"Lənkəranski heç kimdir..." - Azərbaycanda məhkumluq həyatı yaşayan Lotu Quli

"Lənkəranski heç kimdir..." - Azərbaycanda məhkumluq həyatı yaşayan Lotu QuliRusiyanın Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar 44 yaşlı "qanuni oğru" Nadir Səlifova ("Lotu Quli") biət ediblər.

BiG.AZ xəbər verir ki, Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edir ki, hazırda sözügedən kriminal avtoritet Azərbaycanda məhkumluq həyatı yaşayır.

Virtualaz.org sözügedən portalın məlumatına əsasən bildirir ki, "Lotu Quli" həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Canıyevə ("Rövşən Lənkəranski") məxsus yeri tutub. Xatırladaq ki, "Lənkəranski" ötən ilin avqust ayının 18-də Türkiyədə sui-qəsd nəticəsində öldürülüb.

"Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər", - nəşr iddia edir.

Nəşr "Lənkəranski"nin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında "Quli"nin müraciətinin yayıldığını xəbər verib. Sitat: "...Həmçinin Sizi "Rövşən Lənkəranski" ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda Sizinlə vidalaşmaq istəyirəm və Sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı".

"Yeni Müsavat" yazır ki, Rusiya nəşrinin yaydığı "Lotu Quli"nin "praqon" adlandırılan bu müraciət haqda Azərbaycan KİV-lərində məlumat dərc edilməyib. Məktubda adı keçən Hacı və Rüfət isə "Lənkəranski"nin yaxın adamlarıdır. Çox güman ki, söhbət "Hacı Beyləqanski" kimi tanınan Hacı Talıbxanlıdan və "Rüfət Gəncinski" kimi tanınan Ülfət Tağıyevdən gedir. O, 2015-ci ildə Rusiyada 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun Azərbaycana ekstradisiya olunub-olunmaması barədə dəqiq bilgi yoxdur. "Hacı Beyləqanski"nin isə azadlıqda olduğu deyilir...

Rusiya kriminallarının Ural uğrunda savaşı yeni xəbər deyil. Bu təbii sərvətlərlə də zəngin və böyük bir ərazini əhatə edən bölgə uzun illər "Ded Xasan" ləqəbli "qanuni oğru" Aslan Usoyanın qətlinədək onun nəzarətində idi. 2014-cü ilin dekabrınadək Yekaterinburqun (1991-ci ilədək Sverdlovsk adlanıb) "smotryayuşi"si "Ded Xasan" kimi tanınmış "qanuni oğru" Aslan Usoyanın qohumu Timur Mirzoyev idi. Timur Mirzoyev 1962-cı ildə Tiflisdə anadan olub və "Ded" in yaxın qohumu idi. O, 15 ildən çox məhkum həyatı yaşayıb. 1992-ci ildə vərəmli xəstələr üçün Nijni Tagel həbsxanasından azad olunandan sonra o, "Ded" in Uralda səlahiyyətli nümayəndəsi təyin edilib. Tezliklə Timur Mirzoyev Uralda əsas söz sahibinə çevrilib və "Sverdlovsk" ləqəbi alıb. "Timur Sverdlovski" 2014-cü ilin yanvarında Moskvada təcridxanada vərəmdən ölüb. "Timur Sverdlovski" milliyyətcə yezidi kürd idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşması zəiflədi və "Rövşən Lənkəranski" bu bölgədə möhkəmlənə bildi. Amma "Lənkəranski" qətlə yetirilməzdən bir müddət əvvəl OMON Yekaterinburqda bir neçə əməliyyat keçirdi və "Lənkəranski"nin adamları həbsə alındı.

Timur Mirzoyevin ölümündən sonra Uralda nəzarətçi postunun boş qalması o demək deyildi ki, "Ded Xasan" klanı buranı rahatlıqla əldən verəcək. Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan"Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov (indi o da həbsdədir) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra "Ded Xasan" klanına rəhbərlik etməyə başladı və Urala nəzarət uğrunda mübarizə yenidən qızışdı.

"Rövşən Lənkəranski"nin qətlindən sonra onunla uzun illərdir ki, konfliktdə olan "Quli"nin mövqelərinin güclənəcəyi gözlənilən idi. Bir müddət əvvəl "Rosbalt" agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbəyə istinadən yazmışdı ki, "Lotu Quli" və Gürcüstan doğumlu "Vaqif Bakinski" kimi tanınan Vaqif Süleymanov güclərini birləşdiriblər. Bildirilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır.

"Lənkəranski"nin ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarları uğrunda mübarizənin təkcə Moskvada deyil, digər bölgələrdə də başlayacağı gözlənilən idi. İddia var ki, "Lənkəranski"nin bazarları uğrunda mübarizəyə gürcü və çeçen "qanuni oğru"lar da qoşulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7409   Tarix: 18 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

14:39 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0