İntihar etmək istəyən Südabədən ŞOK ETİRAF...

İntihar etmək istəyən Südabədən ŞOK ETİRAF..."...Planlaşdırmışdım, uşaqları internata verib, özümü öldürəcəkdim. Uzun-uzun düşünürdüm, məndən sonra uşaqlara internatda necə baxacaqlar, döyəcəklərmi, ac qalacaqlarmı? Məni qınamağa tələsməyin, bir dilim çörəyə möhtac qalmaq ölümdən də betərdi…"

Südabə Həsənova 4 yaşlı oğlu ilə birlikdə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. Onunla müsahibəni təqdim etməzdən əvvəl bir məqamı qeyd edək. Sığınacaqda 30-a yaxın qadın qalır, hər birinin də valideynləri, yaxınları var. Amma onlara sahib çıxan yoxdur, məhz ona görə ki, onlar ailənin qız övladıdır. Aralarında qız doğduğu üçün evdən qovulanlar da var.

Beləliklə günlərlə ac qalan Südabənin başına gələnləri dinləyirik:

- Həyat yoldaşımdan ayrılmışam. O, Türkiyəyə işləməyə getdi. İndi orada maşınyuma məntəqəsində fəhlə işləyir. Mənə də dedi ki, uşaqları internata ver, Türkiyəyə gəl, sən də xadimə işləyərsən, birtəhər dolanarıq. Əvvəlcə təklifi ilə razılaşdım, dedim ki, uşaqları müvəqqəti bir müəssisəyə yerləşdirərəm, pul toplayandan sonra geri götürərik. Amma razılaşmadı, dedi bəlkə də oğlumu geri götürərəm, qız isə mənə lazım deyil. Mən uşaqları internata vermək istəmədim, yoldaşım isə bizimlə münasibəti kəsdi.

- Bəs aliment ödəmir?
- Rəsmi nikah bağlamamışıq. Bu illər ərzində dəfələrlə nikah bağlamağı təklif etsəm də, illəri yola verdi, nikah bağlamadı. Hər dəfə döyüləndə, təhqir olunanda, yalnız bir şeyi fikirləşirdim, heç olmasa, uşaqlarımın qarnı doyur. Artıq dolanmağımıza yardım da etmir. İndi isə nə aliment alıram, nə də qalmağa yerim yoxdur. Ailəm məni qəbul etmir. Anam deyir ki, qardaşlarına yüksən, onlar öz ailələrini dolandırsınlar, yoxsa səni və uşaqlarını saxlasınlar? Öz valideynlərim belə uşaqlara qarındolusu yemək vermirdilər. Sonuncu dəfə dayımgildə gecələdik, onun məsləhəti ilə də sığınacağa gəldim.

- Valideynlərin maddi imkansızlıqdan sənə sahib çıxmırlar, yoxsa...
- Yox, acından ölmürlər. Sadəcə olaraq, daim mənimlə qardaşlarımın arasında fərq qoyulub. Anam deyirdi ki, Allah hansısa günahima görə mənə qız övladı bəxş edib. Tək mənimlə deyil, qızı olan bütün qadınlara bədbəxt kimi baxırlar. Bizim ailədə qız ikinci plandadır. Deyir, Allah qızı itaət etmək üçün yaradıb. Mən heç vaxt valideynlərimin köməyini hiss eləməmişəm, arxam, dayağım olmayıblar. Qardaşlarım da gözünü açıb qadına bu cür münasibəti görüblər. Deyirlər ki, hər kəsin öz övladı, ailəsi var, başının çarəsinə bax.

- Amma sən təhsil almısan.
- Hə, müəlliməyəm, amma heç vaxt işləməmişəm. Öz gücümə oxumuşam, kimsə əlimdən tutmayıb, mənə kömək etməyib. Bir məqsədim olub - canımı o ailədən qurtarım. Baxın, elə buna görə də, şəxsi həyatımda çoxlu səhvlər buraxmışam. Hər dəfə də məni tək qoyublar, o səhvləri dəfələrlə başıma qaxıblar. Bəzən xırda bir məsələyə görə mənə işgəncə verib, amma ailəmin yanına qayıtmamışam. Bizi atıb gedəndə də valideynlərimə dedim ki, heç olmasa, müvəqqəti sizinlə yaşamağa icazə verin. Restoranda işləyirdim, toydan sonra qalan qabları yuyurduq, səhər də evlərə təmizliyə gedirdim. Hər gün gəlirdim ki, uşaqlar ac qalıb, üst-başları çirkin içindədir. Onları o qədər incidirdilər, qız yalvarırdı ki, gedək küçələrdə qalaq, amma bizi burdan apar. 10 yaşlı uşaq onun-bunun evində qalmaqdan yaşlılar kimi danışır, çörək yeyəndə gözlərinin yaşı dayanmır. Buna görə də, evimizdən çıxanda yalnız onu düşünürdüm ki, özümü də, uşaqları da öldürəcəyəm. Əgər sığınacağa gəlməsəydik, yəqin ki, çoxdan intihar etmişdim.

- İndi sığınacaqdasan. Kimsə maraqlanıb, arxanca gəlibmi?
- Həyat yoldaşım bircə dəfə zəng vurdu. Onda da dedi ki, məndən əlinizi üzün, özümü güclə dolandırıram. Yenə də uşaqlardan imtina etməyimi məsləhət görürdü. Valideynlərim də burda olduğumu bilir, amma nə onlar, nə də qardaşlarım maraqlanmayıblar. İnsanı silmək çox rahatdır, silirsən, onun həyatında nə baş verdiyinə laqeyd olursan. Onlar da belə etdilər. Bilirsiniz, arxası, dayağı olmayan qadın hər yerdə əzilir. Yoldaşım valideynlərimin mənə münasibətini görüb, onlar kimi rəftar edirdi. Burda isə yalnız onu öyrəndim ki, intiharla bir şeyə nail olmayacağam. Uşaqlarıma sahib çıxmalıyam. Çalışıram ki, qızım məktəbdən yayınmasın. Ailəmizdə, cəmiyyətdə qadına, qıza olan münasibət ona təsir etməsin. Nə qədər qız, qadın ailədə oğlan uşaqlarından fərqləndiriləcək? Valideyn qıza Allahın cəzası kimi baxacaq? İndi tək bir istəyim var - qızımı bu cür düşünənlərin əhatəsindən xilas edim.(virtualazorg)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3870   Tarix: 21 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

13:54 0
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207