BƏD XƏBƏR: Dollar qalxsa SOCAR qazın qiymətini yenə ARTIRACAQ

BƏD XƏBƏR: Dollar qalxsa SOCAR qazın qiymətini yenə ARTIRACAQAzərbaycan Dövlət Neft Şirkәti (SOCAR) yenə təbii qazın qiymətinin artırılacağının anonsunu verib.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Süleyman Qasımov deyib ki, manatın dollara nisbətdə dəyərsizləşməsi davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək.

SOCAR rəsmisi təbii qazın qiymətinin artırılacağına eyham vuraraq bildirib:

"Manat dollara nisbətdə ucuzlaşdığı üçün SOCAR-ın zərəri yaranır. Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz kimi, daxili tələbat SOCAR-ın hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir. Manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məsələ ilə bağlı açıqlamasında bildirib ki, SOCAR rəsmisinin dediklərində müəyyən əsaslar var: "O əsaslar onunla əlaqədardır ki, hazırda ölkə bazarına daxil olan təbii qazın 4 milyard kubmetrə yaxını xarici valyuta ilə alınır.

Bu, əvvəllər devalvasiyadan öncə faktiki olaraq 50 manat civarında idi, bunu SOCAR 100 manata satırdı, bu, gəlirli idi. Ancaq indi bu rəqəm yüz manatı aşır, 115 manat səviyyəsində alınır. Ona görə də, bu cür fikirlər ölkədəki iqtisadi vəziyyətlə əlaqədardır".

Mütəxəssisin sözlərinə görə, ikinci bir məsələ odur ki, 2016-cı ildə 2015-ci illə müqayisədə bir obyektiv səbəb də var: "Əmtəəlik qaz hasilatı bir milyard kubmetr daha az hasil edilir. Burada "Azneft" İstehsalat Birliyində hasilatın azalması var.

2016-cı ildə əmtəəlik qaz "Azəri-Çıraq-Günəşli"dən Dövlət Neft Şirkətinə verilən səmt qazı idi. O qaz neft quyularına vuruldu ki, hasilat stabilləşsin. Bu, belə oldu.

Neftin qiyməti qazdan baha olduğundan, nefti bazara çıxarıb satmaq qazdan daha sərfəlidir. Bu, iqtisadi baxımdan yaxşı düşünülmüş addım idi. Ona görə "Azəri-Çıraq-Günəşli"dən 700 milyon kubmetr az qaz alındı. Bir tərəfdən də "Azneft"in özünün hasilatı azaldı. Çünki, "Günəşli" yatağında qəza olmuşdu. O, çox yaxşı bir platforma idi, oradan təqribən 350 milyon kubmetrə yaxın illik qaz hasil olunurdu.

O, daxili bazara gəlmədi. Bunun nəticəsində ölkənin daxili bazarında defisit yarandı. Ona görə də, "Şahdəniz"dən daha çox qaz alınmağa başladı. Bu da hamısı vəsaitdir. Həm də Dövlət Neft Şirkəti günahkar deyil ki, Azərbaycan manatı bu qədər dəyərini itirir".

Yada salaq ki, təbii qazın qiyməti son dəfə ötən il noyabrın 28-də qaldırılıb. Tarif Şurasının qərarına görə, yanvarın 1-dən illik 1500 kubmetrdən çox qaz işlədənlər hər artıq kubmetrə görə 20 qəpik ödəyəcəkdi. Göstərilən həddi keçməyənlər hər kubmetrə görə yenə 10 qəpik qazpulu verəcəklər. Daha sonra Tarif Şurasının qərarı bir qədər dəyişdi. Əhali həmin tarixdən 1500 deyil, 1700 kubmetr qaz tükədərsə, əvvəlki qədər - 10 qəpik qazpulu ödəyəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1849   Tarix: 19 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

20:43 0
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

14:33 0
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

20:29 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

22:15 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

20:30 0