22 dəfə əməliyyat keçirən üç uşaq anasını heç bir xəstəxana qəbul etmədi - Bakıda RƏZALƏT

22 dəfə əməliyyat keçirən üç uşaq anasını heç bir xəstəxana qəbul etmədi - Bakıda RƏZALƏTÖtən gecə Bakıdakı xəstəxanalarda xəstəni ağır vəziyyətə salan olay yaşanıb. Həkim səhlənkarlığı ucbatından illərdir əlil arabasına məhkum olmuş və 22 dəfə əməliyyat keçirən üç uşaq anası Aynurə Xudiyevanın səhhəti qəflətən pisləşib və təcili tibbi yardım çağırılıb. Vəziyyəti kəskinləşən qadın təcili yardım maşını ilə aparıldığı xəstəxanalar tərəfindən qəbul edilməyərək geri göndərilib.

Belə ki, 3 saylı Şəhər Klinik Xəstəxanası, M.Ә.Mirqasımov adına Respublika Kliniki Xәstәxanası, Neftçilər Xəstəxanası və Elmi-Tədqiqat, Travmatalogiya və Ortopediya İnstitutu xəstənin təyinatının olmadığını əsas gətirərək qəbul etməyib.

BiG.AZ xəbər verir ki, bu barədə cebhe.info-ya Aynurə Xudiyevanın anası Səkinə Əliyeva məlumat verib:

"Birinci Sabunçudakı 3 saylı Klinik Xəstəxanaya aparıblar, ora götürməyib. Sonra Respublika Kliniki Xəstəxanaya gediblər. Oradan da xəstəni geri qaytarıblar. Daha sonra Neftçilər, ondan sonra isə Travmatalogiya Xəstəxanalarına aparılıb, qəbul etməyiblər. Qızım az qalırdı ki, keçinsin. Ağır vəziyyətdə evə gətirdilər. Apardığımız xəstəxanalar təyinat olmadığına görə qızımı xəstəxanaya qəbul etməkdən imtina ediblər. Evdən tələsik çıxdığımıza görə təyinatı götürməmişdik. Həkimlərə dedim ki, xəstəni qəbul edin, bu gecə xəstəxanada qalsın, səhər kağızlarını gətirərəm. Razı olmadılar, bildirdilər ki, o kağızları verməsəniz, xəstə qəbul edilməyəcək. Qızımda 9 ildir ki, yara var. Sümük çıxmalıdır, onun üçün isə 30 min manat pul lazımdır. İmkanımız yoxdur deyə qız illərdir ki, əziyyət çəkir. Ona görə də vaxtaşırı qanına zəhərlənmə keçir, vəziyyəti pisləşir. Dünən də bu səbəbdən halı pisləşmişdi. Dəfələrlə qanını yuduzdururuq, ondan sonra yaxşılaşır. Ən son yayda 600 manat verib qanınınə təmizlətdik. Xəstəxanada da həmin məsələni dedik ki, qan mütləq yuyulmalıdır. Heç olmasa qanını yuyun, vəziyyəti düzəlsin. Heç nə etmədilər, ümumiyyətlə, yaxına buraxmadılar".

Səkinə Əliyevanın sözlərinə görə, qızı 3 saylı Klinik Xəstəxanada qeydiyyatdadır. Təyinat oradan verilməlidir ki, istənilən xəstəxana xəstəni qəbul edə bilsin:

"Səhəri birtəhər açdıq. Amma qızımın vəziyyəti düzəlməyib. İndi 3 saylı Xəstəxanaya gedirik, görək necə olacaq".

Qeyd edək ki, "Cümhuriyət" qəzeti 22 dəfə əməliyyat keçirən üç uşaqlı ananın vəziyyəti barədə yazı dərc edib. Həkim səhlənkarlığının qurbanı olmuş 29 yaşlı Tərtər rayonundan məcburi köçkün Aynurə Xudiyeva 9 ildir ki, yataq xəstəsidir. Aynurə Xudiyeva 9 il əvvəl üçüncü mərtəbədən yıxılıb və beli sınıb. Elə o vaxtdan da əlil arabasına möhtac qalıb.

Yataqda və əlil arabasında çox olduğundan ayağında yataq yarası əmələ gəlib. İki il hissiyatı olmadığı üçün bu yaranın necə əmələ gəldiyindən xəbərsiz olub. Biləndə isə artıq çox gec olub və yara sümüyə çatıb. Artıq sümükdə də çürümə gedir. Türkiyə və İran həkimləri yaranın sağalması üçün bud nahiyyəsinin arxa tərəfində olan sümüyün çıxarılacağını məsləhət biliblər. Yəni yalnız bundan sonra yara sağala bilər. Əməliyat üçün 30 min manat tələb edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3004   Tarix: 16 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 192
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 622
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 237
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 273
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 199
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 312
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 99
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 196
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 224