20 manata görə piyadanın ölkədən çıxışına qadağa qoyula bilərmi?

20 manata görə piyadanın ölkədən çıxışına qadağa qoyula bilərmi?Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün cərimələnən və ödəniş etməyən piyadaların ölkədən çıxışına və banklardan kredit götürməsinə qadağa qoyulduğunu açıqlayıb.

BiG.AZ xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılova müraciət edib. Millət vəkili ciddi səbəblər olmadan, 20 manatlıq cəriməyə görə yüzminlərlə insanın ölkədən çıxışına qadağa qoyulmasına münasibət bildirib. R.Cəbrayılov hər şeyin qanun çərçivəsində olduğunu deyib: "Şəxsin dövlətə borcu varsa, onun ölkədən çıxışına qadağa qoyulmalıdır. Adətən bu cinayət işləri üzrə olurdu, 2000-ci ildən başlayaraq inzibati xətalarda da tətbiq olunmağa başlanıldı. Qanunvercilikdə məbləğ qeyd olunmayıb, burada söhbət yalnız borcdan gedir. Bu, normal və qanuna tam uyğun bir haldır. Hər kəs ölkədən çıxanda dövlətə olan borcunu ödəməlidir. Burada məhkəmə qərarı da zəruri deyil. "Stop"u dövlətin icraedici orqanının istintaqı qoya bilir. Cərimə ödənildikdən sonra qadağa götürülür. Düzdür, bizdə belə bir problem var ki, bəzən cərimə ödənildikdən sonra da "stop" qoyan qurumunun məsuliyyətsizliyi ucbatından qadağa aradan götürülmür. Cərimələnən piyadaların kütləviliyi hər hansı problem yaradacağını düşünmürəm. Borc varsa, ödənilməlidir. Yadmda deyil dəqiq hansı Hollivud filmidir, orada sərnişinə deyir ki, "sizin 20 dollar borcunuz var". O da dərhal pulu çıxarıb ödəyir".

Komitə üzvü qeyd edib ki, problemin indi aktuallaşmasının səbəbi büdcə ilə bağlıdır: "Məsələnin indi gündəmə gəlməsi və "stop"un indi təqdim olunması büdcəmizlə bağlıdır. Biz etiraf edirik ki, dövlət büdcəsində müəyyən problemlər var, buna görə də büdcəyə olan borc ödənilməlidir. Burada qanunsuz heç nə yoxdur".

Deputat bankların kredit verməsinə qadağa qoyulmasının isə qanunsuz olduğunu deyib: "Piyada cərimələrinə görə banklardan kredit götürülməsinə qadağa qoyulması isə mümkün deyil. Çünki bank özəl təşkilatdır və kredit mülki müqavilə ilə verilir. Bank istəsə pulunu küçəyə də ata bilər. Buna qadağa qoymaq olmaz".

Qeyd edək ki, yol hərəkəti qaydasını pozduğuna görə piyadalar 20 manat cərimə olunur. 2016-cı ildə 130 min şəxs bu formada cərimələnib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1374   Tarix: 17 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585