VİDEO: 10 min saxta pul hazırlayan Səbinə həbsxanada: "200 manat məvacib alırdım"

VİDEO: 10 min saxta pul hazırlayan Səbinə həbsxanada: "200 manat məvacib alırdım"Gənc yaşlarında atdığı yanlış addım həyatının ən gözəl çağlarını itirməsinə səbəb olub.

Səbinə Mahmudova 1986-cı ildə Füzuli rayonunda anadan olub. Bir neçə il ailəsi ilə Bakının Xətai rayonunda yaşayıb. Gənc qızın atası vəfat etdikdən sonra evin bütün yükü onun üzərinə düşür. O, anasına, nənəsinə və özündən balaca qardaşına restoranda işləməklə baxırmış. Lakin qazandığı pul ailənin tələbatını ödəyə bilmirmiş. Səbinə də bundan sonra cinayətə əl atır. Bu cinayət isə qızın 7 il 11 ay azadlığını əlindən alır.

"Anamı, nənəmi, qardaşımı aldığım 200 manatla dolandıra bilmirdim. Anam xəstə olduğu üçün evimi satıb onun müalicəsinə xərclədim. Daha sonra kirayələrdə yaşadıq. Maddi vəziyyətimiz çox pis idi. Bir gün evdə oturanda qərara aldım ki, printer alım və saxta pul hazırlayım".

Külli miqdarda saxta pul hazırladığını deyən Səbinə həmin pulun 20 manatına kontur alarkən polisə yaxalanır. Bu səhv addım Səbinəni ailəsindən bir neçə il uzaq salır:

"Saxta yolla 10 min manat hazırladım. Mağazada kontur alarkən polis əməkdaşları məni saxlayıb şöbəyə apardılar. Yaşadığım mənzili yoxladılar. Bütün saxta pulları, printeri və digər əşyaları polisə təhvil verdim".

Səbinənin həbs olunduğunu eşidən ailəsi şoka düşür. Hətta anası infarkt keçirir. Bir il yarımdır həbsxanada olan Səbinə anası və bacısı tərəfindən tez-tez ziyarət olunduğunu deyir. Yalnız bir nəfərdən başqa:

"Qardaşımın bura gəlməyini istəmirəm. Amma telefonla danışıram. İstəmirəm, qardaşım gəlib məni qara xələtdə görsün".

İmkansızlıqdan yanlış addım atdığını söyləyən Səbinə gənc qızlara tövsiyyələrini də etdi:

"Gənc qızlara tövsiyyəm ondan ibarətdir ki, acından ölsələr, quru çörəyə möhtac qalsalar belə, yanlış addım ataraq həbsxanaya düşməsinlər. Bura çox ağır yerdir. Həbsxanaya düşməyi heç düşmənimə də arzulamaram. Burada yaşadığım bir gün bir ilə bərabərdir".

Dörd divar arasında qalan Səbinə Mahmudova gözyaşları içərisində qohumlarından da şikayətlənir:

"Bircə onu deyim ki, qohumlarım yaxşı olsaydı, mən bura düşməzdim".

Ailəsinin yaxşı yaşaması üçün yanlış addım atan Səbinə çox peşman olduğunu deyir:

"Anamın yanına qayıtmaq istəyirəm. Tutduğum əmələ və anamı başqalarının ümidinə buraxdığım üçün çox peşmanam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2710   Tarix: 16 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693