Məşhur "Euronews" telekanalı Azərbaycan dilində!
"Euronews" kanalının Müşahidə Şurasının sədri Piter Luigi Malesani və İcraedici Şuranın baş direktoru Maykl Piters İctimai Televiziya və Radio Yayımları Şirkətində olub.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən verilən məlumata görə, şirkət əməkdaşları ilə keçirilən görüşdə İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov Azərbaycan ictimaiyyətinin artıq "Euronews" kanalı ilə əməkdaşlığın nəticələrinin şahidi olduğunu bildirib.
İ. Ömərov prezident İlham Əliyevin "Euronews" kanalının Müşahidə Şurasının sədri və İcraedici Şuranın baş direktoru ilə danışıqlar zamanı bu telekanalla əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib. İki telekanal arasında bu ilin iyul ayında Parisdə müqavilə imzalandığını xatırladan İctimai Teleradionun baş direktoru artıq "Euronews"la birgə layihələr üzərində iş getdiyini bildirib.
Piter Luigi Malesani Müşahidə Şurasının son iclasında "Euronews" kanalının yayım dillərinin artırılması məsələsinin müzakirə olunduğunu və Şuranın bunun icrası ilə bağlı baş direktor Maykl Pitersə səlahiyyət verdiyini deyib: "Bununla bağlı müraciət edən ölkələr çoxdur, amma bu ölkələr arasında Azərbaycan prioritet sıradadır" – deyə P. L. Malesani bildirib.
Malesani Avropanın Azərbaycan barədə daha çox məlumat əldə etməsində "Euronews" kanalının gözəl vasitə olduğunu qeyd edib. Yaxın zamanlarda isə "Euronews"un xəbər buraxılışlarının və bir neçə proqramın İctimai Televiziya vasitəsilə Azərbaycan dilində yayımına başlanılacaq. "Euronews" kanalının İcraedici Şurasının Baş direktoru Maykl Piters Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsinə hazırlıqları ilə bağlı həftəlik verilişin də yayımının nəzərdə tutulduğunu bildirib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 2439 Tarix: 20 noyabr 2011
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşLiftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO
Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind
14:11 0 Bu gün ilk Qədr gecəsidir
Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec
11:03 0 Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR
Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini
12:23 0 İftar süfrəsi üçün dadlı reseptlər
İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd
17:16 0 Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?
Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan
27.03.2024 443 Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək
Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy
14:37 262 Bu avtomobillərlə taksi işləmək qadağan olunur
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad
16:43 0 "Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"
"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda
16:28 0 "Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan
15:38 0