Uşaqda skoliozun olduğunu göstərən ƏLAMƏTLƏR

Uşaqda skoliozun olduğunu göstərən ƏLAMƏTLƏRNormal sağlam insanda baş, bel, çanaq (ləyən sümüyü) və ayaqların orta nöqtəsi eyni şaquli xətdə olur. Normal onurğanın öndən görünüşündə sağa və ya sola doğru əyilmə olmur. Onurğaya öndən baxdıqda sağa və ya sola doğru əyilməsinə skolioz deyilir. Yaşı 10-dan az olan uşaqlarda müşahidə edilən skolioz yetkinlik dövründə olan skoliozdan fərqlidir.

BiG.AZ lent.az-a istinadən türkiyəli həkimin uşaqlıq dövründə aşkarlanan skolioz haqqında fikirləri ilə sizi tanış edir.

Mütəxəssis bildirir ki, skoliozun irəliləməsini təyin edən ən vacib faktor uşağın fiziki inkişaf sürətidir. Hər 100 uşaqdan 3-də uşaqlıq dövrü skolioz müşahidə edilə bilər. Ayaqların asimmetriyası, kürəkdə qabırğaların bir tərəfdə daha çox yığışması, bir çiyinin daha aşağı olması kimi gözə çarpan əlamətlər skoliozdan xəbər verir: "Skolioz müalicə edilmədiyi təqdirdə ağciyər və tənəffüs, ürək problemləri, iflic, ciddi estetik və psixoloji problemlərə yol aça bilər. Uşaqlarda skoliozun müalicəsi xəstədə skolioz əyriliyi, rotasiyanın dərəcəsinə və yerindən asılı olaraq təyin edilir. 20º dən az olan əyriliklər fiziki, məşq müalicəsi və ev proqramı ilə müalicə edilir. 20º dən çox əyrilik hallarında sərt korset istifadəsi ilə yanaşı, fiziki və konservativ müalicə məsləhətdir".
Uşaqlıq dövründə ortaya çıxan skoliozda erkən diaqnoz qoyulmasının böyük əhəmiyyəti var. Erkən diaqnoz nəticəsində başlanan müalicə çox vaxt uğurlu olur. Həkim bildirir ki, valideynlər özləri də uşaqda skoliozun olub-olmamasını təsbit edə bilər.

Skoliozu təsbit etməyin 8 yolu

- Ayaq üstə durduqda kürək divara söykənmiş halda çiyinlərin hündürlüyündə fərq varmı?
- Uşaq dizləri düz formada önə əyildikdə kürək hissəsi fərqli hündürlükdə olurmu?
- Kürək sümüklərindən biri digərindən daha çox diqqətə çarpandırmı?
- Omba sümüklərində asimmetriya varmı?
- Ayaq üstə durduqda qollar yavaşca önə gəldikdə bir tərəf digər tərəflə müqayisədə qol və bədən arasında daha çox məsafə yaranırmı?
- Uşaqda diqqətə çarpan kürək donqarı mövcuddurmu?
- Bel çuxurları müqayisə edildiyi zaman asimmetriya gözə çarpırmı?
- Uşaq oturanda və ya ayaq üstə duranda bir tərəfə doğru əyilmiş formada dayanırmı?

Əgər bu əlamətlərdən hansısa uşağınızda müşahidə edilirsə, dərhal həkimə gedin. Unutmayın, erkən diaqnoz uğurlu nəticənin yarısıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2469   Tarix: 10 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941