Bakıda avtobus "KİA"ya çırpıldı - FOTOLAR

Bakıda avtobus "KİA"ya çırpıldı - FOTOLAR

Bakıda sərnişin avtobusu qəza törədib.

BiG.AZ-ın report-a istinadən xəbərinə görə, hadisə Fəhlə prospektində qeydə alınıb.

Belə ki, 46 saylı sərnişin avtobusu "Kia" markalı minik avtomobili ilə toqquşub.

"Kia"nın sürücüsünün verdiyi məlumata görə, o dönmə əməliyyatı edərək əks yola çıxıb. Avtomobilin arxası ilə sürətlə hərkətdə olan sərnişin avtobusu "Kia"nın arxasına çırpılıb. Nəticədə avtobus yoldan çıxaraq qaz yanacaqdoldurma məntəqəsinin səkisinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdir müavini Mayis Ağayev bildirib ki, ilkin araşdırmalar zamanı hadisəyə "Kia" markalı avtomobilin yol hərəkəti qaydalarına əməl etməməsinin səbəb olduğu üzə çıxıb: “Amma dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq. Sərnişinlər arasında isə xəsarət alan olmayıb”.

Bakıda avtobus "KİA"ya çırpıldı - FOTOLAR
Bakıda avtobus "KİA"ya çırpıldı - FOTOLAR
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1434 Tarix: 10.01.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
A_F_I_N_A
A_F_I_N_A 10.01.2017
Surucu mesuliyetsizliyi

Xeberin Muellifine Tewekkur edirem.


 
paulo
paulo 10.01.2017
buda azerbaycan men ozum bugun hadise yerinde olmusam yolum ordan dusub , gunah avtobusdaydi ama kianin surucusunun ustune atirlar elleri girmir avtobuslara cunki


 
vetenperver
vetenperver 10.01.2017
arxadan vurub))kiani neprav cixardacaqlar xeyri yoxdu)))pavarotnikin zadin ustune atacaqlar)))ala polisi var enispektor var mais lays nedire melumatda bi verir


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər