Qanuni oğrular Bakıda ATIŞDI: 200 min dollara görə...

Qanuni oğrular Bakıda ATIŞDI: 200 min dollara görə...Yanvarın 9-na keçən gecə Nərimanov rayonunda baş verən atışmanı kriminal avtoritetlər Rafiq Eyvazov (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları törədiblər.

BiG.AZ xəbər verir ki, bu barədə sputnik-ə kriminal dairələrə yaxın mənbələr məlumat verib.

Bazar ertəsi, yanvarın 9-da Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki "Nənəmin Təndiri" kafesinin yaxınlığında 15-20 nəfər arasında atışma ilə nəticələnən kütləvi dava olub. Məlumata görə, kriminalistlər hadisənin baş verdiyi ərazidə Makarov tipli tapançadan atılmış gilizlər tapıblar. Bununla yanaşı, məlum olub ki, atışma Lotu Quli və Rafik Masallinskinin klanı arasında baş verib.

Daha dəqiq desək, bu hadisələrə Masallinski səbəb olub. O, öz qisasını alırmış. Kriminal dairələrə yaxın olan digər mənbənin sözlərinə görə, dekabr ayında Türkiyədə "qanuni oğru" Rafiq Eyvazov amansızlıqla döyülüb.

Məhz Lotu Qulinin adamları Masallinskiyə qarşı zor tətbiq ediblər. İlkin məlumatlara görə, Eyvazovla Səlifov arasındakı münaqişə pul üstündə baş verib. Söhbət 200 min dollardan gedir. Əvvəllər, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən Səlifovun qruplaşmasının tərkibində olan Eyvazov onunla bərk mübahisə edib və sonra qrupdan çıxdığını bəyan edib.

Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul hava limanında qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla türk ortağı da olub. Restorandan çıxarkən Eyvazovu və tanışını tapança ilə təhdid edərək adam olmayan yerə aparıblar. Orada onların hər ikisini xüsusi amansızlıqla döyüblər və gizləniblər. Hadisə baş verəndən sonra Masallinski bir neçə gün xəstəxanada yatıb.

Məlumata görə, o, döyüldüyünə görə intiqam almağa söz verib. Belə bir məlumat da var ki, sözügedən qrupların Moskvada baş vermiş qarşıdurmasında bir azərbaycanlı öldürülüb.

Bununla yanaşı, Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları atışmada iştirak edən şəxslərin saxlanılması ilə məşğuldur.

Məlumdur ki, baş vermiş hadisə zamanı yaralananlarla bağlı polisə xəstəxanalardan hər hansı məlumat daxil olmayıb. Məlumatlı mənbənin bildirdiyinə görə, atışma zamanı zərərçəkənlər var. Lakin onlar ələ keçəcəklərini nəzərə alaraq tibb müəssisələrindən yardım istəməyiblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1432   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qabırğaları qırılıb" - Həyat yoldaşından açıqlama

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb". Qeyd edək ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai"

17.04.2024 1832
.

"İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq"

"Dünyada olduqca təhlükəli proseslər gedir. Son günlərdə baş verən İran-İsrail qarşıdurması bu hadisələrin pik nöqtəsidir. İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək". Bu sözləri BİG.AZ-a politoloq Zaur Məmmədov deyib.

17.04.2024 292
.

Hikmət Hacıyev Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılmasını ŞƏRH ETDİ

"2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib"

17.04.2024 379
.

Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO

"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı

17.04.2024 835
.

Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri: Cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb. -ın əldə etdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır. Qeyd edək ki, CM-in 263-cü maddəs

17.04.2024 1974
.

Hüseynbala Mirələmov: "Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb"

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib. onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb. O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:. "Dünən gec

17.04.2024 814
.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanı

17.04.2024 293
.

Azərbaycan XİN: Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır

Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyini

17.04.2024 204
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16.04.2024 437