Məşhur aparıcı "Lider"dən getdi - FOTO

Məşhur aparıcı "Lider"dən getdi - FOTOLider TV-nin məşhur aparıcısı kanalla vidalaşıb.

BiG.AZ yeniçag.az-a istinadən xəbər verir ki, "Lider Xəbər" Departamentinin rəis müavini, "Gənclər" redaksiyasının baş redaktoru və "Ana Xəbər" buraxılışının aparıcısı Günel Gözəlova telekanaldan ayrılıb.

O, 13 il işlədiyi telekanalla əməkdaşlığa bu ilin noyabr ayında son qoyub. Qeyd edək ki, xanım Gözəlova Azərbaycan prezidenti İlham Əliyevin Televiziya və radio işçilərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdi.

Xatırladaq ki, ötən il Lider TV-ni tərk etmiş əməkdaşlar sırasında İlham Abdulov ( "Lider Xəbər" Departamentinin rəisi idi), Vüsalə Babayeva ("Lider TV və Azərbaycan radiosu" MMC-nin baş prodüseri idi) və Mehman Mehdiyevin ("Lider Xəbər’’ Departamentinin aparıcısı, ‘’Ekonomiks’’ qrupunun rəhbəri idi) adlarını xüsusi qeyd etmək olar.

Karyerasının 17 ilini sözügedən teleradioya həsr edən İ. Abdulov 2016-cı ilin yanvar, 14 il Lider TV-də çalışmış V. Babayeva sentyabrın 1-də (kanalın yarandığı gündə), M. Mehdiyev isə oktyabrda öz ərizələri ilə telekanaldan ayrılıblar.

"Səda" Xəbərlər Departamentinin rəhbəri Anar Şükürov isə onların öz ərizələri əsasında işdən azad olunduqlarını deyir: "Bu barədə onların özləri ilə də əlaqə saxlayıb, "Lider"dən getmələrinin səbəbini öyrənə bilərdiniz. Ancaq bu barədə məndən soruşursunuzsa, onların hər biri hər hansı narazılıq bildirmədən öz ərizələri ilə işdən çıxıblar. Yəqin siz də bilirsiniz ki, "Lider" TV-dən ayrılan o aparıcılar kifayət qədər peşəkar insanlardır və hazırda daha yüksək vəzifələrdə çalışırlar. Ümumiyyətlə, bizim telekanlı tərk edən əməkdaşların əksəriyyəti öz karyerasında ancaq irəli gedir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1834   Tarix: 12 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ədalət Şükürov qızına toy edir

Əməkdar artist Ədalət Şükürov qızı Jaləyə toy edir. OLAY-ın məlumatına görə, sənətçinin övladının şad günü 5 mayda paytaxtın dəbdəbəli restoranlarından birində baş tutacaq. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub. O, Ənvər adlı bəylə ailə qurmağa hazırlaşır

16.04.2024 1843
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 5697
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1086
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 815
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1713
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 845
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1416
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 844
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1323