"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti

"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artistiXalq artisti Brilyant Dadaşova Buro 24/7 Azerbaijan saytına müsahibəsində öz müəllimləri, oğlunun tərbiyəsi və müasir Azərbaycan estradası haqqında danışıb.

BiG.AZ həmin müsahibəni təqdim edir:

- Brilliant xanım, işləriniz necədir?

- Çalışıram ki, yaxşı olsun. Həmişə pozitivə yüklənmək lazımdır.

- Nə vaxtsa səhnə qarşısında qorxu hiss etmisinizmi?

- Səhnədə olmaq və oxumaq imkanından böyük həzz alırdım. Buna görə də qorxu yox idi. 1989-cu ildə biz Seneqalda keçirilən böyük qala-konsertdə iştirak edirdik. Auditoriya kifayət qədər fərqli idi. Nömrə xoşlarına gəlməyəndə stadion susurdu, çıxışı bəyənəndə isə alqışlarların ard-arası kəsilmirdi. Bizim çıxışdan əvvəl Rafiq Babayev qərar verdi ki, bir neçə caz kompozisiyası ilə məhdudlaşmaq və proqramdan artistlərin solo çıxışlarını çıxartmaq lazımdır. O ehtiyat edirdi ki, bizim Musiqini başa düşməsinlər. Etiraz etdim ki, hazırlaşmışam axı! Biz 8 mahnını məşq etdiyimiz halda, o, mənim bir mahnı oxumağıma razılıq verdi. Səhnəyə çıxıb Fikrət Əmirovun "Göy göl" mahnısını ifa etdim. Stadion musiqini bəyəndi, insanlar qışqırırdı, rəqs edirdi. O zaman Rafiq müəllim musiqiçilərə ikinci mahnını başlamaq əmrini verdi. Planlaşdırıldığı kimi elə 8 mahnı oxudum. Bilirsiniz, səhnə qarşısında qorxu həmişə məndə həmişə təəccüb doğurub: "Oxumaqdan necə qorxmaq olar?"

Mən Hindistan, Almaniya, ABŞ, Norveç, Çexiya, Macarıstan və bir çox başqa ölkələrdə konsertlərlə çıxış etmişəm. Həmişə də səhnəyə qorxu və ya əminsizlik olmadan məmnuniyyətlə çıxmışam.

"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti- Necə alındı ki, Skruk Norveç xoru ilə çıxış etdiniz?

- Bu, Azərbaycanla Norveçin birgə layihəsi idi. Norveçlilər yeni səs axtarışı ilə rayonları gəzirdilər. Kürdəmirdə olanda təsadüfən televizorda mənim ifamda "Sarı gəlin"i eşidiblər. Onlar bəstəkar Qalib Məmmədova bu layihəni mənimlə etmək istədiklərini bildirdilər. O isə "Brilliant xanımın çox sıx iş qrafiki var və böyük ehtimalla o, razılaşmayacaq" cavabını verib. Ancaq onlar görüşmək üçün təkid etmişdilər və Qalib Məmmədov onları studiyaya gətirmişdi. Bunun "Qırmızı Xaç"ın xeyriyyə layihəsi olduğunu eşidən kimi mən dərhal razılaşdım.

Norveç xoru ilə əməkdaşlıqdan sonra mən Nobel sülh mükafatı laureatlarına, o cümlədən Dalay-lama, Tereza Ana, Kofi Anan və başqalarına həsr olunmuş layihədə iştirak etdim. Azərbaycanlı müğənninin belə tədbirdə iştirakı çox fəxri və hətta rəmzi bir hadisə idi. Bu o demək idi ki, Azərbaycan sülhün tərəfindədir.

- Necə hesab edirsiniz, genlər şəxsiyyətin formalaşmasında hansısa rol oynayırmı?

- Şübhəsiz ki, genlər şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Bir də uşağın qarşısında gördüyü nümunə çox vacibdir. Uşaq vaxtı mən kağızdan kiçik borucuq düzəldirdim və özümü siqaret çəkirəmmiş kimi göstərirdim. Doğmalarım qonşumuzun siqaret çəkməkdən öldüyünü və başqa qorxulu hekayələr danışırdılar. Görünür, o hekayələr mənim beynimə oturdu. Mən sağlam həyat tərzi saxlayıram. Siqaret və alkoqoldan istifadə etmirəm.

"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti- Çoxları sizin fiziki formanıza heyrandır. Hansı həyat tərzini əsas tutursunuz?

- Bəzən bütün adamlar kimi geri çəkilirəm. Ümumiyyətlə, azərbaycanlıların yemək mədəniyyəti çox inkişaf edib, dadlı yemək bizim qanımızdadır. Mütəmadi olaraq idmanla məşğul olmağa çalışıram. Məsələn, bir həftə idmanla məşğul olmağı hansısa səbəblərdən dolayı buraxıramsa, özümü çox pis hiss edirəm. Gücümü bərpa etmək üçün bir saat, saat yarım idmanla məşğul olmalıyam, bundan sonra özümü dərhal yaxşı hiss edirəm.

- İnsanların qarşısına çıxanda daxili enerjinizi paylaşırsınız, auditoriyanı hərəkətə gətirirsiniz. Bundan sonra öz gücünüzü necə bərpa edirsiniz?

- Səhnədə mən bütün enerjimi qoyuram. Musiqi terapiyası anlayışı var, musiqi həqiqətən də sağaldır. Mən izləyicilərə maksimum müsbət enerji ötürürəm. Bizim dinimiz də bunu deyir. İnsanlara müsbət şeylər arzulamaq lazımdır ki, onlar da sənə eyni şeyi arzulasınlar. Əlbəttə ki, həyat çox çətindir, ancaq yenə də həyatın müsbət tərəfini görmək lazımdır.

- Yaxın insanlara münasibətdə ciddi və sərtsiniz?

- Deməzdim ki, sərt adamam. Həmişə hamı ilə səmimi olmağa çalışıram, hər bir normal insan bu keyfiyyətə sahib olmalıdır.

"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti- Kim sizin üçün mütləq avtoritetdir? Kimin tənqidinə qulaq asırsınız?

- Şübhəsiz ki, fikrinə qulaq asdığım adam var. Bu mənim özüməm. Mən özüm özümün tənqidçisiyəm və daim öz mənfi tərəflərimi axtarıram. Rafiq Babayevin vaxtlarında studiyada növbəti mahnını yazdırdığımız zaman o mənə deyirdi: "Brilliant, sabah gəlib yenidən oxuyarsan". Səhəri gün studiyaya qayıdanda gördüm ki, mahnı artıq yazılıb. Məndən başqa hamı ətrafda razı qalırdı. İndiyə qədər də bu davam edir. Bəzi şeylər var ki, onlardan həqiqətən razıyam. Məsələn, Elza Seyidcahanın mənim üçün yazdığı "Toy Adamları" və "Vokaliz". Deməzdim ki, "Vokaliz"ə etdiyim ifadan tamamilə razıyam, ancaq bu ifada çox bəyəndiyim məqamlar var.

- Oğlunuzun tərbiyədə hansı qaydaları əsas tutursunuz?

- Oğlumun tərbiyəsində tənqidçi rolu həmişə mənim üzərimə düşüb. Atası həmişə onun dəcəlliklərinə gülürdü. Oğlumu həmişə danlayırdım deyə, məni "sarı göbələk" adlandırırdı. Bu, ən zəhərli göbələk növüdür.

- Ancaq bununla belə oğlunuzla aranızda güclü bir əlaqə var...

- Əvvəllər o, hər şeyi mənimlə bölüşəndə danışdıqlarına təəccüblənirdim. Ancaq həmişə susurdum, çünki bilirdim ki, bir dəfə də olsun təəccüblənsəm, daha ondan belə açıqlıq görməyəcəm. Belə də olurdu ki, onun danışdıqlarından içimdə hər şey sıxılırdı, ancaq bununla belə mən gülürdüm. İndi isə özümün hansı səhvlər etdiyimi görürəm. Məsələn, peşmanam ki, onu Azərbaycan deyil, ingilis məktəbinə qoymuşduq. 6 yaşa qədər müəllimlə ingilis dili dərsləri alırdı, ona görə də mən onu ingilis məktəbinə qoymaq qərarı verdim. Nəticədə onda qərbli düşüncəsi formalaşdı. İstəyərdim ki, o, bizim mədəni irsimizlə - Nizami, Füzuli, Səməd Vurğun və başqaları ilə tanış olsun. Bir çox ailələr tanıyıram ki, uşaqları Azərbaycan bölməsində oxuyub, ancaq bununla belə onlar ingilis, fransız və alman dillərini mükəmməl səviyyədə bilirlər, Azərbaycan musiqisini sevir, yazıçılarımızı tanıyırlar. Mənim oğlum isə təəssüf ki, belə deyil.

- Zamanı geri çevirmək imkanı olsaydı, siz yenə də bu yolu seçərdinizmi?

- İndi estradamızda nə baş verdiyini görəndə peşə seçimində doğru addım atdığıma şübhə etməyə başlayıram. Mən oxumağa başlayanda böyük səhnədə artıq Rəşid Behbudov, Şövkət Ələkbərova, Akif İslamzadə, Elmira Rəhimova oxuyurdu. Buna görə də mənim üçün müğənni olmaq bir növ şərəf idi. İndi isə vəziyyət dəyişib. Deyə bilmərəm ki, estrada janrı tamamilə yox olub, ancaq musiqidən baş çıxaran çox az sayda insan qalıb.

Bir ziyalımız demişdi ki, bizdə muğamdan başqa musiqi yoxdur. Mən özümə xas şəkildə ona cavab vermişdim: "O zaman gəlin Cahangir Cahangirov, Tofiq Quliyev, Səid Rüstəmov, Afir Məlikov, Fikrət Əmirov kimi adları tarixdən silək. Musiqi tarixi və mədəni irsin dahilərinin adları sadəcə aradan götürək". Bunu deyəndən sonra mən işlərimin olduğunu deyərək, cavab gözləmədən getdim. İnanmaq istəyirəm ki, muğam sənətinin dahiləri ilə görüşdən ilhamlanaraq, bu adam həmin axşam müəyyən eyforiyada idi. Ancaq yenə də mən belə çıxışları yolverilməz hesab edirəm. Mən özüm muğamı çox sevirəm və böyük dəyər verirəm. Yadımdadır ki, uşaq olarkən, səbirsizliklə televizorda cizgi filmlərinin nümayişini gözləyirdim. Bir dəfə muğam ifası eşitdim və sanki tilsimlənmiş kimi 40 dəqiqə televizorun qarşısında qaldım. Axşam bu haqda atama danışdım və o dedi ki, mən yəqin ki, Hacıbaba Hüseynovun ifasına qulaq asırdım. Mənim üçün muğam tarix, akademiya, klassikadır. Ancaq digər janrları rədd etmək doğru olmazdı.

- Türkiyəyə köçməyinizə bu səbəb oldumu?

- Mən Türkiyəyə köçməmişəm. Sadəcə oğlum orada magistr təhsili alır və onunla daha çox vaxt keçirməyə çalışıram. O, balaca olanda mən yaradıcılığıma çox zaman ayırırdım, indi isə hər boş dəqiqəmi onunla keçirməyə çalışıram. Təəssüf ki, Bakıda məmnuniyyətlə çıxış edə biləcəyim televerilişlər qalmayıb. Yüksək reytinqə baxmayaraq, özümü orada görmürəm.

"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti- Gələcəyə hansı layihələriniz planlaşdırılıb?

- Layihələr çoxdur, ancaq hamısının arxasında vəsait dayanır. Sonuncu dəfə biz 4 il öncə Türkiyədə klip çəkilişi etmişik. Siz də başa düşürsünüz ki, bu, çox azdır. Əslində tamamilə əksinə olmalıdır.

- Нazırda Azərbaycanda səhnəyə auditoriya qarşısında bütün gücünü qoymaq üçün çıxan, öz işinin peşəkarı olan çox az sayda sənətçi qalıb. Bu gün biz zövqsüzlüyün estrada və televiziyada hökmran olduğu mənzərəni müşahidə edirik.

- Gənclərin müəyyən hissəsi var ki, pis geyinmir və lazımi şəkildə görünməyə çalışır. Həmkarlarımın arasında həqiqətən də qürur duyulmalı şəxslər var. Ancaq, təəssüf ki, onların sayı azdır. Mən "Akademiya" layihəsinə başlayanda yeni adlar kəşf etməyə çalışırdım. Gənclərin arasında çoxlu sayda istedadlı insanlar var, ancaq onlar maliyyə vəsaitinin çatışmazlığından studiyada mahnı yazdıra, klip çəkdirə bilmirlər. Problem də məhz bundan ibarətdir.

"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artistiÜmumiyyətlə, mən çox açıq sözlü adamam. Həyat yoldaşım tez-tez deyir ki, sən həmişə hər şeyi üzə deyirsən. Hər şeyi səmimi şəkildə və heç nə gizlətmədən deyirəm. Tanrıya, qiyamətə, ədalətə çox inanıram. Azacıq vicdandan imtina etsəm, yalan danışsam, gecələr yata bilməyəcəm. Mən isə düşündüyüm hər şeyi açıq şəkildə deyirəm. İnsanlardan yaxşı baş çıxardığıma görə elə onların özünə minnətdaram. Onların iç üzünü görə bilirəm. Bu, həqiqətən də taleyin hədiyyəsidir.

"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti"Oğlum məni "sarı göbələk" adlandırırdı" - xalq artisti


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5858   Tarix: 25 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051