bu xəstəliklə mübarizə apardım, qalib gəldim. Ümid edirdim ki, o da qalib gələcək. Həmişə ona dua edirdim".

Aktrisa Pərvin Abıyeva:

"Şahin məni "Sevdiyim düşmən" adlı seriala çəkmək istəyirdi. Ssenarini oxuyanda çox sevinmişdim. İnanırdım ki, onu həyata keçirəcək. O işimiz yarımçıq qaldı. Xəstələnməmişdən öncə mənə yazdı ki, o işimiz mənim ürəyimdə qalıb. Ona dedim ki, əgər bu serialı çəkə bilmirsənsə onu sat. Borcları var idi. Səbinə mənim yaxın rəfiqəmdir, tez-tez onunla əlaqə saxlayırdım. Son günlər yanına heç kimi buraxmadıqlarına görə gedə bilmədim. Borclarına görə çox insan ondan uzaqlaşmışdı. Maddi baxımından çətinlik çəkdiyinə görə çox ideyaları həyata keçirə bilmədi. Mən onun çəkdiyi kliplərlə böyümüşəm. Üzündə nur var idi.
"Ölsəm bağışla məni" şeirini ilk dinləyən mən olmuşam. Orada olan mahnını mən məsləhət vermişəm. Onda hələ ailə qurmamışdı. Şahinin atasıda bu xəstəlikdən əziyyət çəkir. Mən bilirdim ki, Səbinənin Şahindən xoşu gəlirdi. Şahinin pis günlərində yanında olur, yemək bişirib gətirirdi. Hətta atasını vəziyyəti ağır olanda belə. Elə həmin ərəfədə ona evlənmək təklifi etmişdi. Səbinə Şahinə qədər namaz qılırdı, amma onun üçün başını bağladı".

Yerli məşhurlar mərhum rejissordan danışıb efirdə ağladılar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7169   Tarix: 20 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 960
.

Sevgiləri 9 ay çəkdi

Türkiyəli müğənni Burayla aktrisa sevgilisi Ezgi Şenler ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa müsahibəsi zamanı verib:. "Hər münasibət eşqlə başlayıb, sonlana bilir. Aramızda bəzi anlaşa bilmədiyimiz məsələlər oldu, danışaraq bitirmək qərarı aldıq

24.03.2024 573
.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24.03.2024 780
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 244
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 546
.

Tanınmış aktyor Salehin babası imiş - FOTO

Aparıcı Saleh Bağırov atası və babaları ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında post yayımlayıb. Saleh ailə üzvlərinin teatr və kino xadimləri olmasını vurğulayıb:. "Sadıq Saleh Bağırov teatr və kino aktyoru olub. "O olmasın, bu olsun"

23.03.2024 1872
.

Daun sindromlu Natiqin müalicəyə ehtiyacı var: Bacısı da astmadır - FOTO

Yeddi yaşlı Natiqin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə -a onun nənəsi Kəmalə Qocayeva məlumat verib. O bildirib ki, Daun sindromlu Natiq 1-ci dərəcəli trikuspid qapaq çatışmazlığı xəstəliyindən əziyyət çəkir. "Natiq 2017-ci ildə Daun sindromu ilə anadan olub. Bildiyiniz kimi, bu uşaqlar dai

25.03.2024 477
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 572
.

"Məni də oğlum idarə edir"

Xalq artisti Nisə Qasımovanın qonaq olduğu "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. OLAY yazır ki, aparıcı Günay Baxşəliyeva sənətçinin dırnaqlarındakı hərflərə diqqət çəkib. Qasımova ailə üzvlərinin adlarının baş hərfləri olduğunu deyib və oğlundan danışıb. "Fətulla oğlum

24.03.2024 438