Xalq artistini öldürmək istədilər: "Yeməyimə şüşə qırığı atmışdılar"

Xalq artistini öldürmək istədilər: "Yeməyimə şüşə qırığı atmışdılar"BiG.AZ Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlının milli.az-a müsahibəsini təqdim edir.

- Ağaxan müəllim, çox deyirdiniz elə, məni filmlərə çəkmirlər, axır ki, çəkildiniz. Gənclərin ekranlaşdırdığı "Naxox" adlı filmdə sizi də gördük.

- Mən demirəm, çəkmirlər, dəvətlər çox olur, sadəcə olaraq, özüm çəkilmirəm. Daha doğrusu, seçim edirəm. Əvvəlcə ssenariyə baxıram. Görsəm ki, həmin rol yaradıcılığıma yeni nəfəs gətirəcək, qonorarı ikinci plana salıram. Yox, görəndə ki, ssenari ürəyimcə deyil, o halda qiymət oxuyuram. Elə bir məbləğ deyirəm ki, qaçırlar. Ya əlləri gəlmir verməyə, ya da o qədər pulları olmur.

- Bu da ürəyinizcə olmayan filmə çəkilməmək üçün bəhanənizdir yəni. Deyin görək, bir film üçün nə qədər qonorar alırsınız? Bilirəm, səmimi insansınız, bəziləri kimi "yox, qonorarın məbləğini açıqlamıram" deməyəcəksiniz.

- Əgər filmin çəkilişi bir günlükdürsə, min manat, beş günlükdürsə, beş min manat. Əgər ssenari xoşuma gəlirsə, üç gün üçün də min manata razılıq verirəm.

- Bəs sonuncu çəkildiyiniz filmdə qonorardan razı qaldınız?

- Açığını deyim ki, bu filmə dəvət alandan bir qədər əvvəl məni başqa bir filmə çağırmışdılar. Getdim, baxdım, nə ssenari məni qane elədi, nə də qonorar. Qayıdıb bu filmə çəkildim. Burada mənə maliyyə güzəşti də olundu, həm də ssenari xoşuma gəldi. Cavanlar məni hörmət-izzətlə qarşılayıb, yola saldılar.

- Belə də ki, maşallah, heç çeviklikdə cavanlardan geri qalmırsınız ha?

- Bax gözün dəysə, sabaha qədər başıma bir iş gəlsə, yazıb internetdə yayacam ki, ay camaat, jurnalist Cəvahirin mənə gözü dəydi.

- Narahat olmayın, gözümdə yoxdur... Siz deyin görək, filmdə necə uçurdunuz e?

- Hə, orada bir kadr vardı, uçmalıydım, uşaqlar dedilər ki, kaskadyor çağıraq. Dedim, əşşi, qocalmamışam ki, mənim yerimə kimsə oynasın. Amma öz aramızda qalsın, nə təhər uçdumsa, Allah məni saxladı. 99 faiz ölmüşdüm. Uçanda köynəyimin yaxası dartıldı və başladım boğulmağa. Nə baş verib, xəbərim olmayıb. Sonradan mənə dedilər ki, sən yuxarıda çabalayanda biz burada ölmüşdük. Beş dəqiqə sonra özümə gəlmişəm. Amma çəkilişi dayandırmadım.

- Elə məni qaralamısınız, bəs niyə demirsiniz ki, o cavan aktyorların da sizə gözü dəydiyi üçün az qala boğulacaqdınız?

- Elə onları da deyirəm. (gülür)

- Yəqin ki, bu illər ərzində səhnədə ekstremal vəziyyətə düşdüyünüz məqamlar az olmayıb...

- Cəmi bir dəfə olub. "Günaydın, əlahəzrət" tamaşasında kasıb ailənin uşağı rolunda çıxış edirdim. Tamaşada belə bir səhnə var, cəzalandırılıram və otağa salınıram. Orada pəncərədən mənə yemək verirlər, mən də vəhşicəsinə yeyirəm. Tamaşaların birində rekvizit Tamara İvanovnanın mənim üçün hazırladığı məxsusi yeməyi yeməliydim. Elə yeməyi ağzıma aparan kimi hiss etdim ki, ağzımda şuşə qırığı var. Tez arxamı zala çevirib, yeməyi qaytardım, amma özümü elə göstərdim ki, güya yemək yeyirəm. Məni Allah saxladı onda. Səhnədə dekorasiya dəyişən kimi o nimçəni yox eləmişdilər. Nə qədər axtardılar, teatrda o nimçəni tapan olmadı.

- Sizcə, kim eləmişdi bunu, hər halda bu qabaqcadan planlaşdırılıbmış?

- Çox güman ki, planlaşdırılıbmış. Amma heç kimdən şübhələnmədim. Mənim teatrda heç kimlə düşmənçiliyim olmamışdı. Tamara xala and-aman elədi ki, bu şüşədən xəbəri yoxdur. O yazıq nimçəni hazırlayıb, səhnənin kənarına qoyub getmişdi. Şüşə qırığı sonradan atılmışdı boşqaba.

- Küsülü ola-ola səhnəyə çıxdığınız aktyorlar da olub, yəqin...

- Ola bilər, kimləsə küsülü olum, kimdənsə xoşum gəlməsin, amma bərabər səhnəyə çıxmışıq. Heç vaxt aktyorun ixtiyarı yoxdur ki, buna etiraz eləsin.

- Maraqlıdır, tamaşa zamanı hansısa aktrisa qucaqlama, ya öpüş səhnəsinə görə etirazını bildirib?

- Elə şey mümkünsüzdür ki, aktrisa hansısa səhnəni oynamağa etiraz eləsin. Həmin aktrisanı dərhal teatrdan qovardılar.

- Həyat yoldaşınızı tamaşalarınıza aparırsınız heç?

- Həmişə aparmışam.

- Sizi gözəl aktrisalara qısqanmayıb ki?

- Mən özümü elə aparmamışam ki, o məni qısqansın.

- Amma zaman-zaman aktyorların xanımları onları səhnədəki tərəf-müqabillərinə qısqanıblar...

- O aktyorlar özlərini yaxşı aparmayıblar və buna görə də xanımları onları qısqanıblar. Mən həmişə özümü yaxşı aparmışam və aramızda da inam olub. Onu da sənə deyim ki, hələ ömrümdə bir dəfə də olsun xanımım mənə belə şəxsi suallar verməyib. Belə sualları səndən eşidirəm.

- Elə belə suallarla sizi yormadığı üçün cavan qalmısınız da...

- Bu il martın 8-də ailə qurmağımızın 43 ili tamam olacaq. Yox, cavan qalmağımın səbəbi genetika ilə bağlıdır.

- Deyəsən, gec evlənmisiniz?

- 33 yaşımda. Mən karyerist adamam, ona görə gec evləndim. Xanımımla özümüz gördük bir-birimizi, özümüz də sevdik. Ailə qurmağımıza kimsə müdaxilə etməyib.

- Bu illər ərzində kim kimə daha çox dözüb?

- İkimiz də, o mənə, mən də ona. Mən pozitiv adamam. Həyat eşqim çox güclüdür. Heç vaxt keçmişi özümlə bu günə daşımamışam, bu günümü və sabahı düşünmüşəm. Adam var e, soruşur, yadına gəlir, filan vaxt filan hadisə olmuşdu? Deyirəm, yox, yadıma gəlmir. 70 ilin yükünü dalınca aparasan - bu mənlik olmayıb.

- Formada qalmağınız üçün pəhriz saxlayırsız?

- Yox. Adam var, nəfsini saxlaya bilmir, basıb yeyir. Onda hava da, su da yağa gedir. Çünki artıq onda maddələr mübadiləsi pozulur. Mən 1964-cü ildə teatra gəlmişəm, həmin il tamaşalarda geyindiyim paltarları indi də geyinib səhnəyə çıxıram. 30 il əvvəlin şalvarı elə bil əynimə biçilib.

- İnsanlarla rəftarda xüsusi bir silahınız varmı?

- İnsanları sevirəm, hətta məni sevməyənləri də. Buna görə də onlar məcburdurlar məni sevsinlər.

- Bəs ata kimi necə, sərtsinizmi?

- Qətiyyən. Amma tələbkaram. İki oğlum var, biri hüquqşünasdır, o biri iqtisadiyyatı bitirib. Uşaq vaxtı biri qarmon, o biri tar sinfinə gedirdi. Heç biri aktyor sənətini seçmədi, amma mən də onların seçiminə müdaxilə etmədim.

- Teatrdan başqa məşğuliyyətiniz varmı?

- Mən zəhməti çox sevirəm. Bağda işləməyi, xarratlıq etməyi xoşlayıram. Bir də zaman-zaman hobbilərim olub. Cavanlıqda qızılgül açıqcaları yığırdım. Böyük bir kolleksiyam vardı. Bir dəfə xaricə getmişdim, qayıdanda kolleksiyamı tapa bilmədim. Oğlanlarım həmin açıqcaları yazıb, məktəbdəki qızlara paylamışdılar. Ondan sonra bu vərdişi tərgitdim. İndi də əntiq əşyaları toplamağı sevirəm. Evdə anamın cehizi olan iki qədim lampa var, hərdən işıqlar sönəndə istifadə də edirik. Qədim mebel, masa, şkafları yığıram.

- Əməlli-başlı xəzinəniz varmış ki... Birdən oğlanlarınız açıqcalar kimi bu əşyaları da dost-tanışlarına paylayarlar e...

- Yox, o da bir iş idi, həm də uşaq idilər. İndi buna cəsarətləri çatmaz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1730   Tarix: 23 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Sonradan soyunanda göz öyrəşmir"

Aparıcı Elnarə Təhməzova yeni paylaşımı ilə diqqət çəkib. OLAY yazır ki, o, feysbukda müzakirəli status paylaşıb. "Bir var əvvəldən soyunursan, bir də var sonradan. Göz öyrəşmir. Sonradan olunan heç nə maraqlı gəlmir", - deyə, aparıcı vurğulayıb

28.03.2024 812
.

Zaur Baxşəliyevdən arxasınca danışan şəxsə sərt cavab: "Onun telefonunu mən almışam" - VİDEO

"Ona aldığım telefonla sosial şəbəkələrdə canlı açıb dalımca danışır". Bu sözləri ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev bildirib. O qeyd edib ki, yardım etdiyi şəxslər onun arxasınca danışırlar:. "Onun telefonunu mən almışam. Bahalı da bir telefo

28.03.2024 794
.

Xoşqədəm arıqlayıb "bir dəri bir sümük" qaldı - FOTOLAR

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda aparıcının xeyli çəki atması diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

24.03.2024 8159
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 1089
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1214
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 610
.

Banu illər sonra...

Sosial medianın uşaq ulduzu Banu Muradovanın yeni videosu gündəm olub. OLAY yazır ki, onun indiki görüntüsünü anası Nigar Muradova (Moouradi) paylaşıb. İstifadəçilər Banunun böyüdüyünü yazıb və illər əvvəlki video-fotolarını xatırlayıb

28.03.2024 1327
.

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. xəbər verir ki, "Caspian music"in yaydığı məlumatda qeyd edilib:. "Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatl

25.03.2024 843
.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24.03.2024 799