Dörd faizlik limitin ləğv olunması manata necə təsir edəcək?

Dörd faizlik limitin ləğv olunması manata necə təsir edəcək?

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı banklar tərəfindən valyuta mübadilə məzənnəsinin təyin olunması zamanı qoyulan dörd faizlik marjanı aradan qaldırılması müzakirə olunub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov Mərkəzi Bankın dörd faizlik marjanın ləğv edilməsinə münasibət bildirib. O bu barədə öz Facebook səhifəsində yazıb.

Ekspert qeyd edib ki, bu qərarın nə zaman qüvvəyə minməsi ilə bağlı banklara ayrıca rəsmi məktub göndəriləcək.

“Liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq. Mümkündür ki, növbəti hərraclarda artıq liberal məzənnə prinsipinə uyğun proseduralar tətbiq edilsin. Bu halda isə manatın dollara nisbətən məzənnəsinin azalacağı gözlənilir”, - V.Bayramov bildirib./oxu.az/

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1267 Tarix: 11.01.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər