MTN generalları arasında bölüşdürülmüş milyonluq biznes sahələri- ADLAR VƏ GƏLİRLƏR

MTN generalları arasında bölüşdürülmüş milyonluq biznes sahələri- ADLAR VƏ GƏLİRLƏRLəğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barəsində tərtib edilmiş cinayət işlərindən məlum olur ki, ölkədə biznesin müxtəlif sahələrinə ayrı-ayrı generallar nəzarət edib.

BiG.AZ-ın məlumatına görə, nazirliyin vəzifəli şəxsləri barəsində başladılan və hazırda məhkəmə araşdırılan cinayət işləri əsasında məlum olub ki, nazirlikdə biznesin müxtəlif sahələri qeyri-rəsmi şəkildə bölüşdürülüb.

Belə ki, nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov barəsində hazırlanmış ittiham aktında qeyd olunanlara görə, Çovdarov əsasən tikinti sahəsinə nəzarət edib və bu işlə məşğul olan biznesmenlərə "çöküb". Cinayət işlərinə əsasən onu da demək olar ki, A.Çovdarov digər generallarla müqayisədə daha böyük və pullu işləri nəzarətində saxlayıb. Buna misal kimi, Metropoliten sabiq rəisi Tağı Əhmədovdan pul tələb olunması epizodunu göstərmək olar.

Təsadüfi deyil ki, Çovdarovun zərərçəkmişləri arasında inşaat sektorunda fəaliyyət göstərən MTK rəhbərləri çoxluq təşkil edir: "Şahbulaq" MTK-nın sədri Nəsib Əliyev, "Real MTK"nın təsisçisi və rəhbəri İlham Qasımov, "Azərtikinti-ATF" MMC-in rəhbəri Azər Quliyev buna nümunədir. İşdə o da qeyd edilir ki, Çovdarov və birlikdə ittiham edildiyi şəxslər bu işlərdən 40 milyon manatdan çox qanunsuz gəlir əldə edib.

Ölkədə qiymətli daş-qaşların biznesi ilə məşğul olan iş adamlarına nəzarət və onların soyulması ilə isə digər bir MTN generalı - Sübahir Qurbanovdur.

Sabiq MTN rəsmisinin ittiham aktından məlum olur ki, o, Eldar Mahmudovun şifahi göstərişi ilə ölkəyə brilyant daş-qaş, qızıl və digər zinət məmulatlarının idxalı sahəsində inhisarçılığın yaradılması prosesini başladıb. Bu iş nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanova tapşırılıb. O da öz növbəsində bu işlə məşğul olacaq dəstə yaradıb. Həmin dəstəyə polkovnik Füzuli Əliyevi başçı təyin edilib.

Sübahir Qurbanovun işində isə iş adamlarından qanunsuz yolla ələ keçirilmiş məbləğ 40 milyon manatdan çoxdur.

MTN daha bir dəstə isə banklara nəzarət edib. Bu iş nazirlikdə MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevə tapşırılıb. Mövlan Şıxəliyev isə özünün işçisi olmuş Vüsal Ələkbərovun əli ilə tapşırıqları həyata keçirib. Bu dəstə əsasən banklarda çox pulu olan şəxslərə, sahibkarlara qənim kəsilib.

Ləğv edilən MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovun cinayət işi üzrə ittiham aktından məlum olur ki, qurban seçilən sahibkarlar MTN-ə çağırılaraq banklardakı pulları haqqında soruşulub, müxtəlif bəhanələr və hədə-qorxu gəlinərək külli miqdarda pulları alınıb.

Hər 3 dəstəsinin işində qanunsuz dinləmələri isə MTN-in Monitorinq Mərkəzinin rəhbəri general Teymur Quliyev həyata keçirib. Belə ki, Teymur Quliyev öz ifadəsində bildirib ki, bütün dinləmələri Eldar Mahmudovun tapşırığı və imzası olan sənədlər əsasında həyata keçirib.

Qeyd edək ki, adı çəkilən generallardan yalnız Mövlam Şixaliyev azadlıqdadır. Bir müddət əvvəl qafqazinfo.az saytı məlumat yayaraq onun da barəsində cinayət işinin açıldığını, hazırda icraatda olduğunu bildirmişdi.(Lent.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1746   Tarix: 18 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

9 ton dəmir yeyib 57 il yaşadı

Mişel Lotito 57 illik həyatı ərzində məşhurlaşaraq Ginnesin Rekordlar Kitabına düşə bilib. Onu bu kitaba salan gördüyü hər şeyi yeməsi olub. xarici KİV-ə istinadən xəbər verir ki, təəccüblü deyil, çünki onun yediyi bütün metal qırıntılarını toplasanız, onun mədəsindən Cessna təyyarəsinin keçdiyi məlu

15.04.2024 608
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

14:32 179
.

Pakistanda güclü yağış və ildırım vurması nəticəsində ölənlərin sayı 39-a çatıb

Pakistanda güclü yağış və ildırım vurması nəticəsində ölənlərin sayı 39-a çatıb. xəbər verir ki, səlahiyyətlilər həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb. Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımı

15.04.2024 302
.

Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir? - Açıqlama

"Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir". xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki

15.04.2024 538
.

"Semka" da həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətindən -a verilən məlumata görə, bu dəfə "Semka" ləqəbi ilə tanına

16:44 106
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

11:01 395
.

Uqandada "Qırmızı Göz" xəstəliyi yayılıb

Son 3 həftədə Uqandada yoluxucu "qırmızı göz" (konyunktivit) xəstəliyi yayılıb. BİG.AZ xəbər verir ki, xəstəlikdən əziyyət çəkənlərin sayı 7500 nəfəri keçib. Bu barədə Uqanda Səhiyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada son 3 həftədə yoluxma sayının 954-dən 7596-ya yüksəldiyi bildirilib. Səhiyy

14:02 0
.

Meksikada helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb

Meksikanın Koyoakan bölgəsində helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. Qəzadan sonra yanğın baş verib. Bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, pilot son anda manevr edib ki, helikopter yaşayış məntəqəsin

09:59 151
.

"Vətəndaş yaşayış yerindən arayış təqdim edirsə, həmin ərazidə ona güzəştli parklanmaya şərait yaradılmalıdır" - Ekspert

Milli Məclisin üzvü Naqif Həmzəyev parklanma ilə bağlı tariflərə yenidən baxılacağına ümid etdiyini bildirib.Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, parklanma yerlərinə yaxın ərazilərdə yaşayan insanlar 24 saat ərzində parklanma xidmətindən istifadə edə bilirlər, lakin sözügedən ərazilər

12:40 316