Aparıcı Zaur: "Anam həmin sanatoriyada müəllimə işlədiyinə görə ..."

Aparıcı Zaur: "Anam həmin sanatoriyada müəllimə işlədiyinə görə ..."ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev 20 Yanvar faciəsi ilə bağlı xatirəsini bölüşüb.

BiG.AZ xəbər verir ki, aparıcı faciə baş verən günü çox yaxşı xatırladığını bildirib:

"1990 -cı il yanvarın 15-i Şuşa şəhəri, 9 yaşım var idi. Şuşa uşaq sanatoriyasının səhnəsində yeni tamaşa qoyulurdu. Mənə isə cırtdan obrazı tapşırılmışdı. İlahi, həyatımın ilk obrazı. Mən necə həyəcanlı idim, ilk dəfə rol oynayacaqdım.

Cırtdanam cırtdan, inanmırsan bax,
Hamı yuxuda mən isə oyaq.
Südlü aş verir mənə də anam,
İndi gördünüz əsil cırtdanam!

Bu şeri gündə bəlkə yüz dəfə təkrarlayırdım, həyəcanlı idim. Hamının etimadını doğrultmalı idim. Hamıdan yaxşı, hamıdan yüksək olmalı idim. Ən əsası anam da həmin sanatoriyada müəllimə işlədiyinə görə onun başını uca etməli idim. Dönə- dönə təkrarlayırdım. Mən əmin idim ki, hamıdan yaxşı mən olacam. Səhərə qədər yatmırdım.

Nəhayət ayın 15-i son məşqlərimizi etdik. Ayın 20-ni gözləyirdim. İnanın məşq etdiyim günlərdən uzun gəlirdi mənə bu 5 gün. 19-u anamı işə çağırdılar. O, gəldi və mənə tamaşa olmayacaq dedi. Dünya sanki bir anlıq mənim üçün dayandı, mən anlamırdım nə baş verir. Anama ikinci sualı verməyə cəsarətim çatmadı ki, nə üçün?! Amma hiss edirdim ki, nəsə çox ciddi hadisə olub.

Mənim qəhrəmanım cırtdanı mən həmin gün dəfn elədim ürəyimdə! O gündən sonra Xocalı faciəsi, doğum günümü içimdə öldürdü və mən anladım ki, nə qədər uşağın körpə dünyası qaranlığa bələndi. Nə qədər ailənin cırtdanları atasız,anasız qaldı, nə qədər ailələr cırtdansız qaldı!

Bu faciələr bizə cırtdan olmamağı ,cırtdan oynamamağı , div yaratmağı, div oynamağı, divlə oynamağı öyrətdi! Gec ayıldıq, amma anladıq! Anladıq ki, div ürəkli insanlarımız meydanlarda qan tökməsə, məsum cirtdanlarımız heç bir zaman ürəklərində uşaqlıq duyğularını, uşaqlıq dünyalarını yaşaya bilməyəcək! Allah sizə rəhmət eləsin div ürəkli şəhidlərimiz. 20 Yanvar unutmadıq, bizə azadlıq daddıran günü, bu günü bizə bəxş edən insanları unutmaq olarmı?! Əsla!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6866   Tarix: 20 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1189
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 606
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 432
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1030
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 502
.

Popstar Bayhanın SON HALI - TANINMAZ HALDA + FOTO

Türkiyədə keçirilən "Popstar" yarışmasına qatıldıqdan sonra məşhurlaşan Bayhan uzun müddət sonra gündəmə gəlib. xəbər verir ki, o, ifa etdiyi "Fly Me To The Moon" mahnısını sosial media hesabında paylaşıb. Uzun müddət sonra kamera qarşısına keçən Bayhanın son halı maraqla qarşılanıb

21.04.2024 1343
.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3744
.

Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, o, "instagram" hesabında yeni görüntülərini paylaşıb. Sənətçi cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər ünvanlayıblar. Həmin paylaşımı təqdim edirik:

21.04.2024 10536
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1721