Mollanın arvadı uşaqlıq sevgilisinə qoşulub qaçdı - FOTOLAR

Mollanın arvadı uşaqlıq sevgilisinə qoşulub qaçdı - FOTOLAR

Adanada 35 yaşlı Əli Balduz birlikdə yaşadığı 25 yaşlı, 1 uşaq anası Ş.A.-nı tapançayla ayağından vurub.

BiG.AZ xəbər verir ki, tapançanı atıb qaçan Balduz qısa müddətdə tutulub.

Bir mollayla evli olan, ancaq həyat yoldaşını tərk edib Əli Balduzla yaşadığı ifadə edilən qadın xəstəxanaya yerləşdirilib.

Hadisə ötən gün saat 10 radələrində İstanbulun Seyhan qəsəbəsi İnönü prospektində meydana gəlib. Yolda gedən 1 uşaq anası Ş.A.-nın yanına yaxınlaşan Əli Balduz: "Namuslular da namussuzlar qədər cəsur olmalı", - deyərək qadına atəş açıb. Tapançadan çıxan güllə qadının sol ayağına dəyib. İkinci dəfə atəş açmaq istəyən Balduz fikrindən daşınaraq tapançanı olay yerinə ataraq qaçıb. Polisin təqibi nəticəsində qısa müddətdə tutulan Əli Balduz, sorğulanmaq üçün polis bölməsinə aparılıb. Yaralanan qadın isə Adana Dövlət Xəstəxanasına çatdırılıb. Əli Balduz yaraladığı qadının sevgilisi olduğunu, hələ də birlikdə yaşadıqlarını, bu müddətdə onu aldatdığını öyrəndiyini, "namusu üçün vurduğunu" söyləyib.

UŞAQLIQ SEVGİSİ

Həyat yoldaşının molla olduğunu söyləyən Ş.A. da ifadəsində: "Əli mənim uşaqlıq sevgimdi. İşi olmadığı üçün ailəm məni ona vermədi. Mən də qaçdım, birlikdə yaşayırdıq. Çox qısqancdır, ona xəyanətim haqda iddiaları doğru deyil", - deyib.

Hadisə ilə əlaqədar istintaq başladılıb.\milli.az\

Mollanın arvadı uşaqlıq sevgilisinə qoşulub qaçdı - FOTOLAR
Mollanın arvadı uşaqlıq sevgilisinə qoşulub qaçdı - FOTOLAR
Mollanın arvadı uşaqlıq sevgilisinə qoşulub qaçdı - FOTOLAR
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1449 Tarix: 10.01.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
A_F_I_N_A
A_F_I_N_A 10.01.2017
Xeberin Muellifine Tewekkur edirem.


 
DUZLU_NIK
DUZLU_NIK 10.01.2017
Elini qana batirmiwdunsa ele iwini axiracan goreydinde , niye bir defe ayaqindan atew acib sora silahi yere atib qacirsan ki ... Bu hadiselerin coxu qadinlarin gici - gici seriallara baxmaqinin ucbatindan baw verir. Baxib kinoda gorurler ki , Mihter pullu kiwi ile evlensede , Behlulle erine xeyanet eden zaman xowbaxt olur. Duwunurler ki , menim Mihterden neyim eksiydiki. Kul tepenize , heyat kinodaki kimi deyile. Bele kinolar ustu bezedilmiw necis kimi weydi. Zir - zibili sene xow bir wey kimi gosterirler , dadina baxanda qusursan burnundan gelir hamsi hem bu , hemde o dunyada
Demdesgah kiwiden soruwurlar ki , qizil balig tutsaydin ne isterdin ondan. Deyir ki , 4 ayagli ewweklerin kutlevi wekilde yoxa cixmasina sabeb olan 2 ayaqli ewweyin kim oldugunu.

 
Nasif26
Nasif26 10.01.2017
nc