ATV-də canlı yayımda RÜSVAYÇILIQ: Turan özünü belə biabır etdi - VİDEO

ATV-də canlı yayımda RÜSVAYÇILIQ: Turan özünü belə biabır etdi - VİDEO"Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin (ATV) "ATV səhər" proqramının aparıcısı Turan İbrahimov verilişin 2016-cı il 15 noyabr tarixli yayımında ciddi savadsızlığa yol verməklə yanaşı, görkəmli bəstəkar, məşhur şair və nəhəng ifaçının tandemindən yaranan möhtəşəm "Gedək üzü küləyə" mahnısına qarşı açıq şəkildə kinayə nümayiş etdirib.

BiG.AZ xəbər verir ki, klassik bəstəkarlarımızın mahnılarını ifa etməklə qısa müddətdə "Facebook" sosial şəbəkəsində populyarlaşan gənc ifaçı Çinarə Məlikzadənin təqdimatı zamanı onun oxuduğu "Gedək üzü küləyə" mahnısını xatırladan aparıcı tamaşaçıda ikrah yarada biləcək qırıq-qırıq ifadələr işlədib: "... özü də oxuduğu mahnı deyəsən diqqət çəkib... ( burada kinayə təbəssümlü "hi..." şəkili gest etməyi də unutmayıb - red.)... gedək üzü küləyə... gedək üzü küləyə hansı mahnıdır bilmirəm, amma indi hamısını özünüz görəcəksiz".

Ardından Çinarə xanımla süjet göstərilib. İfaçı süjetdə "Gedək üzü küləyə" mahnısına müraciət etməsinin səbəbini açıqlayır: "Gedək üzü küləyə"ni universitet vaxtlarından ifa edirdim, çox xoşuma gəlirdi. Ümumiyyətlə, Şövkət Ələkbərovanın ifasını dinləyirəm, çox xoşuma gəlir...".

Göründüyü kimi, Çinarə Məlikzadə həmin mahnının ən azı kimin repertuarından olduğunu deyir. Aparıcı Turan bəy giriş verməmişdən öncə o süjetə baxsaydı, Şövkət Ələkbərovanın adını eşidib, heç olmasa jestlərini cilovlayardı... bəlkə də cilovlayardı. Əslində haqqında danışdığın insanın gərək əvvəl açıqlamasını dinləyəsən ki, onu necə təqdim etməyi dəqiqləşdirəsən - jurnalistikanın sadə prinsiplərindən biridir.

İkinci tərəfdən, "Gedək üzü küləyə" mahnısına kinayə ilə yanaşmaq, gərək jurnalistdən, həm də ATV kimi telekanalın 2 saatlıq səhər verilişini aparan jurnalistdən uzaq olsun.

Xatırlatma: "Gedək üzü küləyə" mahnısının sözlərini Əliağa Kürçaylı yazıb, bəstəkarı Elza İbrahimova, ilk və möhürlü ifaçısı Şövkət Ələkbərovadır.\bakipost\

https://www.youtube.com/watch?v=jDXduycKdE8


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 19661   Tarix: 13 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1618
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 3981
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri

14.04.2024 1235
.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

11:50 957
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1375
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

15:38 224
.

"Avroviziya"dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər"

"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlar

17.04.2024 679
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1055
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 7284