"300 min ver, əmanətini qaytaraq"- Polkovnik

"300 min ver, əmanətini qaytaraq"- PolkovnikLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə aparılan istintaq zamanı "Texnikabank" epizodu ilə bağlı 10-Hazırda məhkəmə prosesi davam edən polkovnik-leytenant Vüsal Ələkbərovun cinayət işi üzrə zərərçəkənlərdən biri də biznesmen Mehrac Qurbanov olub.

BiG.AZ xəbər verir ki, ittihama görə, M.Qurbanov 2007-ci ildə "Texnikabank"a 623 min avro əmanət qoyub, 2008-ci ildə isə buna görə MTN-ə çağırılıb. Orada Vüsal Ələkbərov ona "banka qoyduğun puldan imtina etməlisən, yoxsa başına oyun açacağıq, səni tutacağıq" deyib. M.Qurbanov bu şərtlə razılaşmayanda V.Ələkbərov yeni təklif irəli sürüb. Ona deyib ki, 300 min dollar verərsə, əmanətini qaytarmağa kömək edərlər. Pul verməzsə, rəhbərliyin tapşırığı ilə onu həbs edəcəklərini bildirib. Bundan sonra M.Qurbanov general Mövlam Şıxəliyevin qəbuluna aparılır. M.Şıxəliyev də ona "Vüsal Ələkbərovun dediyini etsən, sənə pulunu qaytarmağa kömək edəcəyik" deyərək onunla acıqlı danışıb. Həbs edilməkdən qorxan M.Qurbanov V.Ələkbərovu 200 min dollar verməyə razı sala bilib. Vüsal isə "pul sabah çatmalıdır" deyərək onu sərbəst buraxıb.

M.Qurbanov birbaşa Şirvan şəhərinə gedərək öz fermasından 30 qoyunu tanışı İsmayıl Əhmədova 3600 manata satıb, qardaşları Hüseyndən 10 min, Heydərdən 15 min, bibisi oğlu Kərimdən 20 min, tanışı Səmədağadan 50 min borc alıb, özündə də 50 min manat olub. Bu yolla 200 min dollar toplayaraq sarı rəngli torbaya qoyub və Vüsala zəng edib, onun tələbi ilə pulları MTN-ə aparıb və V.Ələkbərovun otağında onun özünə verib. Həmin vaxt MTN zabitindən banka qoyduğu əmanətin nə vaxt qaytarılacağını soruşduqda telefonla ona cavab veriləcəyi cavabını alıb. Təxminən 2 həftə sonra dəfələrlə Vüsal Ələkbərova zəng etsə də, zəngləri cavabsız qalıb. O da borc aldığı şəxslərə pulu nəyə görə aldığını və başına gələnləri danışıb.

M.Qurbanov bildirib ki, bacanağı Elşən Mədətovu da Vüsal Ələkbərov MTN-ə çağıraraq 250 min dollar alıb. Bundan sonra E.Mədətov infarkt keçirib.

Cinayət işinin materiallarında M.Qurbanov ilə V.Ələkbərov arasında bir neçə dəfə telefon danışıqlarının olması mötəbər sübut kimi qiymətləndirilib.

mənbə: qafqazinfo


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1244   Tarix: 24 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880