DİQQƏT: "Azəriqaz"dan XƏBƏRDARLIQ: "Borcunu gecikdirən sakinlər ..."

DİQQƏT: "Azəriqaz"dan XƏBƏRDARLIQ: "Borcunu gecikdirən sakinlər ..."Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər "sürprizlə" qarşılaşıblar.

Borclarını ödəmək üçün "Azəriqaz" İstehsalat Birliyinin Babək prospektində yerləşən "Azqazservis"-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub.

Mətbuata açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib: "Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar".

Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla "Azəriqaz"-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib: "Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər."

Vəkil Fəxrəddin Mehdiyev bizimyol.info-ya açıqlamasında bildirdi ki, qərarın məntiqindən də onun qanunsuz olduğu məlumdur: "İctimai münasibətlərin bütün sahələri qanunla nizamlanmır. Ancaq insanların hüquqi vəziyyətini, hüquqi statusunu ağırlaşdıran qanunun geriyə qüvvəsi ola bilməz. Əlbəttə yeni tarifi borclara tətbiq etmək olmaz. Köhnə köhnə ilə, yen yeni tariflə hesablanmılıdır. Tamamı ilə qanunsuz haldır. Abonentlər vəziyyətlə bağlı məhkəməyə müraciət edə bilərlər".

İqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, əslində qərar tamamilə qanunsuzdur: ""Azəriqaz"ın nə deməyindən asılı olmayaraq yeni verilmiş qaydalar, qanunlar geriyə tətbiq edilə bilməz. Bu hüququn, dünya praktikasının əlifbasıdır. Ona görə də "Azəriqaz"ın atdığı addım tamamı ilə qeyri-qanunidir. Mənə elə gəlir ki, belə köhnə borcu olan vətəndaşlar həmən məhkəmələrə müraciət etməlidirlər. Məhkəmə qərarı vasitəsi ilə "Azəriqaz"ın verdiyi məntiqsiz qərar ləğv edilməlidir. Çünki məhkəmələrə müraciət olunsa, əminəm ki, bununla bağlı normal izah olmalıdır. Qanunun geriyə tətbiqi ümumiyyətlə mümkün deyil. Bu hüquq anlayışına ziddir. Əgər hər hansısa bir insan müəyyən bir hərəkət edirsə və keçmişə aid olan hərkətə görə yeni qaydalarla o nə cəzalandırıla, nə də cərimələndirilə bilməz. Məntiqlə belə çıxır ki, məsələn mən 3 ay öncə hər hansı bir yol hərəkəti qaydasını pozmuşam və 30 manat cərimələnmişəm. Ancaq yeni qaydalara görə həmin qayda pozuntusu 60 manatdırsa, mən 60 manat ödəməliyəm. Belə bir şey yoxdur. Həmin qayda pozarkən cərimə nə qədər idisə, onun məsuliyyətini daşıyıram".

"Yəni, həmin qaydalar köhnə borclara da tətbiq olunmalıdır. Köhnə borclar heç vaxt yeni qaydalarla hesablana bilməz. Ən azından burda belə bir bəsit məntiq var ki, əgər köhnə qiymətlər yeni qiymətlərlə olsa idi, mən o zaman bu qədər qaz işlətməzdim. Daha ciddi qənaət rejiminə keçərdim. Əgər mən bunu bilmirdimsə, vətəndaş olaraq məni bu qədər yükləmək olmaz. Bu qanuna ziddir. Ona görə də köhnə borcu olan vətəndaşlara "Azəriqaz" tərəfindən belə bir iddia irəli sürüləcəksə və yenidən hesablanacaqsa, vətəndaşlar ya qrup, ya da fərdi şəkildə məhkəmələrə müraciət etməlidirlər. Məhkəmə qaydasında bu qərarın ləğvinə çalışılmalıdır" - deyə ekspert bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1571   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0