25 yaşlı ana əkiz qızlarını zəhərləyib intihar etdi - FOTO

25 yaşlı ana əkiz qızlarını zəhərləyib intihar etdi - FOTO

Dünən Türkiyədə dəhşətli hadisə baş verib.

BiG.AZ xəbər verir ki, Bursa şəhərində 25 yaşlı Zahidə Qəhrəman 4 yaş 5 aylıq əkiz qızları - Ecrin və Eslemi zəhərləyib. O daha sonra baldızına "Haqqınızı halal edin" mesajını yazaraq özünü asıb.

Baldızının xəbərdarlığı ilə evə gələn Mustafa Qəhrəman uşaqlarını bihuş, həyat yoldaşını isə asılı vəziyyətdə tapıb.

Xəstəxanaya yerləşdirilən uşaqlarla ananın həyatını xilas etmək mümkün olmayıb.

Mustafa Qəhrəmanın son facebook paylaşımı ortaya çıxıb. Paylaşımda yazılıb:

"Allah heç kimə övlad dərdi yaşatmasın".\milli.az\

25 yaşlı ana əkiz qızlarını zəhərləyib intihar etdi - FOTO
25 yaşlı ana əkiz qızlarını zəhərləyib intihar etdi - FOTO
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1971 Tarix: 10.01.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Nasif26
Nasif26 10.01.2017
ozun ceheneme uwaglari niye axi


 
pryanka
pryanka 10.01.2017
Goren sebeb ne olub amma ne olur olsun bele etmemeliydi