DTX ilə bağlı mühüm fərman - MTN sözü çıxarıldı

DTX ilə bağlı mühüm fərman - MTN sözü çıxarıldıDövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edilməsi haqqında ölkə başçısı İlham Əliyev fərman verib.

BiG.AZ xəbər verir ki, fərmanda qeyd edilir:

1. "Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

2. "Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli Fərmanının 4-cü hissəsindən ", milli təhlükəsizlik " sözləri çıxarılsın, həmin hissəyə "nazirliklərinin" sözündən sonra ", Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin" sözləri əlavə edilsin.

3. "İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədə "Əli Nağıyev – Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini" sözləri "İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini" sözləri ilə əvəz edilsin;

3.2. 3-cü və 4-cü hissələrdə "Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Dövlət Təhlükəsizliyi Xidməti" sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanının 1-ci hissəsindən "Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri" sözləri çıxarılsın və həmin hissədə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri" sözlərindən sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi".

5. "Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 349; 2004, № 7, maddə 568; 2014, № 4, maddə 391; 2015, № 11, maddə 1301) 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

6. "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301) "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

7. "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:

7.1. "Komissiyanın sədri" hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin;

7.2. "Komissiyanın katibi" hissəsində "Firudin Sadıqov — Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin baş müşaviri" sözləri "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri" sözləri ilə əvəz edilsin.

8. "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 1348 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 245, № 7, maddə 588; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 47, № 9, maddə 1027; 2015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384) 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.(qafqazinfo.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4493   Tarix: 21 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223